Tovuzda dəm qazından zəhərlənən bir ailənin dörd üzvünün vəziyyəti açıqlanıb YENİLƏNİB
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün saat 00:50 radələrində dəm qazı zəhərlənməsi şübhəsilə 4 nəfər (2-i kişi, 2-i qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın yerli bürosuna Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
09:01
Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Belə ki, 1955-ci il təvəllüdlü S. Həsənov, 1989-cu il təvəllüdlü E. Həsənov, 1960-cı il təvəllüdlü G. İbrahimova və A. Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslərdən S. Həsənov və A. Həsənova Bakı şəhərindən Tovuza qonaq gəliblərmiş.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 17 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















