Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcək?
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çərşənbə günü Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərinin Rusiyanın (RF) hərbi-sənaye kompleksinə qarşı yönəldiləcək sanksiyaların 22-ci paketinin lehinə səs verəcəyi gözlənilir.
"Yeni Sabah" "Reuters"ə istinadən xəbər verir ki, bunu bu gün Aİ diplomatları açıqlayıblar.
Qeyd olunub ki, 1570 şəxs və şirkəti əhatə edəcək bu sanksiyalar paketi Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsindən bəri ən böyük paket olacaq. Toyuqlu pizza
Aİ ölkələrinin səfirləri tərəfindən bəyənildikdən sonra o, yekun təsdiq üçün gələn bazar ertəsi blokun üzvü olan ölkələrin xarici işlər nazirlərinə göndəriləcək.
Dəqiqləşdirilir ki, sanksiyaya məruz qalan şirkətlərin və fiziki şəxslərin əksəriyyəti Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır, özü də onların yarısından çoxu raket istehsalına cəmləşib.
Xatırladaq ki, RF-yə qarşı 21-ci sanksiyalar paketi Aİ tərəfindən cari ilin iyul ayında qəbul edilib. Hazırda Aİ-nin antirusiya məhdudiyyətlərinə 3000-dən bir qədər çox şəxs daxildir./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Oktyabr 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















