Icma.az
close
up
RU
Atəşkəs və suallar: qalib kimdir?

Atəşkəs və suallar: qalib kimdir?

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Hadisələrin inkişafı danışıqlar prosesində aydınlaşacaq

ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması “kim qalib gəldi” sualı ətrafında müzakirələrə səbəb olub. Hər iki tərəf özünü “qalib” elan etsə də, reallıq ziddiyyətlidir.

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində qələbə qazandıqlarını düşünür. İddia edirlər ki, Vaşinqton Tehranın 10 maddəlik planını qəbul etməyə məcbur olub: İranın Hörmüz boğazı üzərində nəzarəti davam edəcək, uranın zənginləşdirilməsi qəbul edilib, bütün sanksiyalar ləğv edilir, qətnamələr ləğv olunur, dəyişmiş ziyan ödənilir, Amerika qüvvələri bölgədən çıxarılır, Hizbullaha qarşı müharibə dayanır;

Atəşkəsin bu şərtlər çərçivəsində qəbul edilməsi reallıqdan uzaqdır.

Birincisi, bu şərtlər ABŞ-ın 15 maddəlik təslim planına cavab olaraq hazırlanmışdı və tərəflər razılaşa bilmədikləri üçün hücumlar davam etdirildi;
İkincisi, razılaşma ABŞ-ın “sivilizasiyanın məhv edilməsi” hücumuna saatlar qalmış əldə olundu: bu o deməkdir ki, geri çəkilən tərəf İrandır;

Lakin İranın geri çəkilməsi ABŞ-ın təslim aktını qəbul etməsi demək deyil. Bu kontekstdə Trampın “100 faizlik qələbə” iddiası da reallığa uyğun gəlmir. ABŞ İran müharibəsində yekun hədəflərinə nail ola bilmədi, xüsusilə rejimin “sağ qalması” fonunda. İranın Hörmüzü bağlamaqla yaratdığı qlobal iqtisadi problemlər müharibənin gedişində Vaşinqtonun prioritetlərini boğazı açmaq və “masada razılaşma ilə üstünlük əldə etmək” istiqamətində dəyişdirdi. Atəşkəs razılaşması da buna istinadən qəbul olunub:

- ABŞ hücumları dayandırır;
- İran Hörmüz boğazını açır;

Hadisələrin inkişafı danışıqlar prosesində aydınlaşacaq. Danışıqların mahiyyəti isə müharibədən fərqlidir: burada “mütləq qalib” olmur, sülh üçün hər iki tərəf güzəştə getməlidir; bu baxımdan, “kim qalib gəldi” sualı açıq olaraq qalacaq;

İran müharibəsində qələbə anlayışının klassik təcrübədən fərqli olduğu da qeyd olunmalıdır, xüsusilə teokratik rejimin yanaşması kontekstində. ABŞ üçün hədəflərindən birinə belə nail olmamaq, “məğlubiyyət” kimi təqdim edilsə də, İran rejimi üçün bütün itkilərə rəğmən sağ qalmaq “qələbə” deməkdir.

Müəllif: Asif Nərimanlı - Analitik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Aprel 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see581

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see352

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see349

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see324

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see286

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see267

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see239

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see212

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see212

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see205

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see198

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see196

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see194

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see190

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see185

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see184

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see179

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see176

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see173

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri