Icma.az
close
up
RU
Auqsburq şəhərində Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin yubiley konfransı keçirilib

Auqsburq şəhərində Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin yubiley konfransı keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Auqsburq, 1 noyabr, AZƏRTAC

Almaniyanın Auqsburq şəhərində Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) yubiley - beşinci konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniyada çalışan 120-dən çox həkim, alim və tibb tələbəsi iştirak edib.

Birliyin idarə heyətinin sədri, Singen xəstəxanasının aparıcı həkimi, neyrocərrah Turab Qasımov təşkilatın 5 illik fəaliyyəti haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb.

AMD idarə heyətinin üzvü, cərrah Ümüd Səlimzadənin idarəçiliyi və ginekoloq Mina Mustafayevanın aparıcılığı ilə keçirilən konfransda Almaniyada gənc azərbaycanlı həkimlərin səhiyyə sisteminə inteqrasiyası və ixtisasartırması, Almaniya səhiyyə və tibb təhsili sisteminin beynəlxalq kontekstdə müqayisəli təhlili, müqaviləli həkim fəaliyyətinin üstünlükləri və çatışmazlıqları, süni intellektin tibbi diaqnostika, müalicə, proqnoz və tibbi tədrisdə tətbiqi mövzuları müzakirə olunub.

Frankfurtda çalışan anestezioloq, həmçinin AMD idarə heyətinin üzvü Leylan Məmmədova Birliyin yaranma tarixi, fəaliyyəti və gələcək planları haqqında təqdimatla çıxış edib.

Sonra Almaniyanın İdar-Oberştayn xəstəxanasının Kardiologiya klinikasının direktoru professor Natiq Həsənov tələbəlik illərindən klinika direktoru vəzifəsinə qədər keçdiyi peşəkar inkişaf yolu barədə təcrübələrini bölüşüb.

Drezdendə çalışan nevroloq Könül Məmmədova müxtəlif ixtisaslarda müqavilə əsaslı fəaliyyətin üstünlükləri və imkanları barədə çıxış edib.

Virtsburqda fəaliyyət göstərən ürək-damar cərrahı Seymur Kərimli isə aorta anevrizmalarının profilaktikası və müalicə üsullarının əhəmiyyəti haqqında təcrübələrini paylaşıb.

Sonra tədbir panel müzakirələri ilə davam edib. Panel müzakirələrində müxtəlif ixtisaslardan olan azərbaycanlı aparıcı həkimlər, eləcə də süni intellekt üzrə ekspertlər çıxış ediblər.

AMD-nin sədr müavini, otorinolarinqoloq Elşən Ağayevin moderatorluq etdiyi birinci panel sessiyası “Tibbdə süni intellektin tətbiqi” mövzusuna həsr olunub. Müzakirələr informasiya texnologiyaları və süni intellekt üzrə mütəxəssis Toğrul Məmmədli, klinik tədqiqatlar üzrə mütəxəssis Jalə Ağayeva, radioloq Saidə Dadaşova, oftalmoloq Aqil Hüseynzadə və neyrocərrah Turab Qasımov süni intellektin diaqnostika, müalicə, proqnozlaşdırma, tibbi təhsil və “in silico” klinik tədqiqatlarda istifadəsinə dair müzakirələr aparıblar. Eyni zamanda, süni intellektin üstünlükləri və məhdudiyyətləri, gələcəkdə avtomatlaşdırmanın artması, həmçinin bəzi tibbi vəzifələrin ixtisarı ilə bağlı narahatlıqlar da ifadə olunub.

“Beynəlxalq müqayisədə tibb elmləri, mütəxəssis hazırlığı və doktorantura: İmkanlar və perspektivlər” mövzusunda ikinci panel sessiyasına Birliyin sədri Turab Qasımov moderatorluq edib. Müzakirələrdə professor Natiq Həsənov,

Vüqar Yaqublu, Rəhim Şmidt, Müşviqə Həsənova və Seymur Kərimli çıxış ediblər. Panel sessiyasında Almaniyada tibb, rezidentura və doktorantura təhsili barədə fikir mübadiləsi aparılıb, Almaniya təhsil sisteminin imkanları, üstünlükləri və çətinlikləri təhlil edilib. Çıxış edənlər, həmçinin müxtəlif ölkələrdəki peşəkar inkişaf yolları haqqında təcrübələrini bölüşüb və gənc həkimlərə faydalı tövsiyələr veriblər.

Konfrans rəsmi hissədən sonra qala yeməyi və musiqili proqramla davam edib. Tədbir çərçivəsində, həmçinin AMD üzvlərinin illik ümumi yığıncağı da keçirilib.

Qeyd edək ki, AMD Almaniyada azərbaycanlı həkimləri bir araya gətirən ilk təşkilat hesab olunur. Bu gün təşkilatın həm Almaniyada, həm də xaricdə fəaliyyət göstərən xeyli sayda üzv və fəxri üzvü var. Təşkilatın əsas məqsədlərindən biri Almaniyada fəaliyyət göstərən azərbaycanlı tibb tələbələrinin peşəkar fəaliyyətə uyğunlaşmasına dəstək göstərməkdir. Son illərdə AMD platforması çoxsaylı gənc mütəxəssisə təcrübə keçmək, iş tapmaq, ixtisaslaşma və elmi dərəcə qazanmaq imkanları yaradıb. Beləliklə, təşkilat səhiyyə sistemi və tibb təhsilinə mühüm töhfə verir və ixtisaslı həkim çatışmazlığının aradan qaldırılması istiqamətində könüllü əsaslarla mühüm fəaliyyət göstərir. Təşkilat, həmçinin həmvətənlilərimizin Almaniyada ailəlikcə bir araya gəlməsinə, onların vaxtlarını səmərəli keçirməyə və şəbəkələşməyə də dəstək verir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Auqsburq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri