Icma.az
close
up
RU
ATV də milli dəyərlərə Hücum: “TƏHLÜKƏ” KONKRET

ATV də milli dəyərlərə Hücum: “TƏHLÜKƏ” KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün uşaqları zərərli informasiyadan qorumaq, efirdə ədəbsiz, təhqiredici, vulqar məzmunun yayılmasının qarşısını almaq, ailə institutuna, milli və bəşəri dəyərlərə hörmət kimi tələblər qalsa da, hələ də özəl telekanllarımıza dur deyən yoxdur.

Artıq cəmiyyətdə müxtəlif səviyyələtdə SOS siqnalı verilib ki, televiziyalarımız cəmiyyətin mədəni-əxlaqi qatını məhv edir, dil, adət-ənənələr, estetik duyğu, normal ənənəvi davranış qaydalarını kobud surətdə pozur, milli dəyərlərə tüpürür. Məsələn, ATV telekanalı bu sahədə liderliyini qoruyub-saxlamaqdadır. Bu kanalda bayağı, ucuz şou-verilişlər xirtdəyə qədərdir. Estetik, əxlaqi və mədəni minimal tələbləri gözləməyən, sadəcə kommersiya marağına istiqamətlənmiş verilişlər efiri zəbt edib. Bu siyasətə isə ATV-nin prezidenti Azər Xəlilov rəhbərlik edir. Etirazı varsa, buyursun, teziz və arqumentlərini ortaya qoysun. Axı onun nə arqumenti olacaq ki?! Yalnız kommersiya marağı. Belə çıxır ki, kommersiya marağı bütün müqəddəs dəyərlərdən üstündür. Hansısa “sehirli əl”in himayə etdiyi Azər Xəlilov sanki özünə söz verib ki, insanların zövqünü alt-üst etməklə, onların dünyagörüşünü ibtidai icma təfəkkürü ilə formalaşdıracaq.

Əgər belə davam edərsə, sizcə, iyrənc zövqü olan tamaşaçı hansı qlobal uğurlarımızın mahiyyətini dərk edər?! Primitiv, ucuz yanaşması ilə cəmiyyətdə Zəfər əhval-ruhiyyəsini anlayar?! Bəli cənablar, bu gün problemlərimizin əsas səbəblərindən biri də məhz ümumi mədəni səviyyənin aşağı olmasıdır. Kütlə formalaşdıran cənab Xəlilov bu baxımdan kimin dəyirmanına su tökür? Əlbəttə, burada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də günahı böyükdür. Bu barədə növbəti yazılarımız olacaq. Bu gün isə Azər Xəlilovun fəaliyyətinə qiymət qoyulacaq. O fəaliyyətinə ki, vizual-auditiv olaraq çox güclü alət olan televiziyanı yalnız kommersiya marağı ilə idarə edir. Əlbəttə, o fərqindədir ki. mədəni-əxlaqi standartları tapdalayır. Cəmiyyət üçün belə təsirlərin real təhlükəsini gözardına vurur. Cənab Xəlilov o qədər də savadsız deyil. Bilir ki, qanunvericiliyə görə, televiziya yayımı da “media subyekti”nin fəaliyyəti sayılır. Media subyektləri (yəni kanallar) redaksiya və məzmun baxımından məsuliyyət daşıyırlar.

Xatırladaq ki, ATV-nin öz saytında “redaksiya siyasəti və peşə etikası qaydaları” bölməsi var. Orada “redaksiya siyasəti heç bir halda … milli-mənəvi dəyərlərə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz” – deyə yazılıb. Amma bu, yalnız sözlərdə belədir. Belə çıxır ki, reallıqda bu məsuliyyətin həyata keçirilməsi münasibətləri kifayət qədər mürəkkəbdir. Real vəziyyət həm də belədir: Xəlilov niyə məsuliyyətə cəlb edilməyib? Doğrudur, media qanunvericiliyində texniki olaraq, cəzalar (məsələn, efir yayımının dayandırılması, xəbərdarlıq, inzibati sanksiya) nəzərdə tutulsa da, bu sanksiyalar kifayət qədər məhduddur və “maddi-tövsiyə xarakterli” olaraq qalır. Amma bizə elə gəlir ki, Azər Xəlilovun cəzası lap ağır olmalıdır. Ən azından onu işdən kənarlaşdırmaq lazımdır. Onsuz da Azər Xəlilov heç peşə etikasına və ictimai-mədəni məsuliyyətə də cəlb edilməyib. Hər zaman kölgədə qalmağa çalışan Xəlilov çox təəssüflər olsun ki, hələ də kommersiya maraqları ilə “at oynadır”.

Kağız üzərində məsuliyyət daşıyan Xəlilova heç kim “gözünün ustündə qaşın var” da demir. Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Azərbaycan dilinin qorunması ilə bağlı verdiyi tezislər də onu deməyə əsas verir ki, özəl kanallar dilimizin də vayına oturub. Sevindirici haldır ki, bununla bağlı Audiovizual Şura sərt cərimələr tətbiq edəcək. Amma nə qədər ki, Azər Xəlilovlar var, özəl kanallarda inanmıram ki, bir irəliləyiş əldə olunsun.

Çünki Xəlilovun patronajlığı sayəsində ATV kimi kanallar bu yolu seçib. Məhz onlar belə hesab edir ki, televiziya kanalının əsas gəlir mənbəyi reklam, sponsorluq və reytinqdir. Reytinq almaq üçün ucuz, sensasion, sadə anlayışlı verilişlər (“reallıq şouları”, “şou-biznes”, “bayağı zarafatlar”, “konfliktli verilişlər” və s.) tez və asan auditoriya cəlb edir. Bu, biznes marağıdır.

Azər Xəlilov bu barədə “peşəkardır”. O yaxşı bilir ki, onların təyin etdiyi auditoriya estetika və yüksək mədəniyyət deyil, sadəcə asudə vaxt və əyləncə axtarır. ATV də böyük məmnuniyyətlə bu tələbatı ödəyir. Kanal rəhbərliyi milli-mənəvi dəyərlər anlayışını da çox vaxt subyektiv qəbul edir. Onlara görə konservativlərin, liberalların, gənclərin və yaşlı nəslin ATV-dən başqa gözləntiləri var. Bu mənada özəl telekanallar elə bir mövqe sərgiləyir ki, cəmiyyətdə “mənəviyyat – kommersiya” toqquşması baş verib. Bu toqquşmaların da baş qəhrəmanlarından biri Azər Xəlilovdur.
Məgər o, hər proqramın seçilməsinə, redaktə olunmasına, yayım saatlarına, veriliş kontentinə nəzarət etmir? Redaksiya siyasəti və etik prinsiplərə göz qoymur? Məhsul olaraq satdıqları verilişlərin zərərlilik miqyasını ölçə bilmir?

Guya Qərb dəyərlərinə sadiq olan Xəlilovun nəzərinə çatdırmaq istəyirik ki, bəyənmədiyimiz sovet dövründə belə televiziya mədəniyyətin, milli kimliyin, dəyərlərin qorunmasında vacib rol oynayıb. Əgər bu rol tələbata, reytinqə və kommersiyaya qurban verilirsə, vay onda bizim halımıza. Bu, həqiqətən də cəmiyyətin mənəvi deqredasiyasını ancaq və ancaq sürətləndirə bilər.

İnanırıq ki, Xəlilovun yerinə gələn istənilən milli düşüncəyə hakim olan rəhbər yalnız reytinq və kommersiya marağı ilə deyil, mənəviyyat, milli kimlik, estetik zövq, cəmiyyətin tərbiyəsi funksiyasını həyata keçirəcək. Gəlin ən azından ümid edək və bu yazıdakı tonumuzu bir qədər sərtləşdirək: Tez bir zamanda özəl telekanallar yalnız ucuz əyləncə verməsin, keyfiyyət, mədəniyyət, ədəb qaydası və dəyərlər irəli çəkilsin. Əks təqdirdə dövlətçilik əxlaqı mənəvi deqredasiya prosesində əriyib gedəcək, Azərbaycanın bir müstəqil ölkə kimi gələcəyini təhlükəyə atacaq. Cənablar, sözdən çox əmələ keçməyin vaxtıdır. Azər Xəlilovları dayandırmalıyıq!

KONKRET.az-ın ANALİTİK QRUPU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri