Icma.az
close
up
RU
Auditorlar Palatasında dayanıqlı inkişafa dair bacarıqların artırılması üzrə beynəlxalq vebinar keçirilib

Auditorlar Palatasında dayanıqlı inkişafa dair bacarıqların artırılması üzrə beynəlxalq vebinar keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında mövcud olan Anlaşma Memorandumuna uyğun olaraq, auditorların dayanıqlı inkişafa dair hesabatlılıq sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Maliyyə mütəxəssislərinin dayanıqlı inkişafa dair hesabatlılıq üzrə bacarıqlara yiyələnməsi vasitəsilə imkanlarının genişləndirilməsi” mövzusunda birgə maarifləndirici vebinar təşkil edilib.

Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, tədbirdə Auditorlar Palatasının əməkdaşları, sərbəst auditorlar, auditor təşkilatlarının rəhbərləri, onların assistentləri və mütəxəssisləri iştirak ediblər.

Vebinarın əsas məqsədi maliyyə, audit və mühasibat uçotu sahəsində çalışan peşəkarların dayanıqlı inkişafa dair bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də Avropa Davamlılıq Hesabatlılığı Standartlarının (ESRS), Beynəlxalq Maliyyə Hesabatı Standartları Şurasının (IFRS/ISSB) qəbul etdiyi S1 “Dayanıqlı inkişafla bağlı məlumatların açıqlanmasına dair ümumi tələblər” və S2 “İqlimlə bağlı məlumatların açıqlanması” standartlarının, həmçinin “Beynəlxalq dayanıqlılıq hesabatlarının təminatı üzrə ISSA 5000”in tətbiqi kontekstində mühasiblərin və auditorların dəyişən rolunu müzakirə etməkdən ibarət olub.

Vebinarı giriş sözü ilə açan Auditorlar Palatasının Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitəsinin sədri Fəqan Qarayev müəssisələrin dayanıqlılıq risklərinin maliyyə nəticələrinə təsirindən, yeni Dayanıqlı Hesabatlılıq Standartlarının biznes qərarlarına inteqrasiyasından, auditorların dayanıqlı inkişafla bağlı məlumatların təminatında artan məsuliyyəti və rolundan, ACCA-nın Dayanıqlı İnkişafa dair Hesabatlılıq və Təminat üzrə təlimlərinin Auditorlar Palatası tərəfindən tədrisindən, auditorların bu sahə üzrə beynəlxalq sertifikatlara və diplomlara yiyələnməsinin vacibliyindən danışıb. F.Qarayev, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Auditorlar Palatası ilə ACCA arasında əməkdaşlıq çərçivəsində belə tədirlərin təşkili auditorların və maliyyə mütəxəssislərinin beynəlxalq standartlara uyğun peşəkar hazırlığının təmin edilməsinə xidmət edir.

Daha sonra ACCA-nın Avrasiya regionu üzrə ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gaukhar Aşirbekova tərəfindən təqdimat dinlənilib. O, dayanıqlı inkişafa dair bilik və bacarıqların müasir maliyyə mütəxəssisləri üçün zəruri olduğunu vurğulayaraq qeyd edib ki, mühasibat və audit peşəsinin əhatə dairəsi getdikcə genişlənir və dayanıqlı biznes modellərinin qurulması, hesabatlılıq və təminat üzrə bilikləri də özündə birləşdirməlidir.

Tədbir iştirakçıları dayanıqlı inkişafla bağlı hesabatlılığın milli səviyyədə tətbiqi, beynəlxalq standartlara uyğun məlumatların açıqlanması və bu prosesdə auditorların rolu barədə fikir mübadiləsi aparıblar.

Vebinarda dayanıqlı inkişafa dair hesabatlılıqla yanaşı, növbəti mərhələlərdə ACCA ilə birgə audit və digər əlaqəli xidmətlərin göstərilməsinə dair beynəlxalq sertifikasiya proqramının həyata keçirilməsi də məqsədə müvafiq hesab edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri