Icma.az
close
up
RU
AVF rəhbərliyi qadın voleybolçulardan ibarət yığma üzvləri ilə görüşüb FOTO

AVF rəhbərliyi qadın voleybolçulardan ibarət yığma üzvləri ilə görüşüb FOTO

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi qadın voleybolçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüşdə AVF-in prezidenti Şahin Bağırov, vitse-prezident və millimizin baş məşqçisi Faiq Qarayev, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və komandanın meneceri Səbinə Babayeva iştirak ediblər. Hazırda ölkə xaricində olan voleybolçularımız isə görüşə onlayn formatda qoşulublar.

Tədbirdə çıxış edən Bağırov ilk olaraq bir müddət əvvəl başa çatmış Qızıl Avropa Liqası haqqında danışıb. O, komandamızın bu il yarışda istənilən kimi çıxış edə bilməməsini təəssüflə qeyd edib. Bildirib ki, bir neçə aparıcı oyunçumuz müəyyən səbəblərdən milliyə kömək edə bilmədi, bu da nəticəmizin zəif olmasına gətirib çıxardı. Bununla belə, AVF rəhbəri bu ilin noyabrında İslam Həmrəyliyi Oyunlarının, gələn ilin avqustunda isə Bakıda Avropa çempionatının qrup mərhələsinin təşkil olunacağını bildirib və bundan sonra məhz həmin oyunlara köklənməyin vacibliyini diqqətə çatdırıb. Ş.Bağırov onu da qeyd edib ki, bu gün ölkəmizdə uşaq voleybolunun inkişafı ilə bağlı mühüm işlər görülür, istedadlı voleybolçular hazırlanır. O, bu voleybolçuların gələcək illərdə milli komandaya cəlb olunaraq mötəbər yarışlarda uğurla çıxış edəcəklərinə inamını ifadə edib. Federasiya prezidenti millimizin üzvlərinə uğurlar arzulayıb və zədəsiz mövsüm keçirməyi diləyib.

Faiq Qarayev bildirib ki, artıq klublar mövsümü başlayır və voleybolçular öz komandaları ilə növbəti mövsümə hazırlaşırlar. Buna baxmayaraq, İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesinin də təşkil olunacağını vurğulayıb. O, həmçinin gələn il ölkəmizdə təşkil olunacaq Avropa çempionatının qrup mərhələsində iştirakla bağlı da müzakirələr aparılacağını əlavə edib. F.Qarayev yaxın aylarda qitə birinciliyinin qrup mərhələsinin püşkatma mərasiminin keçiriləcəyini və bundan sonra yarışa hazırlıq planının tərtib olunacağını deyib.

Daha sonra millimizin üzvləri də çıxış ediblər və qarşıdakı yarışlara hazırlıqla bağlı fikirlərini bölüşüblər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri