Avropa İttifaqı Trampa qarşı 93 milyard avroluq cavab vergisi tətbiq etməyi nəzərdən keçirir
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ) liderləri ABŞ prezidenti Donald Trampın son tarif təhdidlərini müzakirə etmək və mümkün cavab addımlarını dəyərləndirmək məqsədilə fövqəladə iclas keçirməyə hazırlaşırlar.
Banco.az xəbər verir ki, Aİ rəsmilərinin bildirdiyinə görə, liderlərin bu həftənin sonuna qədər şəxsən görüşməsi planlaşdırılır.
Müzakirə olunan əsas variantlardan biri Aİ ölkələrinin ABŞ-dan idxal edilən təxminən 93 milyard avro dəyərində mallara cavab tarifləri tətbiq etməsidir.
Trampın Qrenlandiya məsələsində Danimarkanı açıq şəkildə dəstəkləyən səkkiz Avropa ölkəsinə 1 fevraldan etibarən 10 faizlik tarif tətbiq ediləcəyini açıqlamasından sonra Aİ səfirləri bazar günü axşamı Brüsseldə təcili toplantı keçirərək birgə mövqe formalaşdırıblar.
Avropa Şurasının prezidenti Antonio Kosta iclasdan sonra sosial media hesabında paylaşım edərək üzv dövlətlərin Qrenlandiya və Danimarkaya dəstək məsələsində birlik nümayiş etdirəcəyini vurğulayıb. O, həmçinin yeni tariflərin Aİ–ABŞ ticarət razılaşmasının ruhuna və şərtlərinə zidd olduğunu qeyd edib.
Gündəmdə olan digər variantlar arasında Aİ-nin “məcburiyyət əleyhinə alət” kimi tanınan və daha sərt tədbirləri nəzərdə tutan mexanizmin işə salınması da var. Xüsusilə Fransa prezidenti Emmanuel Makronun bu güclü alətin tətbiqinə maraq göstərdiyi qeyd olunur.
Xatırladaq ki, ötən il Aİ ABŞ mənşəli 93 milyard avro dəyərində məhsula qarşı cavab rüsumlarını təsdiqləmişdi. Lakin tərəflər arasında ticarət razılaşması əldə edildikdən sonra həmin rüsumların tətbiqi dayandırılmışdı.
Bu arada, Avropa Parlamentindəki bir sıra siyasi qruplar Trampın son addımlarına etiraz olaraq Aİ–ABŞ ticarət sazişinin təsdiq prosesinin dayandırılacağını bəyan ediblər. Bu isə transatlantik ticarət münasibətlərində gərginliyin daha da artacağına dair siqnallar verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 19 Yanvar 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















