Icma.az
close
up
RU
BMTnin ali tədbirinə hörmətsiz yanaşan Avrokomissiya: Ursula fon der Lyayenin məntiqsizliyi

BMTnin ali tədbirinə hörmətsiz yanaşan Avrokomissiya: Ursula fon der Lyayenin məntiqsizliyi

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan bir neçə gün sonra BMT-nin ən ali tədbirlərindən birinə ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinə qatılacaq.

Bu tarixlərdə dövlət və ya hökumət başçıları milli bəyanatlarla çıxış etməyən tərəflər 19-20 noyabr tarixlərində keçiriləcək yüksək səviyyəli bərpa olunmuş seqmentdə bunu edə biləcəklər. Əvvəldən də bildirilirdi ki, sammitdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və digərlərinin çıxışları gözlənilir. Lakin son anda məlum olur ki, xanım Lyayen sammitdə iştirakdan imtina edib. Onun sammitə bir neçə gün qalmış belə bir addım atmasına səbəb nədir?

Əvvəla, Ursula fon der Lyayen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat edir.

İkincisi, dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda Avropa Komissiyasının prezidenti BMT-nin bununla bağlı ali tədbirinə qatılmır. Bununla da Azərbaycana deyil, tədbirin rəhbəri Birləşmiş Millətlər Təşkilatına hörmətsizlik nümayiş etdirir. Görünür, Aİ məsuliyyətdən yayınmaq, kobud desək, qaçmaq üçün COP-da iştirak etmək istəmir.

Digər bir məsələ ondan ibarətdir ki, Avropa, daha dəqiq ifadə etsək, Avropa İttifaqı hər zaman proseslərə ikili standartlardan yanaşıb. Məsələn, həmin bu xanımın 2023-cü ildə Avropa üçün Rusiya ilə əlaqəli olmayan mənbələrdən alternativ qaz mənbələri yaratmaq məsələsi kəskinləşəndə ölkəmizə səfər etdiyini yada salaq. O zaman Lyayen Bakıya gəldi və Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə bəyannamə imzalamağa nail oldu. Azərbaycan Avropanın qaz təminatını iki dəfə artırmaq kimi hədəf götürdü. Enerji təhlükəsizliyi Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığında da əsas amillərdən biridir. Belə ki, Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir.

Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi Azərbaycan-Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın həm Avropa İttifaqı, həm də bu quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Bu, dövlət başçısının Avropa ölkələrinə, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərində də özünün aydın ifadəsini tapır.

Prezident İlham Əliyevin İtaliyadan öncə Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrinə səfərləri çərçivəsində əlaqələrimizin dünəninə baxış əsasında perspektivlər müzakirə edilib, əlaqələrin yeni istiqamətləri müəyyənləşdirilib. Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin 9-u ilə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Onu da qeyd edək ki, 2022-ci ildə Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım idi. Dövlət başçısı İlham Əliyev sözügedən Anlaşma Memorandumunu gələcək fəaliyyətimizin "yol xəritəsi" adlandırıb.

İndi isə fərqli vəziyyət görürük. Avropa və şəxsən Ursula fon der Lyayen BMT-nin ali tədbirinə gəlməkdən imtina edir. Bu tədbirdə dünyanın taleyi üçün mühüm qərarların qəbul ediləcəyi gözlənildiyi halda xanım Lyayen gələ bilmədiyini açıqlayır. Heç şübhəsiz ki, Azərbaycana qərəzli münasibət var və bunun da başında Fransa dayanır.

Lyayenin özünün fəaliyyətində də qaranlıq məqamlar olduğunu qeyd etsək, yerinə düşər. Belə ki, onun korrupsioner olması barədə çoxlu fakt yayılıb. İddiaya görə, Lyayen Avropa Komissiyasında kiçik və orta sahibkarlıq üzrə səfir vəzifəsini yaradıb. Ümumiyyətlə isə Aİ heç bir nəzarət və tarazlıq sistemi olmayan, külli miqdarda pulu mənimsəyən və nəhəng səlahiyyətlərə malik dərin korrupsioner sistem kimi qəbul edilir.

Prezident İlham Əliyevin İtaliyadan öncə Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrinə səfərləri çərçivəsində əlaqələrimizin dünəninə baxış əsasında perspektivlər müzakirə edilib, əlaqələrin yeni istiqamətləri müəyyənləşdirilib. Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin 9-u ilə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Onu da qeyd edək ki, 2022-ci ildə Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım idi. Dövlət başçısı İlham Əliyev sözügedən Anlaşma Memorandumunu gələcək fəaliyyətimizin "yol xəritəsi" adlandırıb.

İndi isə fərqli vəziyyət görürük. Avropa və şəxsən Ursula fon der Lyayen BMT-nin ali tədbirinə gəlməkdən imtina edir. Bu tədbirdə dünyanın taleyi üçün mühüm qərarların qəbul ediləcəyi gözlənildiyi halda xanım Lyayen gələ bilmədiyini açıqlayır. Heç şübhəsiz ki, Azərbaycana qərəzli münasibət var və bunun da başında Fransa dayanır.

Lyayenin özünün fəaliyyətində də qaranlıq məqamlar olduğunu qeyd etsək, yerinə düşər. Belə ki, onun korrupsioner olması barədə çoxsaylı faktlar yayılıb. İddiaya görə, Lyayen Avropa Komissiyasında kiçik və orta sahibkarlıq üzrə səfir vəzifəsini yaradıb. Ümumiyyətlə isə Aİ heç bir nəzarət və tarazlıq sistemi olmayan, külli miqdarda pulu mənimsəyən və nəhəng səlahiyyətlərə malik dərin korrupsioner sistem kimi qəbul edilir.

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri