Icma.az
close
up
RU
Avropa İttifaqı ABŞdan Rusiyaya qarşı sanksiyanı yumşaltmağı tələb edir

Avropa İttifaqı ABŞdan Rusiyaya qarşı sanksiyanı yumşaltmağı tələb edir

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Avropa İttifaqı ABŞ-dan qaz tədarükü üçün əsas bank olan Rusiyanın "Qazprombank"-ına qarşı noyabr ayında tətbiq edilmiş sanksiyaları yumşaltmağın yollarını tapmağı xahiş edir.
Reyting.az
xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, Avropa İttifaqı Rusiya qazının saxlanmasında əsas rolu oynayan "Qazprombank"-a qarşı qəbul olunmuş sanksiyaları yumşaltmaq üçün ABŞ-a təzyiq etməyə başlayıb.
Nəşr yazır ki, bəzi Avropa hökumətləri və şirkətləri bu məhdudiyyətlərin regionda tədarük üçün çox böyük risk yaradacağı barədə xəbərdarlıq etdikdən sonra Aİ və ABŞ sanksiyaların yumşaldılması barədə variantları və bunun miqyasını müzakirə etməyə qərar veriblər.
Mənbələr bildiriblər ki, aparılan müzakirə mövzusu əsas ödənişlərin Lüksemburqda yerləşən, həmçinin "Qazprombank"-ın törəmə şirkəti sayılan biznes şəbəkəsinin vasitəsilə tamamilə beynəlxalq qanunlara uyğun həyata keçirilməli olub-olmaması və yaxud da digər bu cür şirkətlərdən, ya kanallardan istifadənin daha da yaxşı ola biləcəyi ilə bağlıdır.
Məlumata görə, qapalı müzakirələr hətta dekabrın 5-də də, Vladimir Putinin qərarı ilə xarici alıcıların Rusiya qazının ödənişinin yalnız bir şirkət ilə, yəni ancaq "Qazprombank" vasitəsilə ödəməsi tələbini ləğv etdikdən sonra da davam edir.
Nəşr yazır ki, Putinin fərmanı Avropanın qaz bazarını sakitləşdirməyə kömək etsə də, ödəmə sistemini çətinləşdirilib və bununla da maliyyə institutlarını hüquqi risklər barədə qeyri-müəyyən vəziyyətlə üzləşdirib.
Xatırladaq ki, Rusiyanın "Qazprombank" şirkətinə qarşı sanksiyalar bu ilin noyabr ayının 21-i ABŞ-nın Maliyyə Nazirliyi tərəfindən tətbiq edilib.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Dekabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri