Icma.az
close
up
RU
Avropa Azərbaycanın yaratdığı yeni reallığı QƏBUL ETDİ

Avropa Azərbaycanın yaratdığı yeni reallığı QƏBUL ETDİ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri tərəflər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüşlərdə enerji, nəqliyyat və regional sabitlik məsələləri əsas müzakirə mövzularından olub.

Səfər çərçivəsində Kallas Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirib və ölkəmizin etibarlı tərəfdaş olduğunu bildirib. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın 10 Avropa ölkəsini qazla təmin etdiyini qeyd edib. Görüşlərdə həmçinin bərpaolunan enerji və Trans-Xəzər enerji dəhlizi üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub. Kaya Kallas bildirib ki, Aİ Azərbaycanla ticarət əlaqələrini yeni saziş əsasında genişləndirmək niyyətindədir.

Minaların təmizlənməsi və münaqişədən sonrakı bərpa işlərinə dair Avropa İttifaqının dəstəyi də gündəmdə olub. Xarici işlər naziri Ceyhun Bayramov 9 illik fasilədən sonra baş tutan bu səfəri mühüm fürsət kimi dəyərləndirib. O, Aİ ilə razılaşdırılmış məsələlərin 90 faizi üzrə irəliləyiş olduğunu, lakin praktiki addımların sürətləndirilməsinin vacibliyini qeyd edib.

Səfər zamanı Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişi üzrə müzakirələr də aparılıb. Kaya Kallas sülh sazişinin mətni üzrə razılığın əldə olunmasını müsbət qiymətləndirib və gələcək addımlara ümid ifadə edib. Bu səfər Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Qeyd edək ki, Estoniyanın sabiq baş naziri olan Kallas ötən ilin dekabar ayından Avropa İttifaqında yeni vəzifəyə başlayıb. O, Avropa İttifaqının rəsmisi kimi Bakıya ilk dəfədir səfər edir.

Səfəri Modern.az-a şərh edən siyasi elmlər doktoru, Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Kallasın Bakıya səfəri illərlə məhz Avropa İttifaqının ikili və qərəzli yanaşması ucbatından yığılıb qalmış məsələlərin həlli yolunda müsbət addımdır.

"Avropa İttifaqı - Azərbaycan münasibətlərini xarakterizə edən bir neçə mühüm faktor var ki, bunlar da hər iki tərəfin münasibətlərin inkişafında istifadə edə biləcəyi geniş potensialı öznüdə ehtiva edir. Birincisi, Azərbaycanın 30 illik işğala son qoymaqla regionda yaratdığı yeni siyasi reallıqlar və bu yeni status kvonun əməkdaşlıq üçün təklif etdiyi imkanlar - Bu təkcə Avropa İttifaqı - Azərbaycan deyil, həm də Avropa İttifaqının digər region dövlətləri ilə sabit əsasda münasibətlərinin inkişafı və mövcud potensialın açılması üçün geniş imkanlar təklif edir.

Digər vacib bir məqam Azərbaycanın malik olduğu coğrafi mövqenin yeni siyasi reallıqlar şəraitində əməkdaşlıq üçün gətirdiyi üstünlüklərdir. Bu Avropa İttifaqının Çinlə, Çinin Avropa İttifaqı ilə münasibətlərində və Avropa İttifaqının Orta Asiya dövlətləri ilə münasibətlərində xüsusilə önəmlidir. 

Nəzərə alsaq ki, Avropa İttifaqının Orta Asiyaya yönəlik və 2030-cu ilədək olan dövrü əhatə edən investisiya, iqtisadi və ticarət sahələrində yeni strategiyası hazırlanıb. Bu strategiyanın reallaşdırılması Şərq-Qərb Orta dəhlizdən, konkret Azərbaycanın yaratdığı çoxşaxəli infrastrukturdan istifadəni zəruri edir. Beləliklə, Avropa İttifaqının Orta Asiya və Çinlə münasibətlərində Azərbaycanın malik olduğu infratstrukturdan loqistika-nəqliyyat sahəsində əməkdaşlıq üçün də istifadə intensivləşəcəkdir. Aprel ayının əvvəllərində Səmərqənddə keçirilən Avropa İttifaqı-Orta Asiya sammitində bu məsələnin əhəmiyyəti bir daha vurğulandı və qəbul edilən yekun sənəddə də öz əksini tapdı", - o bildirib.

Deputat qeyd edib ki, yeni ABŞ adminstrasiyasının Çinə və Avropa İttifaqına tətbiq etdiyi yeni rüsumlar zəncirində Avropa İttifaqı və Çin arasında qarşılıqlı olaraq iqtisadi-ticari münasibətləri daha da intensivləşdirmək istəyi və bazar kimi bir-birilərinə olan tələbatın artması da Orta dəhlizin əhəmiyyətini gücləndirir.  

"Azərbaycan yaratdığı infrastrukturla orta dəhlizin iqtisadi imkanlarını genişləndirməkdədir. Azərbaycanın Çinlə aprelin 23-də imzaladığı hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması ilə bağlı birgə bəyanatda belə bir məqam yer alır, Çin-Avropa-Çin transxəzər ekspress marşrutların yaradılması və marşrut boyunca dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi. Bu məsələ Avropa İttifaqının həm Çin, həm də Orta Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin intensivləşməsində Azərbaycanın loqistika-nəqliyyat imkanlarından indi olduğundan daha çox istifadəni labüd edir. Nəzərə alaq ki, Avropa İttifaqı və Çin arasında ticarət dövriyyəsi 730 milyard ABŞ dollarından çoxdur.

Digər bir vacib məqam isə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində olan əməkdaşlıqdır. Azərbaycan Avropa İttifaqının 8, ümumilikdə isə Avropanın 10 dövlətini qazla təchiz edir. Hətta Azərbaycan Avropa ölkələrinin qazla təchizatının coğrafi şəbəkələşməsinə görə birinci yerdədir. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm komponenti olmasını nəzərə alsaq bu məsələ də Azərbaycanın etibarlı tərəfdaş kimi vacibliyi önə gəlir. 

Təbii ki, Azərbaycana münasibətdə illərlə yığılıb qalmış ikili standartlardan irəli gələn stereotiplər var ki, onlardan artıq qurtulmaq zamanıdır. İşğal dövründən qalan Avropa İttifaqı yanaşmasının Azərbaycanın yaratdığı yeni siyasi reallıqlara və əməkdaşlıq imkanlarına fokuslanan yeni strategiyanı gündəmə qoyulmasının tam zamanıdır. Hesab edirəm ki, vitse-prezident Kaya Kallasın səfəri də bütün bunlara hesablanmış məsələdir: Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqların qəbulu və yeni status kvonun yaratdığı üstünlkülərə fokuslanan əməkdaşlığın inkişafı".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri