Atəşkəsə baxmayaraq İsrail Livana zərbə endirdi: 6 nəfər öldü
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
İsrail ordusu atəşkəsə baxmayaraq Livanın cənubundakı Ənsar qəsəbəsinə hava zərbələri endirib.
“Yeni Sabah” xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 6 nəfər həyatını itirib.
Livanın cənubundakı Mülki Müdafiə İdarəsindən bildirilib ki, zərbələr nəticəsində ölənlərin sayı ilkin olaraq 6 nəfərdir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. pizza mizza
Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail qüvvələri Nəbatiyyə və Bint Cübeyl şəhərləri və onların ətrafını da atəşə tutub. Bint Cübeyldə bəzi evlərin partladıldığı, Kunin-Səff əl-Həva yolu ətrafındakı yaşayış evlərinə ağır pulemyotlardan atəş açıldığı bildirilib.
Bundan başqa, İsrail hərbi təyyarələri gecə yarısından az əvvəl Mənsuri qəsəbəsindəki əl-Muşa bölgəsinə də hava zərbəsi endirib.
Qeyd edək ki, İsrail ordusu martın 2-dən etibarən Livanın cənubuna intensiv hava zərbələri endirməyə başlayıb. Bu müddətdə ölkədə 1 milyondan çox insanın didərgin düşdüyü açıqlanıb.
Livanla İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs sonradan bir neçə dəfə uzadılıb. Buna baxmayaraq, bölgədə qarşıdurmalar davam edir.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bu yana İsrailin hücumları nəticəsində 4 335 nəfər həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 15 Avqust 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















