Icma.az
close
up
RU
Saxta audit hesabatları İqtisadiyyata görünməyən ZƏRBƏ

Saxta audit hesabatları İqtisadiyyata görünməyən ZƏRBƏ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Azərbaycanda audit xidmətlərinə münasibət tədricən dəyişir. Amma təəssüf ki, bu sahədə bəzi mənfi tendensiyalar mövcuddur. Belə ki, bir çox şirkətlər üçün audit artıq maliyyə şəffaflığını təmin edən vacib proses deyil, sadəcə “qanuni tələb” kimi görülür. Yəni hesabat hazırlanır, Maliyyə Nazirliyinə təqdim olunur və məsələ bununla bitir. Lakin rəqəmlərin arxasındakı risklərə, auditor tövsiyələrinə, maliyyə intizamına diqqət yetirən azdır.
Mövcud qanunvericilikdə belə hallara qarşı real məsuliyyət mexanizminin olmaması vəziyyəti daha da dərinləşdirir. Cərimələr isə ədalətli mexanizmə əsaslanmadığından, audit mədəniyyətinin formalaşmasına xidmət etmir. 
 

MÖVZU İLƏ BAĞLI:
Anar Bayramovdan şirkətlərə XƏBƏRDARLIQ – “Bu sənədi rəsmiləşdirməsələr, ciddi zərərlə ÜZLƏŞƏ BİLƏRLƏR"


Nəticədə həm sahibkarlar, həm auditorlar, həm də dövlət bu prosesdə itirən tərəf olur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru, “Invest Finance MMC”nin rəhbəri Anar Bayramov bildirdi ki, hazırda bir çox şirkətlər audit hesabatını sadəcə Maliyyə Nazirliyinin tələbi kimi yerinə yetirir: 
“Yəni “qanunda tələb var” deyə audit sifariş edilir, hesabat təqdim olunur və cərimədən yayınmaq üçün vəzifə yerinə yetirilmiş sayılır. Amma əsl problem ondadır ki, auditin içindəki rəqəmlərə, nəticələrə, tövsiyələrə baxan yoxdur. Şirkət rəhbərləri və sahibkarlar auditin real faydasını görmədiyi üçün, bu proses tədricən aktual və dəyərli funksiyasını itirir. Beləliklə, audit sadəcə “kağız üzərində” bir prosedura çevrilir, sahibkarda isə güvən hissi zəifləyir.
Bazarda bu gün təəssüf ki, qeyri-peşəkar, bəzən də saxta rəy verən auditorlar kifayət qədər çoxdur.
Belə şəxslər çox zaman ucuz qiymətə, formal sənəd hazırlayır, lakin auditin əsas məqsədi – maliyyə şəffaflığı və etimadın təminatı – tamamilə unudulur. Nəticədə sahibkar auditi formal və mənasız bir tələb kimi görür; peşəkar auditorların reputasiyası zərbə alır; dövlət orqanlarının da audit nəticələrinə inamı azalır. Bu isə uzunmüddətli baxışda audit sisteminin əsasını zəiflədir və bazarda etimadı tamamilə sarsıdır”.
Saxta rəy verən auditorlar cəzalandırılmır...
Anar Bayramov vurğuladı ki, hazırki qanunvericilikdə saxta audit hesabatı verənlər üçün konkret məsuliyyət mexanizmi yoxdur: 
“Auditorlar Palatası müəyyən intizam tədbirləri görə bilər, amma saxta, yanlış və ya sifarişli rəy verən auditor üçün real inzibati və ya cinayət məsuliyyəti tətbiq olunmur. Belə vəziyyət peşənin nüfuzuna zərbə vurur. Sahibkar da haqlı olaraq sual verir: “Əgər dövlət belə hallara göz yumursa, mən niyə bu xidmətə etibar edim?”
“Cərimələr ədalətli deyil”
Müsahibimiz qeyd etdi ki, audit hesabatı təqdim etməyən və ya gecikdirən şirkətlər üçün tətbiq olunan cərimələr bütün şirkətlər üçün eynidir: 
“Kiçik şirkət də, milyonluq dövriyyəsi olan iri şirkət də eyni məbləğ ödəyir. Bu isə ədalətli deyil və nə təsirli mexanizm yaradır, nə də audit mədəniyyətini formalaşdırır. Əslində cərimə yox, məsuliyyət və etibar sistemi qurulmalıdır”.
Həll yolu nədir?
Anar Bayramov sözügedən problemlərin həlli istiqamətində təkliflərini irəli sürüb:
“Bu sahədə vəziyyəti dəyişmək üçün real islahatlar lazımdır. İlk növbədə, Audit Məcəlləsinə ayrıca maddə əlavə edilməlidir. Həmin maddədə saxta audit hesabatı və yalan rəy tərtib edənlər üçün cəza və məsuliyyət mexanizmi nəzərdə tutulmalıdır. Cərimələr isə şirkətin dövriyyəsinə və auditin miqyasına uyğun differensial şəkildə müəyyən edilməlidir. Bundan əlavə, auditorların fəaliyyətinə müstəqil etika və keyfiyyət komitəsi nəzarət etməlidir.
 

Audit hesabatlarının doğruluğunu yoxlamaq üçün vahid elektron qeydiyyat və təsdiq sistemi yaradılmalıdır. Üstəlik, dövlət orqanları audit hesabatlarını formallıq üçün deyil, analitik məqsədlərlə istifadə etməlidir.


Audit – cərimədən yayınmaq üçün yox, maliyyə şəffaflığını təmin etmək üçün aparılmalıdır. Bu sənədlərin saxtalaşdırılmasına və dəyərsizləşməsinə qarşı qanuni tədbirlər təxirəsalınmaz şəkildə gücləndirilməlidir”.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:365
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri