Icma.az
close
up
RU
Audiovizual Şura: Retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər

Audiovizual Şura: Retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

Multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") çıxarılması ilə bağlı Audiovizual Şuraya vətəndaşlardan müraciətlər daxil olur.

Bu barədə AZƏRTAC-a şuradan bildirilib.

“İlk olaraq qeyd edilməlidir ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Qanunvericiliyin bu tələbinə riayət olunmasının təmin edilməsi üçün Audiovizual Şura tərəfindən son illərdə müvafiq işlər həyata keçilir. Bu məqsədlə operatorlarla çoxsaylı görüşlər keçirilib, onlara həm şifahi, həm də yazılı olaraq müvafiq tövsiyələr verilib. 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək retranslyasiya paketlərinin monitorinqləri nəticəsində qeydə alınmış pozuntulara görə 20-dən çox operator barədə inzibati xəta haqqında protokol tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Məhkəmə qərarlarına əsasən həmin operatorların hərəsi 5 min manat cərimə olunub”,- deyə məlumatda bildirilib.

Qeyd edilib ki, Audiovizual Şuranın apardığı araşdırmalardan məlum olub ki, yuxarıda adları qeyd edilən idman kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ yoxdur: “Həmçinin həmin kanallarda yayımlananan bir sıra beynəlxalq idman yarışlarının ölkəmizdə müstəsna yayım hüququ bir sıra yerli yerüstü və platforma yayımçıları tərəfindən alınıb və onların televiziya kanallarında həmin yarışlar təqdim olunur. Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdikləri müraciətlərdən, habelə hazırda davam edən məhkəmə proseslərindən də aydın olur ki, "МАТЧ ТВ" kanallarının ölkəmizdə faktiki olaraq "pirat" yayımı onların qanunla qorunan mənafelərinə və iqtisadi potensialına ciddi ziyan vurur. Ümumiyyətlə, xarici televiziya kanallarının Azərbaycan Respublikası ərazisində operatorlar tərəfindən qanunsuz (icazə və ya razılaşma olmadan) retranslyasiyası ölkəmizin də bu sahədə imicinə ciddi xələl gətirir.

Qeyd olunan məsələləri nəzərə alaraq, Audiovizual Şura 13 may 2025-ci il tarixində bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların (o cümlədən, yuxarıda adları çəkilən idman kanallarının) yayımını dayandırmağı tələb edib və 01 iyun 2025-ci il tarixindən bu tələbə riayət etməyən operatorlara qarşı qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu və həmin sənədin Audiovizual Şuraya təqdim edilməsi halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək və nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcək”,- deyə məlumatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri