Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

ATƏT in 33 illik layihəsi çökdü ŞƏRH

ATƏT in 33 illik layihəsi çökdü ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Minsk qrupu dağıldı, Cənubi Qafqazda sülh prosesi sürətlənir


ABŞ-Rusiya-Fransanın rəhbərliyi ilə qurulmuş ATƏT-in Minsk qrupu 33 ildən sonra ləğv edildi və bununla Qafqazda bir dövr başa çatdı. Sherg.az türk jurnalist Serkan Demirtaşın bu barədə şərhini təqdim edir.


SSRİ-nin dağılmasından sonra müharibə və qeyri-sabitliklə anılan Cənubi Qafqazda son bir ayda baş verən hadisələr bölgədə bir dövrün bağlandığını, əməkdaşlıq və sülhün bərqərar olduğu yeni bir mərhələnin başladığını göstərir.

Bunun ən konkret nümunəsi 1992-ci ildə Azərbaycan və Ermənistan arasında başlayan Qarabağ münaqişəsinin həlli üçün qurulmuş ATƏT-in Minsk prosesinin 1 sentyabr 2025-ci ildən etibarən ləğv olunmasıdır.

Bu qərarı ATƏT-in Baş katibi Feridun Sinirlioğlu və ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen elan ediblər. Məlumata görə, proses Ermənistan və Azərbaycanın birgə çağırışı və ATƏT Nazirlər Şurasının qərarı əsasında dayandırılıb.

Sinirlioğlu bu addımı “tarixi” adlandıraraq qeyd edib ki, uzun illər davam edən münaqişə və etimadsızlığa baxmayaraq, diplomatiya nəticə verə bilər: “Bu vəziyyət göstərir ki, tərəflər ortaq zəmin tapmaqda qətiyyətli olduqda razılıq mümkündür”.


Ağ Ev görüşü dönüş nöqtəsi oldu

Azərbaycan və Ermənistan bu mühüm addımı 8 avqustda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən zirvədə əldə olunan nəticələr əsasında atıblar.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Trampın vasitəçiliyi ilə Qarabağ müharibəsindən sonra iki ölkə arasında daimi sülh sazişinin imzalanması yolunda əhəmiyyətli mərhələni geridə qoyublar.

İmzalanmış niyyət bəyannaməsi həm də Minsk prosesinin sona çatdırılması ilə bağlı tərəflərin ortaq mövqeyini ortaya qoyub. Daha sonra Bakı və İrəvan ATƏT-ə müraciət edərək prosesi və bağlı strukturları ləğv etməyi xahiş ediblər. 57 üzvdən ibarət ATƏT Nazirlər Şurası bu çağırışı yekdilliklə qəbul edib.


Minsk qrupu da dağıdıldı

Beləliklə, 1994-cü ildə yaradılan Minsk qrupu da buraxılıb. Qrupun həmsədrləri ABŞ, Rusiya və Fransa idi. Digər daimi üzvlər Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, eləcə də Ermənistan və Azərbaycan idi. Onun əsas vəzifəsi münaqişənin dayandırılması və siyasi həll üçün çərçivə yaratmaq idi.

Lakin həmsədr ölkələrin fərqli geosiyasi maraqları problemin həllindən çox Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına şərait yaratdı. Azərbaycan isə 2000-ci illərin ortalarından etibarən Minsk qrupuna etimadsızlığını açıq şəkildə bildirirdi. Xüsusilə Fransanın açıq şəkildə Ermənistanı dəstəkləməsi qrupun tamamilə təsirsiz hala gəlməsinə səbəb oldu.

2020-ci ildə başlayan müharibədən sonra Azərbaycan Qarabağ ərazilərinə nəzarəti bərpa etdi. Müharibədən sonra tərəflər sərhədlərin müəyyənləşdirilməsi və daimi sülh müqaviləsi üçün masa arxasına oturdular və razılıq əldə etdilər.


Ankaranın mövqeyi

Minsk prosesinin ləğvi Türkiyə tərəfindən də müsbət qarşılanıb. 

Xarici İşlər Nazirliyi bəyan edib:

“1 sentyabr 2025-ci ildə ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilən Minsk prosesi və bağlı strukturların ləğvinə dair qərarı məmnuniyyətlə qarşılayırıq. Azərbaycan və Ermənistanın ortaq səyləri ilə mümkün olan bu tarixi qərar iki ölkə arasındakı sülh prosesinin mühüm mərhələlərindən birini təşkil edir”.

Türkiyə üçün Azərbaycan-Ermənistan sülh prosesi, həm də Ankara-İrəvan normallaşma prosesinin əsas parametrlərindən biridir. Bu səbəbdən Ankara mövzunu yaxından izləyir və tərəflərlə dialoqu davam etdirir.

Prezident Rəcəb Tayyib Ərdoğan da Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşərək prosesi müzakirə edib. Ərdoğan dönüşdə jurnalistlərə bildirib: “Ağ Ev görüşündən sonra Cənubi Qafqazda sülh və sabitlik prosesi sürətləndi. Əliyevlə də, Paşinyanla da ətraflı danışdım. Hər iki tərəfin eyni nöqtədə olduğunu gördüm. Eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsində də heç bir problem, fikir ayrılığı yoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri