Icma.az
close
up
RU
Atəşkəs və sülh...

Atəşkəs və sülh...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

3 gün sonra diqqət yenə Ər-Riyada yönələcək

Şərqi Avropada geosiyasi proseslərin tam fərqli formada cərəyan edəcəyi gözlənilir. Artıq Rusiya-Ukrayna müharibəsi başa çatmaq üzrədir.  Müharibəni tez bir zamanda sona çatdırmağı qarşısına məqsəd qoyan Tramp Moskva və Kiyev ilə bu istiqamətdə təmasları daha da intensivləşdirib. Son bir neçə ayda aparılan telefon danışıqları və keçirilən görüşlər bunu deməyə əsas verir. Önümüzdəki aylarda Rusiya-Ukrayna münaqişəsində, o cümlədən ABŞ-Rusiya və ABŞ-Ukrayna münasibətlərində mühüm proseslərin baş verəcəyi ehtimal olunur.

Ağ Ev məqsədinə nail oldu

Martın 11-də Ər-Riyadda ABŞ ilə Ukrayna rəsmiləri arasında görüşün keçirilməsi gözlənilir. Qərb KİV-inin məlumatına görə, ABŞ nümayində heyətinə dövlət katibi Mark Rubio, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak rəhbərlik edəcək.

Prezident Zelenski öz sosial şəbəkə hesabında belə bir görüşün baş tutacağını təsdiqləyib. Dövlət başçısı qeyd edib ki, o martın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək, Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşəcək. Zelenski Tramp administrasiyasının sülh quruculuğu istiqamətində səylərini yüksək qiymətləndirdiyini və Ukraynanın təhlükəsizliyinin təmin olunması istiqamətində Vaşinqtonla daha da fəal əməkdaşlıq edəcəyini də bəyan edib.

Ər-Riyad  görüşünün mahiyyətinə gəlincə, Stiven Vitkoff  jurnalistlərə açıqlamasında bildirib ki, bu görüşün gündəliyinə münaqişənin həlli üzrə razılaşmanın əsasları və 6 aylıq atəşkəs sazişi daxil olacaq. Vitkoff onu da diqqətə çatdırıb ki, ABŞ Ukraynaya silah və kəşfiyyat dəstəyini böyük ehtimalla bərpa edə bilər. “Əgər Ukrayna sülh danışıqlarına razılaşarsa, ABŞ təzyiq siyasətinin ikinci mərhələsi olan Rusiya hissəsinə başlayacaq,” - deyə Vitkoff vurğulayıb.

ABŞ rəsmisinin sözlərinə görə, ABŞ ilk növbədə altı aylıq atəşkəsə nail olmaq və bundan sonra Rusiya-Ukrayna sülh prosesinə başlamaq niyyətindədir - o, Ağ Evin bu məsələdə israrlı olduğunu dilə gətirib.

Xatırladaq ki, fevralın 28-də Ağ Evdə Tramp ilə Zelenski arasında yaşanan son gərginlikdən sonra Vaşinqton Ukraynaya bütün hərbi və maliyyə dəstəyini dayandırıb. Hətta Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi də qadağan edilib. Londonda Aİ-nin və Avropa ölkələrinin rəhbərləri və dövlət başçıları Zelenskiyə Kiyevə sona qədər dəstək verəcəklərini desələr də, Brüsselin Ukraynaya 20 milyard avro məbləğində yeni hərbi yardım paketinin hazırlanmasını dayandırması vəziyyəti kökündən dəyişdirdi.

Bütün bunların fonunda Ukrayna rəhbərliyi bəyanat yayaraq, Ağ Evdə baş verənlərdən dərin təəssüf hissi keçirdiklərini və Tramp administrasiyasının sülh missiyasını dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Atəşkəs elan olunacaq?

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, yaxın 1-2 ayda tərəflər arasında sülh sazişinin imzalanması ehtimal olunur: “Bu barədə müxtəlif fikirlər səsləndirilir. Amma yaz-yay aylarında və bəlkə də daha tez bir zamanda Rusiya ilə Ukrayna arasında atəşkəs sazişinin imzalanması mümkün görünür. Deyilənə görə, saziş altı aylıq müddəti əhatə edəcək. Bu müddətdə münaqişə tərəfləri arasında sülh müqaviləsi ilə bağlı danışıqlar aparılacaq. Hesab edirəm ki, belə bir saziş ABŞ-ın özünə lazımdır və Ukrayna da Vaşinqtonun şərtlərinə razı olacaq. Bundan başqa, Vaşinqtonun vasitəçiliyi ilə təşkil olunacaq sülh danışıqlarından əvvəl həm Rusiya, həm də Ukrayna öz nümayində heyətini müəyyən etməlidir”.

 “Çox güman ki, yaxın zamanda Vaşinqton ilə Kiyev arasında Ukraynadakı mineral ehtiyatların istismarı ilə bağlı iki saziş də imzalanacaq. Bunu ABŞ rəsmilərinin özləri təsdiqləyiblər. Böyük ehtimalla, Ər-Riyaddakı görüşdə hər iki sazişin müddəaları  ətrafında da geniş müzakirə aparılacaq,”-deyə İ.Vəlizadə əlavə edib.  

Vaşinqton sanksiya məsələsinə qayıdacaq?

Politoloq belə bir halın baş verməyəcəyini bildirib. Onun sözlərinə görə, Moskva və Vaşinqton Ukraynada müharibənin tez bir zamanda sona çatmasında maraqlıdır: “Kreml ABŞ-ın təkliflərinə razı olub və Tramp administrasiyasının vasitəçiliyi ilə keçiriləcək atəşkəs və sülh danışıqlarında iştirak etməyə hazırdır. Belə bir durumda Vaşinqtonun Rusiyaya qarşı yenidən sanksiyalar tətbiq etməsi qeyri-mümkündür”.

Münaqişə dondurulacaq?

Bir çox ekspertlər altı ay müddətində Rusiya və Ukraynanın sülh müqaviləsi ilə bağlı ortaq razılaşmaya gəlməsini qeyri-mümkün hesab edirlər. Onların proqnozlarına görə, Ukraynadakı münaqişə iyirmi və ya otuz il ərzində dondurulmuş vəziyyətdə qalacaq. İ.Vəlizadə isə bildirib ki, bu halda nə zamansa münaqişə yenidən alovlana bilər: “Əgər hər iki tərəf atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməsə,  hərbi qarşıdurmalar yenidən vüsət alacaq. Yox, əgər hər iki tərəf atəşkəsə əməl edərsə, hər hansı ciddi hərbi əməliyyat baş verməyəcək”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Mart 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri