Icma.az
close
up
RU
Auditor: Həyata keçirilmiş auditlərin məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni qiymətləndirməkdir MÜSAHİBƏ

Auditor: Həyata keçirilmiş auditlərin məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni qiymətləndirməkdir MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 25 dekabr, AZƏRTAC

AZƏRTAC Hesablama Palatasının auditoru Hafiz İsmayılbəyli ilə olan müsahibəni təqdim edir.

- Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2025-ci ilin geridə qalan dövründə hansı növdə və neçə nəzarət tədbiri həyata keçirilib və hansı istiqamətləri əhatə edib?

- Cari dövrədək Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 4 uyğunluq auditi və 2 analitik fəaliyyət olmaqla ümumilikdə 6 nəzarət tədbiri həyata keçirilib. Bununla yanaşı, 1 uyğunluq auditi və 1 analitik fəaliyyət həyata keçirilməkdədir. Uyğunluq auditləri ümumdövlət və iqtisadi sahələri əhatə edib. Həmçinin tərəfimizdən Naxçıvan Muxtar Respublika büdcəsinin 2024-cü il üzrə icrasının və 2026-cı il üzrə büdcə layihəsinin analitik təhlili aparılıb.

- Audit obyektləri necə müəyyən edilib və aparılan auditlərin əsas məqsədi nə olub?

- Sualınızın birinci hissəsinə cavab olaraq bildirirəm ki, ilk öncə tərəfimizdən iş planı hazırlanarkən obyektlər risk qiymətləndirilməsi əsasında müəyyən edilir. Sualınızın ikinci hissəsinə əsasən qeyd edim ki, həyata keçirilmiş auditlərin məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni qiymətləndirmək, maliyyə intizamının qorunmasını təmin etmək, idarəetmə prosesində şəffaflıq və hesabatlılığı artırmaqdan ibarət olub.

- Auditlər zamanı ən çox rast gəlinmiş nöqsanlar hansılardır və onların həcmi nə qədər olub? Aşkar olunan pozuntuların aradan qaldırılması üçün hansı tədbirlər görülüb?

- Apardığımız auditlər zamanı satınalma qanunvericiliyin tələblərinin, əməkhaqqı və bununla bağlı ödəniş qaydalarının, həmçinin aktivlər ilə bağlı çatışmazlıqlara rast gəlinib. Nöqsanların ümumi məbləği barədə məlumatları illik fəaliyyətimiz barədə hesabata daxil edəcəyik. Təsdiq edilmiş kollegiya qərarlarına uyğun olaraq aidiyyəti qurumlara müvafiq göstərişlər verilib və bir sıra hallarda vəsaitlərin büdcəyə qaytarılması təmin edilib. Həmçinin aidiyyəti qurumlar tərəfindən məsul şəxslər barədə intizam tədbirlərinin görüldüyü halları da olub.

- Apardığınız kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinin təsiri necə olub və bu nəticələr gələcək planlarınızda hansı istiqamətləri müəyyən edib?

- Aparılan auditlərin nəticələri maliyyə intizamının gücləndirilməsi, vəsaitlərin daha səmərəli idarə olunması və büdcə xərclərinin optimallaşdırılması baxımından mühüm təsir göstərib. Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması büdcə yükünün azaldılmasına və idarəetmə proseslərində şəffaflığın yüksəldilməsinə zəmin yaratdığını deyə bilərik. Bu nöqteyi-nəzərdən gələcək planlarımız üzrə əsas hədəfimiz dövlət vəsaitlərinə nəzarəti gücləndirərək risklərin erkən müəyyən edilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri