Atletiko nun forvardı gələcəyi ilə bağlı danışmadı
sport24.az saytına istinadən Icma.az xəbər verir.
Madrid "Atletiko"sunun hücumçusu Julian Alvares növbəti mövsüm klubda qalıb-qalmayacağını bilmir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Futbolçu gələcəyi ilə bağlı sualı belə cavablandırıb:
"Növbəti mövsüm "Atletiko"da qalıb-qalmayacağımı bilmirəm. Bəlkə də hə, bəlkə də yox. Hazırda tamamilə xoşbəxt olduğumdan başqa deyəcək bir sözüm yoxdur. Sosial mediada çoxlu söhbət və müzakirələr gedir, amma bu şayiələr mənim üçün heç bir məna kəsb etmir".
Argentinalı forvardın "Arsenal", PSJ və "Barselona"nın maraq dairəsində olduğu bildirilir.
Qeyd edək ki, 26 yaşlı Alvares bu mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 16 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 11 Mart 2026 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















