Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Hamiləlikdə yaşanan stress körpələrin dişlərini daha tez çıxara bilər

Hamiləlikdə yaşanan stress körpələrin dişlərini daha tez çıxara bilər

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni bir araşdırma hamiləlik dövründə ananın stressi ilə körpənin dişlərinin çıxma sürəti arasında gözlənilməz bir əlaqəni üzə çıxarıb.

Qaynarinfo "Newsweek”ə istinadla xəbər verir ki, Nyu-York ştatının Roçester Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, stress hormonu olan kortizol səviyyəsi daha yüksək olan anaların uşaqları ilk dişlərini daha tez, bəzən həmyaşıdlarından bir neçə ay əvvəl çıxarırlar.

"Frontiers in Oral Health" jurnalında dərc olunan araşdırma göstərib ki, ana stressi körpələrdə bioloji yaşlanmanı  sürətləndirə bilər.

Roçester Universitetinin Tibb Bacılığı Məktəbinin dosenti, Dr. Ying Menq bildirib ki, ana bətnində, xüsusilə də hamiləliyin son mərhələlərində stresslə bağlı hormonların, xüsusən kortizolun yüksək olması, körpələrdə süd dişlərinin daha erkən çıxması ilə əlaqəlidir.

Tədqiqat qrupu ABŞ-da sosial cəhətdən çətin vəziyyətdə olan 142 qadını izləyib və hamiləliyin son mərhələlərində onların tüpürcək nümunələrini toplayaraq kortizol və digər hormonların səviyyəsini ölçüb.

Sonra uşaqların dişləri 24 aya qədər müxtəlif intervallarda diş həkimləri tərəfindən qiymətləndirilib.

Altı ay ərzində, ən yüksək kortizol səviyyəsinə malik anaların körpələrinin, kortizol səviyyəsi ən aşağı olan anaların körpələri ilə müqayisədə orta hesabla dörd dişi artıq çıxmış olub.

Tədqiqatçılar düşünürlər ki, kortizol dölün inkişafına, xüsusilə sümük və diş yaranmasını formalaşdıran böyüməyə və mineral mübadiləsinə təsir göstərə bilər.

Araşdırma estradiol, progesteron və testosteron kimi digər hormonlarla da dişlərin daha tez çıxması arasında zəif əlaqə tapsa da, ən aydın təsirin kortizola məxsus olduğu müəyyən edilib.

Bu nəticə doğuşdan əvvəlki stressin uşağın inkişaf sürətini ölçülə bilən şəkildə dəyişdirə biləcəyini göstərən artan sübutlara əlavə olunur.

"Hamiləliyin son dövrlərində yüksək kortizol səviyyəsi dölün böyüməsini və mineral mübadiləsini dəyişdirə bilər. Buna kalsium və D vitamini kimi sümük və dişlərin mineralizasiyası üçün vacib olan maddələrin tənzimlənməsi də daxildir,” — deyə Menq bildirib.

O əlavə edib ki, kortizol həmçinin sümük toxumasını formalaşdıran osteoblast və onu yeniləyən osteoklast hüceyrələrinin fəaliyyətinə təsir edir.

Adətən körpələrdə dişlərin çıxması 6 aylıqda başlayır və 3 yaşına qədər 20 süd dişinin hamısı tam olur. Lakin tədqiqatçılar bildirirlər ki, bu proses genetik, qidalanma və indi görünür ki, doğuşdan əvvəlki stress kimi amillərdən əhəmiyyətli dərəcədə asılıdır.

Menqin sözlərinə görə, gələcək araşdırmalarda ən çox hansı bioloji mexanizmlərin təsirləndiyi və erkən diş çıxmasının ümumi inkişafın sürətlənməsinin göstəricisi olub-olmadığı araşdırılacaq.

"Hələ cavab tapmalı olduğumuz əsas suallar var. Məsələn, hansı ana hormonları və ya inkişaf yolları diş çıxma vaxtının dəyişməsinə səbəb olur və bu sürətlənmənin uşağın ümumi sağlamlığı haqqında nə deməsi mümkündür?" — o bildirib. 

Günay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 03:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri