Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Atçılıq Federasiyası ən yaxşıları mükafatlandırdı, qurumun yeni baş katibi seçildi

Atçılıq Federasiyası ən yaxşıları mükafatlandırdı, qurumun yeni baş katibi seçildi

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, idarə heyətinin üzvləri və dəvət olunmuş qonaqlar iştirak edib.

Gənc nəsilin sağlam ruhda yetişdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğı E.Quliyevin açılış nitqində xüsusi vurğulanıb.

Federasiya prezidenti milli idman irsini inkişaf etdirmək, beynəlxalq səviyyədə uğur qazanmaq və atçılıq idmanını ölkədə daha geniş yaymaq üçün səy göstəriləcəyinə əminlik ifadə edib.

Tədbirin davamında federasiyanın baş katibi Bəhruz Nəbiyev tərəfindən 2024-cü ilin ən yaxşılarının mükafatlandırılma mərasimi təşkil olunub.

Mükafatlar müxtəlif nominasiyalar üzrə təqdim edilib:

İlin Ədalətli Yarış Hakimi – Tahirov Zaur Aydın oğlu;

Cıdır üzrə İlin Jokeyi – Nəzərov Hilal Mehman oğlu;

Cıdır üzrə İlin Qarabağ atının yetişdirici Klubu – Buta Qolden Atçılıq Klubu;

Cıdır üzrə İlin Dilbaz atının yetişdirici Klubu – Xan-Xan Atçılıq Klubu;

Çövkən üzrə İlin Klubu – Sərhədçi Çövkən Komandası;

Çövkən üzrə İlin Oyunçusu – Primov Samir Soltan oğlu;

Konkur üzrə İlin İdmançısı – Musayev Seyid Yaqub oğlu;

Konkur üzrə İlin Gənc İdmançısı – Mirzəyeva Leyla Elxan qızı;

Konkur üzrə İlin Xanım İdmançısı – Ağayeva Aydan Aydın qızı;

Konkur üzrə İlin Məşqçisi – Musayev Seyid Yaqub oğlu;

Konkur üzrə İlin Klubu – Elit Atçılıq İdman Klubu;

Gənclər arasında Konkur üzrə İlin Klubu – Respublika Atçılıq Məktəbi;

Yorğa atçılığı üzrə İlin At sahibi – Cabarov Elmətdin Nazim oğlu;

Yorğa atçılığı üzrə İlin Çaparı – Allahverdiyev Xəlil Elman oğlu;

Dresaj üzrə İlin İdmançısı – Əlibəyov Aydın Alavəddin oğlu;

İlin Baytar Həkimi – Musayev Məhəmməd Yaqub oğlu;

İlin İdman Kanalı – CBC SPORT telekanalı;

İlin Şərhçisi – Mirzəzadə Ramiz Rasim oğlu;

Çövkən üzrə ilin ən baxımlı qolunun sahibi – Əliyev Rusif Nazim oğlu;

Dresaj üzrə İlin Xanım İdmançıları – Zəhrabəyova Aqata Eduard qızı və Zəhrabəyova Karina Eduard qızı.

Mükafatlandırma mərasimindən sonra F.Qayıbov çıxış edərək ARAF-ın 2024-cü il ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirib, atçılıq sahəsində görülən işlərin Azərbaycanın milli idman irsini inkişaf etdirməkdə mühüm rol oynadığını vurğulayaraq federasiyanın beynəlxalq səviyyədə uğur qazanmaq və ölkəmizi layiqincə təmsil etmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin əhəmiyyətindən danışıb.

Tədbirin ikinci hissəsində keçirilən iclasda 2025-ci il üçün federasiya qarşısına qoyulan hədəf və məqsədlər açıqlanıb, növbəti ilin planları müzakirə olunub və keçiriləcək tədbirlər, eləcə də yarışlar haqqında ətraflı məlumat təqdim edilib.

Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, ARAF-ın yeni baş katibi vəzifəsinə yeganə namizəd olaraq Emil Seyidov irəli sürülüb. Səsvermə nəticəsində E.Seyidov yeni baş katib seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Yanvar 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri