Avropa İttifaqı kimi çoxtərəfli əməkdaşlıq üzərində qurulmuş struktur üçün iqtisadi və siyasi müstəqillik strateji prioritetdir
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Fransa prezidentinin vurğuladığı kimi, dünya hazırda demokratiya ilə avtokratiya arasında kəskin qarşıdurma mərhələsini yaşayır: “2024-cü ildə 60-dan çox müharibənin baş verməsi, zorakılığın və münaqişələrin rekord həddə çatması beynəlxalq təhlükəsizlik arxitekturasının ciddi böhran içində olduğunu göstərir. Bu şəraitdə Avropa İttifaqı kimi çoxtərəfli əməkdaşlıq üzərində qurulmuş bir struktur üçün iqtisadi və siyasi müstəqillik məsələsi artıq strateji prioritetə çevrilir”.
Nicat İsmayılov
“Makronun çıxışında xüsusi yer tutan məqamlardan biri çoxtərəfliliyin məqsədli şəkildə zəiflədilməsi ilə bağlı xəbərdarlıqdır. Onun fikrincə, beynəlxalq qaydalar getdikcə daha çox pozulur, qlobal institutlar isə onları zəiflətmək istəyən güclərin təzyiqi altındadır. Bu vəziyyət Avropanın yalnız iqtisadi deyil, eyni zamanda normativ və dəyər əsaslı mövqelərinə də ciddi təhlükə yaradır. Məhz bu səbəbdən Fransa lideri Avropanın effektiv çoxtərəfliliyin əsas müdafiəçilərindən biri kimi çıxış etməsinin vacibliyini önə çəkir”-deyə politoloq bildirib.
Nicat İsmayılov qeyd edib ki, Makron ABŞ və Çinlə bağlı səsləndirdiyi fikirlərlə qlobal iqtisadi rəqabətin sərt reallıqlarını da açıq şəkildə ortaya qoyub: “ABŞ-nin Avropadan maksimum güzəştlər tələb etməsi və bəzi hallarda onu zəiflətməyə, tabe etməyə yönəlmiş siyasət yürütməsi Avropa üçün strateji asılılıq risklərini artırır. Digər tərəfdən, Çinin kütləvi artıq istehsal potensialı və müəyyən sektorları həddindən artıq doyurması Avropa sənayesi üçün ciddi rəqabət və bazar təhlükələri yaradır. Bu iki güc arasında sıxışıb qalmamaq üçün Avropa öz iqtisadi dayaqlarını möhkəmləndirməli, strateji sektorlarını qorumağı və inkişaf etdirməyi bacarmalıdır”.
Politoloqun fikrincə, iqtisadi suverenlik anlayışı Makronun təqdimatında yalnız proteksionizm və ya qapanma demək deyil: “Əksinə, bu, Avropanın kritik texnologiyalar, enerji təhlükəsizliyi, sənaye istehsalı, rəqəmsal iqtisadiyyat və maliyyə alətləri sahəsində öz imkanlarını artırması, qərarlarını kənar təzyiqlərdən asılı olmadan qəbul edə bilməsi deməkdir. Bu da Avropa ölkələri arasında daha sıx koordinasiya, ortaq sənaye və investisiya siyasətləri, eləcə də yeni yanaşmaların formalaşdırılmasını zəruri edir”.
“Emmanuel Makronun Davosdakı çağırışı təkcə cari qlobal böhranlara reaksiya deyil, həm də Avropanın uzunmüddətli strateji vizyonunun formalaşdırılmasına yönəlib. İqtisadi suverenliyini gücləndirən, çoxtərəfliliyi müdafiə edən və qlobal rəqabətdə öz maraqlarını qorumağı bacaran Avropa həm daxili sabitliyini, həm də beynəlxalq arenadakı rolunu möhkəmləndirə bilər. Bu çağırışın nə dərəcədə reallaşacağı isə Avropa paytaxtlarının siyasi iradəsindən və ortaq məsuliyyət anlayışından birbaşa asılı olacaq”-deyə Nicat İsmayılov bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 24 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















