Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Avqustun 17 dən sonra...

Avqustun 17 dən sonra...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Atəşkəs uzadılmasa, müharibə yenidən alovlanacaq

İyunun 18-də ABŞ ilə İran arasında əldə olunmuş 60 günlük atəşkəs razılaşmasının müddəti bitir. Yaxın Şərqdə müəyyən mənada sabitliyin əldə olunması və gələcək danışıqların detallarının müəyyənləşdirilməsi üçün əldə edilmiş bu müddətin artırılması gündəmdədir. Belə ki, Türkiyənin “Anadolu” agentliyinin Pakistan hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında davam edən gərginlik fonunda mühüm diplomatik irəliləyiş əldə olunub. Vaşinqton və Tehran hazırkı atəşkəs rejiminin müddətini uzatmağa razılıq veriblər. Məlumata görə, tərəflər arasında qüvvədə olan 60 günlük atəşkəsin müddəti avqustun 17-də başa çatır. Lakin həm ABŞ, həm də İran vasitəçilərə atəşkəs rejiminin davam etdirilməsinə razı olduqlarını artıq bildiriblər.

Yeni müqavilə gözlənilir...

Qeyd olunur ki, hazırda əsas müzakirə predmeti atəşkəsin hansı müddətə uzadılmasıdır. Vaşinqton və Tehran birbaşa danışıqlardan daha çox, vasitəçilər üzərindən mesaj mübadiləsini davam etdirirlər. Pakistan mənbələri bildirirlər ki, konkret müddətin müəyyənləşdirilməsi üçün diplomatik təmaslar gedir. Qeyd edək ki, bu razılaşmanın xüsusi əhəmiyyəti var. Çünki son aylarda ABŞ-İran qarşıdurması Yaxın Şərqdə təhlükəsizliklə yanaşı, dünya enerji bazarının əsas risk faktorlarından birinə çevrilib. Xüsusilə Hörmüz boğazının taleyi, İranın nüvə proqramı, sanksiyaların gələcəyi və regiondakı hərbi qüvvələrin fəaliyyəti danışıqların ən ağır mövzuları sırasında qalır. Atəşkəs prosesinin arxasında Pakistanın vasitəçilik rolu xüsusilə diqqət çəkir. İslamabad son aylarda Vaşinqtonla Tehran arasında diplomatik kanalın saxlanmasına çalışan əsas paytaxtlardan biri kimi çıxış edir. Hazırkı 60 günlük atəşkəs də “İslamabad Memorandumu” çərçivəsində qüvvəyə minib. Atəşkəsin davam etdirilməsi enerji bazarları üçün də mühüm siqnaldır. Əvvəlki atəşkəs xəbərlərindən sonra Brent və WTI markalı neftin qiymətlərində kəskin geriləmə müşahidə edilmişdi. Bu, bazarın ABŞ-İran qarşıdurmasının genişlənməsi və enerji daşımalarının pozulması riskinə nə qədər həssas olduğunu göstərmişdi.

Bununla belə, atəşkəs hələ yekun sülh demək deyil. ABŞ və İran arasında nüvə proqramı, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, iqtisadi sanksiyalar və regional təhlükəsizlik arxitekturası ilə bağlı ciddi fikir ayrılıqları qalır.

Siyasi mütəxəssislərin fikrincə, 17 avqustdan sonrakı mərhələ olduqca vacibdir. Həmin tarixədək atəşkəsin yeni müddəti rəsmiləşdirilməsə, müharibənin yeni fazasının başlaması qaçılmaz olacaq. Atəşkəsin uzadılması isə əsas müzakirə predmetləri olan Hörmüz boğazı və nüvə məsələsi müzakirələrində hər iki tərəfə vaxt qazandırır.

Müharibə üç il uzanacaq?

Atəşkəsin uzadılması ilə bağlı razılığın əldə olunması xəbəri ilə yanaşı, müharibənin uzanması ehtimalı da irəli sürülür. Belə ki, İran bu münaqişədə önə çıxmaq və üstünlük qazanmaq üçün variantlardan biri kimi müharibəni Donald Trampın prezidentlik müddətinin sonuna qədər uzatmağı da düşünür. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Nəğdi PBS-də bildirib. “Baxın, bizə hücum etməyə cəsarət edilməməsi və təhlükəsizlik şəraitində yaşaya bilməyimiz üçün çəkindirmə əldə etməliyik. Bir yol bu müharibəni növbəti prezidentlik müddətinə qədər uzatmaq və elə bir ziyan vurmaqdır ki, əgər başqası İrana hücum etmək istəsə, bunun bədəlini ödəyəcəklərini bilsin”, - deyə Nəğdi bildirib.

İranın ticarət gəmilərinə hücumlarına gəldikdə isə general belə cavab verib: “Müharibədə təhlükə yaradan istənilən gəmiçilik zolağına nəzarət edə bilərik. Bu, beynəlxalq hüquqdur. Dünyanın istənilən yerində müharibə gedirsə, bu qanun tətbiq olunur.”

Xatırladaq ki, Donald Tramp “Axios”a bildirmişdi ki, Vaşinqton İranla danışıqlar aparır - amma bu heç də Vaşinqtonun dayanması anlamına gəlmir. ABŞ Tehrana iqtisadi təzyiq göstərir. Bundan bir müddət əvvəl ABŞ maliyyə naziri Skott Bessent iki tərəfin 30-60 günlük atəşkəs razılaşmasına gələ biləcəyini bildirmişdi.

“The Wall Street Journal”ın məlumatına görə, Tramp nüvə sazişi olmadan da müharibəyə son qoymağın mümkünlüyünü düşünür və Hörmüz boğazının açılmasını ABŞ-ın qələbəsi kimi təqdim edir.

Yeni şərtlər...

Bu arada İran Hörmüz boğazının açılması üçün ABŞ-a şərtlərini çatdırıb. “Tasnim”in məlumatına görə, şərtlər ABŞ-a vasitəçilər vasitəsilə göndərilib. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib. Onun sözlərinə görə, Tehran Vaşinqtondan İrana qarşı hərbi əməliyyatlarına son qoymasını və ölkənin dondurulmuş aktivlərinin qaytarılmasını istəyir. Bundan əlavə, Rzayi bildirib ki, Livan və Qəzza zolağı da daxil olmaqla, bütün regionda hərbi əməliyyatlar dayandırılmalıdır.

Rzayi həmçinin yuxarıda göstərilən tələblərlə əlaqəsi olmayan digər şərtlərin də vasitəçilər xətti ilə ABŞ-a çatdırıldığını söyləyib. “ABŞ davranışını dəyişməyincə və İranın şərtlərini qəbul etməyincə, Hörmüz boğazı açılmayacaq”, - deyə o vurğulayıb.

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir...

Donald Tramp bəyan edib ki,  ABŞ Hörmüz boğazına tam nəzarət edir. Amerika lideri qeyd edib ki, ABŞ-ın dəniz blokadası “polad divar” adlanır. Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazına nəzarəti saxlayacaq. Bu barədə Prezident “Truth Social”da yazıb: “ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, biz bu nəzarəti saxlayacağıq. Dəniz blokadamız “polad divar” adlanır və İran bu barədə heç nə edə bilməz”.

Tramp həm də İranda inflyasiyanın 300 faizə çatdığını və ölkədə vəziyyətin  pisləşdiyini yazıb. “Onların (İranın)  nə donanması, nə də hava qüvvələri var, qalan hərbçilər maaşlarını almırlar, İİKK  məğlub olub qaçır və onların “gücü” ən yaxşı halda qeyri-sabitdir! Onların pulu yoxdur - ölkələri “tükənib”. Onların əlində yalnız saxta xəbərlər və 300 faiz inflyasiya var və vəziyyət daha da pisləşir! İranın etdiyi tamamilə danışmaqdan ibarətdir və heç bir hərəkət yoxdur”.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il İranda inflyasiyanın 69 faizə  çatacağını gözləyir. Dünya Bankının məlumatına görə, ölkə üçün bu rəqəm 2025-ci ildə 42,2 faiz olub.

Səfirlik işçiləri azaldılır...

CNN-nin məlumatına görə isə, bölgədə yeni müharibə fazası başlaya bilər. Nəşr mənbələrə istinadən xəbər verir ki, Dövlət Departamenti Yaxın Şərqdəki səfirliklərdə çalışan işçi heyətinin sayının azaldılması imkanlarını araşdırır. Mənbənin sözlərinə görə, Dövlət Departamenti, İranla müharibənin mümkün həlli əlamətlərinin olmaması fonunda, bölgədəki Amerika səfirliklərindən azaldılmış işçi heyəti ilə işləmək üçün planlar hazırlamağı xahiş edib. Qeyd olunur ki, bu planlarla bağlı yekun qərar verilməyib, lakin Yaxın Şərqdəki hadisələr Dövlət Departamentinin bölgədəki diplomatik nümayəndəliklərin tezliklə tam ştatlı fəaliyyətə başlamasını gözləmədiyini göstərir.

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Avqust 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri