Atıcımız Osiyekdə hədəf önünə niyə keçməyib?
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xorvatiyanın Osiyek şəhərində keçirilən 10 m məsafədən güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvü Nigar Ramazanovanın hədəf önünə keçməməsinin səbəbi bəlli olub.
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasından İdman.biz-in sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, yarışdan öncə texniki baxış zamanı idmançının istifadə edəcəyi tüfəngdə problem aşkarlanıb.
Qeyd edək ki, komanda yarışına sifariş olunan Ramazanova start xəttinə çıxmadığı üçün Nuranə Əliyeva və Jalə Bayramovanın yer aldığı “üçlük” tamamlanmayıb. Bu üzdən yığmamızın nəticəsi hesaba alınmayıb.
Aytac Sahəd
İdman.biz
Baxış sayı:76
Bu xəbər 10 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















