Icma.az
close
up
RU
Akif Nağı: “Avropa Azərbaycanın lider rolunu qəbul etdi”

Akif Nağı: “Avropa Azərbaycanın lider rolunu qəbul etdi”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya səfəri olduqca məhsuldar keçdi.

Dövlətimizin başçısı səfər çərçivəsində bir çox ölkə rəhbəri ilə danışıqlar apardı. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşü də diqqət çəkdi.

Bu, Avropada və ABŞ-dəki bəzi mərkəzlərin planlarını da iflasa uğradığının əyani sübutu idi. Çünki Avropanın enerji ehtiyaclarının əsas hissəsi məhz Azərbaycan hesabına qarşılanır.Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İlham Əliyev Albaniyaya qalib Prezident kimi səfər etdi:

“Tiranada keçirilən toplantının əsas diqqət mərkəzində olan liderlərindən biri də Azərbaycan Prezidenti İlham Əliyev idi. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin böyük bir heyətlə dövlətimizin başçısı ilə görüşdülər.

Orada çox mühüm məsələlər müzakirə olundu. Avropanın enerji təhlükəsizliyi, regiondakı vəziyyət və Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Yəni, görüntü xatirinə olan görüş deyildi”.

Partiya sədri qeyd edib ki, Avropa İttifaqının müəyyən strukturları və Avropa Parlamenti hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyiblər:

“Hətta Azərbaycanın əleyhinə bir neçə qətnamə də qəbul ediblər. Avropa İttifaqının təzyiq və təhdidlərinə baxmayaraq, Azərbaycan geri çəkilmədi.
Avropa İttifaqı da bu yolla ölkəmizi öz mövqeyindən geri çəkindirə bilməyəcəyini anladı. Hesab edirəm ki, Avropa İttifaqının rəhbərləri geri çəkilməsələr, Azərbaycanla münasibətlər arasında yeni mərhələ başlayacaq”.

Akif Nağı diqqətə çatdırıb ki, Azərbaycan hazırda 10 Avropa ölkəsini qazla təmin edir:

“Üstəlik, onlardan da 8-i Avropa İttifaqının üzvüdür. Bu da ölkəmizə qarşı çox vacib bir münasibətdir. Bu istiqamətdə əməkdaşlıq getdikcə artıdığını da vurğulamaq lazımdır.Ümumiyyətlə, bu görüş Azərbaycanın Avropa üçün enerji təhlüləsizliyi ilə bağlı əhəmiyyətini bir daha göstərdi.

Eyni zamanda, ölkəmizin regiondakı lider mövqeyinin də göstəricisi idi. Avropa İttifaqı da Cənubi Qafqazda Azərbaycanın lider rolunu qəbul edir”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Prezident İlham Əliyev Albaniya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri