Icma.az
close
up
RU
Serebral iflic, autizm, daun sindromu bu uşaqlarla necə dərs keçilir? Müsahibə

Serebral iflic, autizm, daun sindromu bu uşaqlarla necə dərs keçilir? Müsahibə

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hər hansı bir cəhətdən sindromlu uşaqlar digərlərindən daha çox üstün zəkaya malik olurlar”.

Tribunainfo.az xüsusi şagirdlərlə çalışan müəllimə Məmmədova Şəbnəmlə müsahibəni təqdim edir.

– Özünüz haqqında məlumat verərdiniz.

– Məmmədova Şəbnəm 2020-ci ildə Gəncə Dövlət Universitetinə qəbul oldum. 2024-cü ildə həmin universiteti bitirərək, həmin ildə MİQ imtahanı vasitəsi ilə Gəncə şəhərində xüsusi şagirdlər üçün nəzərdə tutulmuş məktəbə qəbul olundum.

– Xüsusi şagirdlər dedikdə kimlər nəzərdə tutulur? Daun sindromlu uşaqlar yoxsa necə?

– Xüsusi şagird dedikdə, təkcə daun sindromlu şagirdlər yox, bütün xəstəliyi və sindromu olan şagirdlər buraya daxil edilir. Sereblal iflicli, daun sindromlu, hiperaktiv və s. tipli şagirdlər nəzərdə tutulur.

– Bu tip şagirdlərdə əqli inkişafda problem olurmu? Qavramaqda çətinlik yaşayırlar MI? Hansı metodlarla dərsi mənimsədirsiniz?

– Mən evdə təhsil müəllimiyəm. Məktəbə gələ bilməyən şagirdlərlə çalışıram. Hal-hazırda sereblal iflici olan və fiziki cəhətdən inkişafdan qalmış şagirdlərlə çalışıram. Sereblal iflici olan şagird hərəkət edə bilmir. Sadəcə olaraq başını hərəkət etdirə bilir. Mənə səslər vasitəsilə reaksiya verir. Bu tip şagirdlərə vizual olaraq dərs keçirəm. Yəni şəkillər vasitəsilə… Kitabı açıb izah edirəm, şagird səslər çıxarsa da məni dinlədiyini bilirəm. Belə uşaqların fikri dağınıq olur. Məni 5-10 saniyə dinləyir. Sonra ətrafa baxmağa başlayır. Ətrafa baxanda artıq dərs keçdiyim vəsaiti onun baxdığı tərəfə yönləndirir ki, fikrini mənə doğru cəmləşdirim. Daha çox şəkillərlə dərs keçməyə üstünlük verirəm. Fikizi cəhətdən geridə qalan şagirdlərin öyrənməsində isə bəzən çətinlik olur. Məsələn bu tip uşaqların birində artıq mən dərs deməyə başlayanda o hərfləri tanıyırdı. Üzündən oxumağı da bacarırdı. Sadəcə olaraq mən sual verəndə ki, “sən hansı dövlətdə yaşayırsan? Paytaxtımız haradır?” – bu kimi mövzuları bilmirdi. Yəni, həyat bilgisindən, dünya görüşündən geri qalırdı. Fəsilləri, ən adi şeyləri bilmirdi. Artıq mən o şagirdlə hər dərs eyni mövzuları təkrar edərək bu kimi mövzuları da ona öyrətdim. Belə şagirdlərə hər dərs təkrar etdirməsəydim o, öyrəndiklərini unudacaqdı. Şəkillərlə işləməyi və hər dərs təkrar üsuluna üstünlük verirəm.

– Sindromlu uşaqların İQ səviyyəsi yüksək olur, üstün zəkalı hesab edilir. Bu həqiqətən də belədirmi?

– Təbii ki, mən də bunu eşitmişəm. Hər hansı bir cəhətdən sindromlu uşaqlar digərlərindən daha çox üstün zəkaya malik olurlar. Amma mən hələ ki, elə uşaqla rastlaşmamışam. Üstün zəka dedikdə bizim ağlımıza aftomatik gələn ilk şey ya riyaziyyatdan ya da digər fənlərdən yaxşı oxumaqdır. Amma bizim məktəbimizdə bəzi uşaqlar var ki, onların çox gözəl əl işləri var. Bəziləri çox gözəl rəsm çəkir. Toxuma qabiliyyəti olan şagirdlər var. Direktorumuz belə istedadlı uşaqlar barədə danışır və bizə məlumat verir ki, istedadlı şagirdlər də var. Məktəbə gələn yeni müəllim olduğum üçün məni məlumatlandırırlar.

– Xüsusi uşaqların universitetə qəbul olma, peşəyə yiyələnmə perspektivi necədir?

– Mən ibtidai sinif müəllimi olduğum üçün yuxarı sinif şagirdlərinin məktəbi bitirdikdən sonra bizim məktəbdən universitetə qəbul olunanı varmı deyə dəqiq bilmirəm. Amma bildiyim qədəri ilə bizim məktəbi bitirən uşaqlara attestat verilir. Bu uşaqlar peşə məktəblərində oxuya bilərlər. Hətta peşə məktəblərində oxuyanları da var. Düşünmürəm ki, onlar universitetə ayaq uydura bilərlər. Çünki digər universitet tələbələrindən geri qalacaqlarını düşünürəm.

– Autizmli şagirdlər də varmı?

– Bəli, var. Ən çətini serebral iflicli şagirdlərdir. Çünki burada bir çox xəstəlik olur. Mən məktəbdə dərs dediyim dönəmdə şagirdlərdən biri anasının başına vururdu. Bir dəqiqə belə sakit otura bilmirdi. Qapıya vururdu, çıxmaq istəyirdi. İstəyirdi ki, çölə çıxıb hərəkət etsin. Anası isə əlinə telefon verirdi ki, bəlkə başı telefona qarışar. Əlində telefon olsa da yenə sakit durmurdu. Autizmli uşaqlar bəzən ünsiyyət qurmaqda çətinlik çəkir və ya göz kontaktı qurmaqda çətinlik çəkir. Amma əqli cəhətdən normaldırlar. Belə uşaqlardan peşəkar insanlar yetişir. Amma digər sindromların xüsusiyyətləri bəzən daha ağır olduğu üçün təəssüf ki, belə uşaqlar cəmiyyətdən geri qalırlar.

– Valideynlərin yanaşması necə olmalıdır? Onlara hansı tövsiyyələri edərdiniz?

– Valideynlərə tövsiyyəm odur ki, “uşağm fərqlidir” – deyib kənarda durmasınlar. Övladları ilə daha çox maraqlansınlar. Bəlkə uşağın hansısa potensialı var və onu üzə çıxarmaq lazımdır. Həmçinin uşaqlarını ətraf aləmdən, sosial mühitdən təcrid etməsinlər.

– Ölkəmizdə və dünyada sindromlu, nitq qüsurlu və s. uşaqların sayı artmaqdadır. Bunun səbəbi nədir.

– Ayrıca, qeyd edim ki, bizim məktəbə uşaqlar evindən də şagirdlər gəlir. Belə uşaqlar məktəbimizin ən aktiv şagirdləridir. Çünki bizdə hər hansı bir bayram olanda, müəllimlər də uşaqlarla birgə səhnədə çıxış edirlər. Novruz bayramında mən Bahar qızı olmuşdum. Uşaqlar da kosa və keçəl olmuşdu. Birlikdə rəqs hazırlamışdıq. Onların əyləncəsi üçün hər zaman birlikdə tədbirlər hazırlayırıq.
Bütün sindromlu uşaqları valideyndən soruşduqda bildirirlər ki, ya həkim səhlənkarlığıdır ya da gec xəbər tuturlar. Ən çox qohum evliliklərindən və həkim səhlənkarlığından ortaya çıxır.

Söhbətləşdi: Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 May 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri