Icma.az
close
up
RU
Avro niyə bahalaşdı?

Avro niyə bahalaşdı?

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, iyulun 1-də təxminən 4 ildən sonra ilk dəfə 1 avronun Azərbaycan manatına qarşı məzənnəsinin 2 manatı (1 avro=2,0035 manat) ötməsi qeydə alınıb. Bununla da təkcə son 6 ayda avro 14,25 faiz bahalaşıb. Təxminən dörd ildən sonra avronun məzənnəsi yenidən 2 manat həddini keçib. Bu bahalaşma valyuta bazarına və idxaldan asılı olan sektorlara təsirsiz ötüşməyə bilər. Xarici ticarətdə əsas tərəfdaşlardan biri olan Avropa İttifaqı ilə aparılan əməliyyatlara, xüsusilə də Avropadan gətirilən məhsulların maya dəyərinə təsirin necə olacağı ciddi müzakirə mövzusudur.

Mütəxəssislərin fikrincə, Azərbaycanın Avropa ölkələrindən idxal etdiyi avtomobillər, dərman preparatları, texniki avadanlıq, tekstil və digər istehlak malları avro ilə qiymətləndirilir. Avronun bahalaşması bu məhsulların manatla ifadə olunan qiymətlərinin artmasına səbəb ola bilər. Azərbaycanın bəzi dövlət və özəl sektor subyektlərinin avro ilə olan borc öhdəlikləri mövcuddur. Avronun bahalaşması bu borcların manatla ödənməsini daha bahalı edə bilər. Avronun bahalaşması Azərbaycan iqtisadiyyatı üçün həm risklər, həm də imkanlar yaradır. Əsasən idxal və borc xərcləri artdığı halda, enerji ixracında sabitlik təmin oluna bilər. Bu prosesin mənfi təsirlərini minimuma endirmək üçün hökumət tərəfindən aşağıdakı addımların atılması vacibdir: Təchizat zəncirində diversifikasiya - Aİ-dən gələn məhsullara alternativ mənbələr axtarılmalıdır. Bahalaşan idxal məhsullarının daxili bazarda qiymət artımına təsiri tənzimlənməlidir. Xarici borc idarəçiliyi - Avro ilə olan öhdəliklərin balanslaşdırılması və ya manatla maliyyələşdirməyə keçid təşviq olunmalıdır. Avronun məzənnə dəyişikliyi qlobal iqtisadi prosesin bir hissəsidir və onun təsirlərinə qarşı çevik və strateji yanaşmalar vacibdir.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, Avropa Mərkəzi Bankının həyata keçirdiyi siyasət, həmçinin ABŞ-nin yeni administrasiyasının faiz dərəcəsi ilə əlaqədar mövqeyi və bu istiqamətdə Federal Ehtiyat Sisteminin (FES) idarəedicilərinə təsir imkanlarının gündəmə gəlməsi, digər tərəfdən fərqli xarici ticarət siyasəti ABŞ dollarının məzənnəsinə öz təsirini göstərir: "2025-ci ilin birinci yarısında 1 avronun ABŞ dollarına qarşı məzənnəsi 1,02-dən 1,18-ə qədər yüksəlib. Bu, ötən 6 ay ərzində avronun təxminən 15 faizdən artıq möhkəmlənməsi deməkdir. Lakin artım dalğası xüsusən ABŞ dolları istiqamətində riskləri əsas görürərək yığımlar etmiş bir sıra bazar iştirakçılarının ötən həftə İsrail-İran münaqişəsində atəşkəs razılaşmasının əldə olunmasından sonra vəsaitlərini yenidən bazara çıxarması fonunda müşahidə olunur. Yəni proses bazarda ABŞ valyutasının təklifinin artmasına, dolların ucuzlaşmasına gətirib çıxarıb. Digər bir tərəfdən bəzi FED rəsmiləri növbəti dövrlərdə faiz dərəcəsini aşağı salınması ilə bağlı mesajlar da verir".

Beynəlxalq maliyyə qurumları isə dolların ucuzlaşmasının davam edəcəyini  proqnozlaşdırırlar. İlin sonuna qədər bir avronun ABŞ dollarına münasibətdə məzənnəsinin 1,2-yə yüksələcəyi ehtimal edilir. 

Səbəbindən asılı olmayaraq məzənnələrdə dəyişiklik iqtisadiyyata təsirsiz ötüşmür. Manatın rubl, avro və digər valyutalara nisbətdə ucuzlaşması bu valyutaların ödəniş vasitəsi olan ölkələrdən alınan məhsulların və xidmətlərin qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin təkcə yanvar-aprel aylarında ölkəyə idxal olunmuş məhsulların qiyməti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artıb.

Lakin ucuz valyuta idxaldan fərqli olaraq ixrac üçün müsbət amildir. Nəzəriyyəyə görə, valyutanın ucuzlaşması qarşı tərəfin daha əlverişli qiymətə məhsul və xidmət əldə etməsinə imkan verir. Bu baxımdan ucuz valyuta xarici ticarətdə rəqabəti artıran elementlərdən biridir. Bununla belə, nəzəri olaraq belə olsa da, prosesin praktikada özünü doğrultmaması da mümkündür.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dolların digər valyutalar qarşısında dəyər qazanması və ya itirməsi Azərbaycan manatında da öz əksini tapır: "Azərbaycanda avronun məzənnəsi ayrıca müəyyənləşdirilmir. Bizdə manatın məzənnəsi ancaq dollara görə inzibati qaydada 1 manat 70 qəpik olaraq tənzimlənir. Sonra dolların digər valyutalar qarşısında dəyər itirməsi və ya qazanması manatda da öz əksini tapır. Bizdə çarpaz məzənnə sistemidir, birbaşa məzənnə sistemi yoxdur. Avronun məzənnəsi ayırca müəyyənləşdirilmir. Son zamanlar dolların indeksində azalmalar var. Dollar avro qarşısında kifayət qədər ciddi dəyər itirib. İlin əvvəlindən bəri dollar 10 faiz dəyər itirib. Bu da manatın da avro qarşısında dəyər itirməsinə səbəb olub".

N.Cəfərli Azərbaycan manatının avro qarşısında 2 manatdan da çox ucuzlaşmasının mümkün olduğunu deyib: "Bu proses bizdən asılı deyil. Dollar nə qədər avro qarşısında ucuzlaşacaqsa, manat da bir o qədər ucuzlaşacaq. Çünki ABŞ, indiki Tramp siyasəti ucuz dollar istəyir. Dollar ucuzlaşdıqca, ABŞ-dan dünyaya ixracat artır. Gələcəkdə Federal Ehtiyatlar Sistemi faizləri də endirəcək. Bu zaman dollar indeksində növbəti ucuzlaşmanı görəcəyik. Ola bilsin ki, Azərbaycan manatı avro qarşısında 2 manatdan da çox ucuzlaşsın".

Millət vəkili Vüqar Bayramov hesab edir ki, dünya bazarında avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi praktik olaraq avronun manata nisbətən də məzənnəsinə təsir edir: "Son 5 ay ərzində, xüsusilə ABŞ-nin Avropa İttifaqı ilə qarşılıqlı tarif siyasətini sərtləşdirməsi fonunda avro dollara nisbətən təxminən 12 faiz möhkəmlənib. Bu proses, əsasən, dolların qlobal bazarlarda zəifləməsi və Avrozonada iqtisadi sabitliklə bağlı müsbət gözləntilərlə əlaqələndirilir. ABŞ-nin proteksionist ticarət yanaşması və bəzi fiskal qeyri-müəyyənliklər dolların beynəlxalq gücünü zəiflətdiyi bir vaxtda, avro güclənməyə davam edir. Avronun bu cür bahalaşması isə Avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinə birbaşa təsir göstərir. Çünki idxalçılar avro ilə mal alarkən daha çox manat ödəməli olurlar. Bu isə Avropadan gələn məhsulların topdansatış və pərakəndə qiymətlərində artıma səbəb olur. Ən vacib məqamlardan biri isə avronun bu bahalaşmasının qısa yoxsa uzunmüddətli olmasıdır. Əgər bu vəziyyət qısamüddətli xarakter daşıyırsa, bazarda müəyyən korrektələr mümkündür. Lakin avronun uzunmüddətli möhkəmlənməsi davam edərsə, bu, avro ilə alınan məhsulların qiymətində bahalaşmaya gətirib çıxaracaq".

İqtisadçı ekspert Eyyub Kərimli deyib ki, avronun məzənnə dəyişiklikləri bir neçə amillə bağlıdır: "Hazırda qlobal valyuta bazarında Avropa Mərkəzi Banklar Sisteminin faiz dərəcəsini artırması və sərt pul siyasəti istiqamətində gözləntilər ön plandadır. Eyni zamanda ABŞ dolları digər valyutalar qarşısında zəifləyir. Məzənnə dəyişsə də, rəqəm əhəmiyyətli dərəcədə böyük deyil. Yenə də indiki situasiyanın bəzi təsirləri mümkündür. Məsələn, bu gün xaricdə, xüsusilə Avropada təhsil alan tələbələrin xərclərində artım gözlənilir. Həmçinin Avropaya səyahət bahalaşa və oradan idxal olunan müəyyən malların qiymətləri yüksələ bilər. Bu fərq davam edərsə, Azərbaycanda da idxal tələbi və turizm xərcləri çoxalacaq".

Ekspert qeyd edib ki, avronun bahalaşması ölkəmizin idxal və ixrac əməliyyatlarına təsir edəcək: "Biz Avropanın 10-dan çox ölkəsinə qaz və digər enerji resursları ixrac edirik. Azərbaycana daxil olan avronun bahalaşması büdcəmizə əlavə vəsait gətirəcək. Digər tərəfdən, tərəfdaşların valyuta ehtiyatlarının diversifikasiyası nəticəsində Mərkəzi Bank daha çox avro alacaq. Dünya bazarında avro və dolların qarşıdurması davam edərsə, avro möhkəmlənə bilər".

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə əsasən, manatın avro qarşısında ucuzlaşmasının səbəbi dolların dünya bazarında avroya qarşı ucuzlaşmasıdır. Manatın avro qarşısında ucuzlaşması, əslində, birbaşa olaraq ABŞ dollarının dünya bazarındakı güclənməsi ilə bağlıdır: "Çünki Azərbaycanın valyuta siyasətində manatın sabitliyi əsasən dollara bağlı şəkildə tənzimlənir. Dollar avro qarşısında bahalaşdıqda, bu, dolayı yolla manatın da avroya nisbətdə dəyər itirməsinə səbəb olur. Bu proses xüsusilə idxaldan asılı sahələrdə özünü daha kəskin şəkildə göstərəcək. Avro ilə idxal olunan məhsulların qiymətində artım müşahidə olunacaq. Ərzaq, geyim, texnika və digər gündəlik istehlak mallarının bir qismi Avropadan gətirildiyi üçün onların maya dəyəri yüksələcək və bu, pərakəndə satış qiymətlərinə də təsirsiz ötüşməyəcək. Bundan əlavə, avronun bahalaşması xarici səfərlər edən vətəndaşlar üçün də əlavə xərclər deməkdir. Xüsusilə Avropa ölkələrinə səyahət etmək istəyənlər daha çox xərcə düşəcək, çünki avroya çevrilən manat məbləği az olacaq. Bu da birbaşa olaraq turizm sektorunda təklif və tələbin balansına, eləcə də insanların xarici səyahət qərarlarına təsir göstərə bilər".

Ekspert vurğulayıb ki, ABŞ-də növbəti maliyyə ilində həyata keçirilməsi nəzərdə tutulan büdcə ilə bağlı təkliflər var. Burada əsas nüans ondan ibarətdir ki, büdcə kəsirinin kəskin artacağı gözlənilir. Büdcə kəsirinin isə dövlət borcunu artırması ehtimalı var: "Bazarlar narahatdır ki, kəsirin ABŞ-nin xərcləmələrini kəskin artırması, eyni zamanda, gəlirlərinin də vergi güzəştləri şəklində azalması gələcəkdə maliyyə sistemi üçün problem yarada bilər. Bu da dolların məzənnəsində öz əksini tapır".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri