Icma.az
close
up
RU
ATU nun tələbələri üçün icbari tibbi sığorta ilə bağlı maarifləndirmə sessiyaları keçirildi

ATU nun tələbələri üçün icbari tibbi sığorta ilə bağlı maarifləndirmə sessiyaları keçirildi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycan Tibb Universitetinin (ATU) birinci kurs tələbələri üçün icbari tibbi sığorta mövzusunda maarifləndirmə sessiyaları təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və ATU-nun dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi tibb sahəsində təhsil alan gənclərin icbari tibbi sığorta sistemi barədə məlumatlılığını artırmaq olub. Tədbirə ümumilikdə 600-dən çox tələbə qatılıb.

ATU-nun Tədris işləri üzrə prorektoru Anar Ağayev bu cür sessiyaların tələbələrin gələcək peşə fəaliyyətinə mühüm töhfə verəcəyini qeyd edib.

Agentliyin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova tədbirin təşkilinə verdikləri dəstəyə görə KOICA və ATU rəhbərliyinə minnətdarlığını bildirib. O, icbari tibbi sığortanın əhəmiyyətli səhiyyə islahatlarından biri olduğunu vurğulayıb və gələcəyin həkimlərinin bu sistemin mühüm iştirakçıları sırasında yer aldığını qeyd edib.

KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Sulim Hvanq çıxışında təşkilatın Azərbaycanla uzunmüddətli əməkdaşlıq təcrübəsinə toxunaraq, bu sessiyaların ölkənin səhiyyə sisteminə əhəmiyyətli dərəcədə töhfə verdiyini söyləyib.

KOICA Məzunlar Assosiasiyasının (KOAZ) prezidenti, TƏBİB-in Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov isə KOICA ilə Azərbaycan arasında səhiyyə sahəsində mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, bu istiqamətdə layihələrin davamlı olacağına əmin olduğunu deyib.

Açılış mərasimindən sonra tələbələrə “İcbari tibbi sığorta nədir?” mövzusunda təqdimat nümayiş etdirilib, həmçinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydalarını izah edən animasiyalar göstərilib. Sessiyanın sonunda isə tələbələrin əldə etdikləri bilikləri möhkəmləndirmək məqsədilə interaktiv oyun keçirilib və qaliblər xüsusi hədiyyələrlə mükafatlandırılıb.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see251

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see221

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see160

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see142

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see138

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see138

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri