Icma.az
close
up
RU
Atıcı silahların və döyüş sursatlarının istehsalı artır MSN in müəssisəsindən REPORTAJ VİDEO

Atıcı silahların və döyüş sursatlarının istehsalı artır MSN in müəssisəsindən REPORTAJ VİDEO

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 dekabr, G.Mahmudlu, F.Səlimov, O.Kərimov, N.Abdullayev, İ.Nadirov, AZƏRTAC

Dekabrın 17-si Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.

MSN 2005-ci il dekabrın 16-da Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. Dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

AZƏRTAC-ın müxbirləri MSN işçilərinin peşə bayramı günü münasibətilə nazirliyin müəssisələrindən birinə baş çəkib, silah-sursatın hazırlanması prosesi ilə tanış olublar.

Müəssisənin sexlərinə baş çəkərək silah-sursatın ən xırda detallarının hazırlanmasından tam hazır hala gətirilənədək həyata keçirilən mərhələlərin şahidi olduq.

Gərgin iş, böyük diqqət və məsuliyyət tələb edən proses incə-incə işlənilirdi. Detalların ştamplaması, ilkin xammalın hazırlanması - həssas tökmə, müdafiə sənayesi məmulatlarının hazırlanması üçün proqram dəzgahlarından istifadə, məmulatların yığımı, lülə sahəsinin robotik cihazlarla hazırlanması prosesləri bir-birini əvəz edirdi. Son nəticədə ortaya Azərbaycan istehsalı olan yüksək dəqiqliyi, atış tezliyi ilə fərqlənən, cəngavər Vətən və asayiş keşikçilərinin, təhlükəsizlik və əmin-amanlığımızın təminatçılarının “ən sadiq dostu” hesab edilən əzəmətli silahlar ortaya çıxırdı.

Sonra MSN-in əməkdaşı ilə həmsöhbət olub, müəssisənin fəaliyyəti haqqında məlumat aldıq. Onun sözlərinə görə, MSN-in müəssisələrində hərbi təyinatlı məmulatların istehsalı üzrə genişmiqyaslı işlər aparılır. Son illər dövlətimizin dəstəyi ilə respublikamızın regionlarında MSN-in yeni texnologiyalara əsaslanan müasir avadanlıqlarla təchiz olunmuş istehsal müəssisələri inşa edilib. Çox qısa zamanda həmin müəssisələr tam istehsal gücü ilə fəaliyyətə başlayacaq. Müəssisələrə regionlardan yeni kadr resursları da cəlb olunub.

Qeyd edildi ki, hazırda MSN-in müəssisələrində müxtəlifçaplı atıcı silahların, döyüş sursatlarının istehsalı artan qrafik üzrə icra olunur. Silahlı Qüvvələrin, güc strukturlarının və aidiyyəti dövlət qurumlarının sifarişləri əsasında hərbi təyinatlı məhsullara olan tələbat üzrə dövlət sifarişləri vaxtlı-vaxtında, keyfiyyətlə yerinə yetirilir. 2025-ci il üçün MSN müəssisələri artıq dövlət sifarişi proqramını tamamilə yerinə yetirib.

O da vurğulandı ki, MSN-in müəssisələri 44 günlük Vətən müharibəsi zamanı Ordunun və güc strukturlarının təminatı üçün əlindən gələni əsirgəməyib, üçnövbəli iş rejimində çalışaraq həmin qurumları hərbi təyinatlı məmulatlarla təmin edib.

İstehsalatda müasir istehsal texnologiyalarının, təcrübi konstruktor layihələrinin tətbiqi sayəsində yeni növ silahların yaradılmasına nail olunub. İstehsal edilən məmulatların hissələrinin emalının 90 faizi rəqəmsal proqramla idarəolunan dəzgahlarda aparılır ki, bu da texniki imkanları artırır, keyfiyyət baxımından beynəlxalq bazara rəqabətədavamlı məmulat çıxarılmasına imkan yaradır. Hazırda müəssisədə 5,45x39 , 7,62x39 avtomatların, 7,62x54 universal, 7,62x54 hücum pulemyotlarının,12,7, 14,5 və 23 millimetrlik iriçaplı snayper tüfənglərinin seriyalı istehsalı aparılır.

Sonra müəssisənin pilotsuz uçuş aparatları (PUA) istehsal edilən sahəsi ilə tanış olduq.

Burada bir PUA diqqətimizi xüsusilə cəlb etdi. Öyrəndik ki, müəssisənin 44 günlük Vətən müharibəsi “veteranı” hesab edilən həmin pilotsuz uçuş aparatı – “Orbiter-3” tipli PUA İkinci Qarabağ müharibəsi zamanı uzun müddət havada kəşfiyyat işi aparıb. Son tapşırığında düşmən silahlarının hədəfinə çevrilməsinə və müxtəlif tipli qəlpə zədəsi almasına baxmayaraq, öz missiyasını uğurla tamamlayaraq geri dönüb.

Nazirliyin PUA istehsalı sahəsi üzrə mütəxəssisi AZƏRTAC-ın müxbirləri ilə söhbətində bildirdi: "Bizim sahəmizdə müxtəlif tipli pilotsuz uçuş aparatları istehsal olunur. PUA-lar həm kəşfiyyat, həm də kamikadze tiplidir. Həmin PUA-lar müharibə şəraitində bütün növ tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Vətən müharibəsində həmin aparatlardan geniş istifadə olunub. Həm kəşfiyyat, həm də kamikadze tipli uçuş aparatlarımız düşmənin gizli və açıq mövqelərini hədəfə alaraq zərərsizləşdirib. PUA-lardan “Orbiter-2”, “Orbiter-3”, “Orbiter-4” tipli aparatlar kəşfiyyat tiplidir. Həmin aparatlar gündüz və gecə rejimlərində düşmənin bütün hədəflərini aşkarlayıb, həm komanda məntəqəsinə ötürür, həm də koordinatları təyin etmək qabiliyyətinə malikdir. Həmin PUA-lardan biri kamikadze tipli zərbə tipli “İtiqovan” adlandırılan zərbə uçuş aparatıdır ki, bu da düşmənin mövqelərini qısa zamanda aşkarlayaraq, yüksək hündürlükdən çox dəqiqliklə məhv edə bilir. Yəni, hədəfi görərək saatda 350-370 kilometr sürətlə - böyük bir şığıma sürəti ilə hədəfi məhv etmək qabiliyyətinə malikdir”.

Müəssisədə şahid olduğumuz proseslər, hər detal üzərində gözünü qırpmadan çalışanlar onu deməyə əsas verir ki, müdafiə sənayesinin ən parlaq gələcəyi qarşıdadır. Əminik ki, getdikcə ölkəmizdə silah-sursat və texnika ixracı idxalı üstələyəcək və Azərbaycanın özünəməxsus hərbi məhsulları ən qabaqcıllar sırasında yer alacaq.

-1 / 35

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri