Icma.az
close
up
RU
Avropa İttifaqının strateji geosiyasi proqnozları: ssenarilər və perspektivlər

Avropa İttifaqının strateji geosiyasi proqnozları: ssenarilər və perspektivlər

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

K.Əlioğlu

VIII məqalə

Dərinləşən parçalanma: Avro-Atlantikanın çətin günləri

Donald Trampın hakimiyyətə ikinci gəlişi ilə Uinston Çörçill və Franklin Ruzveltin əsasını 1941-ci ildə qoyduqları Avro-Atlantika tərəfdaşlığının çökə biləcəyi ilə bağlı irəli sürülən proqnozlar özünü doğrultmaqdadır. D.Trampın Qərb siyasi şüurunu silkələyən bəyanatlarından sonra Vaşinqtonun atdığı praktiki addımlar bu nəticəni çıxarmağa əsas verir. Münxendə keçirilən Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Cey Di Vensin çıxışı, sözün əsl mənasında, dünyanı qarışdırıb.

Əslində, siyasilər və ekspertlər hələ Davos Forumunda həyəcan təbili çalırdılar. Bu ilin risklərini vurğulayarkən "dərinləşən fikir ayrılığı və artan fraqmentasiya" tendensiyasını ayrıca göstərirdilər (1).

Bu əsasda onlar proqnozlaşdırırdılar ki, dünya qarşıda duran problemləri "kollektiv surətdə" çətin ki, həll edə bilsin. Bu kimi fikirlərin fonunda Almaniyanın Kansleri Olaf Şolts Davosda Vaşinqtonun bəyanatlarından narahatlığını açıq bildirmiş və bəyan etmişdi ki, Avropa İttifaqı ABŞ-a qarşı lazım olan addımları atacaqdır.

Lakin amerikalıların nəinki geri çəkilməməsi, hətta təqribən bir ay sonra Münxen Təhlükəsizlik Konfransında daha radikal bəyanatlar verməsi mövcud problemlərin həllinin nə dərəcədə çətin olduğunu bir daha ortaya qoydu. Məsələ ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Münxendə ifadə etdiyi tezislərlə və avropalıların ona verdikləri həssas reaksiya ilə bağlıdır.

Vensin şok tezisləri

Cey Di Vens 61-ci Münxen Təhlükəsizlik Konfransındakı çıxışında deyib ki, Amerika-Avropa münasibətlərində gərginlik artır. Bunun səbəbi D.Trampın yeritdiyi xarici siyasət kursudur. Cey Di Vens başlıca diqqəti Rusiyanın Ukraynaya müdaxiləsinə yönəldib, bununla yanaşı, Almaniya və Rumıniyadakı iqtisadi böhrandan da bəhs edib. Həmin böhran Qərb mediasının diqqət mərkəzindədir (2).

Eyni zamanda, Konfransdan öncə, Tramp-Putin telefon danışıqlarında Avropasız müzakirələrdən bəhs edilməsi Aİ üzvlərini narahat etmişdi. Bir sıra Avropa dövlətlərinin xarici işlər nazirləri birgə bəyanatla çıxış edərək Aİ-nin danışıqlarda iştirakını zəruri saydıqlarını bildirmişdilər (3).

Deməli, Aİ Münxen Konfransı öncəsi iki istiqamətdə böhranla üzləşib: birincisi, iqtisadi böhran, ikincisi, ABŞ ilə münasibətlərdəki böhran. Üstəlik, Cey Di Vens Aİ-ni söz azadlığı və demokratiyanı pozmaqda ittiham edərək bunun həm Avropa ölkələrinin daxili sabitliyini, həm də Trans-Atlantik tərəfdaşlığı şübhə altına aldığını bəyan edib.

Əksər avropalı ekspertlər Cey Di Vensin fikirlərini "ideoloji savaş" və "mədəniyyət qarşıdurması" kimi xarakterizə edirlər (4).

Bəziləri hətta bir qədər də irəli gedərək Cey Di Vensin tezislərini Trans-Atlantik münasibətlərdə status-kvonu pozan "həmlə" adlandırırlar (5).

Bu zaman onların əsas arqumenti ondan ibarətdir ki, Cey Di Vens həm faktları məqsədli seçib, həm də onları qeyri-dəqiq və təhrif olunmuş formada təqdim edib (6).

Əlbəttə, Aİ-nin sürətlə bu cür "yüklənməsi" onu çətin seçim qarşısında qoyur. Brüssel, sözün həqiqi mənasında, yolayrıcındadır.

Avropa özünə "yer" axtarır

Yaranmış geosiyasi vəziyyətin əsas əlaməti Aİ-nin maraqları baxımından elə bununla bağlıdır. Analitiklər hesab edirlər ki, D.Tramp administrasiyası Avropanın geosiyasi dayanıqlığını necə silkələyibsə, özünü qlobal müzakirələrdən kənara atılmış kimi hiss edən Avropa indi özünə dünya siyasətində yer axtarır. Bunun üçün o, "yeni balans" yaratmağa cəhd edir. Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə toplanan Almaniya, İtaliya, Böyük Britaniya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri məhz bu məsələni müzakirə ediblər.

Maraqlıdır ki, bu görüş öncəsi Böyük Britaniyanın Baş naziri Kir Starmer "Daily Telegraph"a verdiyi müsahibədə bəyan edib ki, Ukraynaya barış qüvvələri göndərməyə hazırdır. O, "öz əsgərlərimizi hərb meydanına yeritməyə hazırıq" kimi dəqiq ifadə də işlədib. O.Şolts isə "barış məsələsində diqtənin qəbuledilməz olduğunu" bəyan edib (7).

Aİ çıxış yolunu nədə görür?

Bütün bunlar, təbii ki, Brüsseli çox narahat edir. Fransa Prezidentinin avropalı liderləri bir araya gətirmək cəhdləri də bunun əlamətidir. Hiss olunur ki, Aİ mövcudluğu ilə bağlı ciddi narahatlıq keçirir. Buna görə də fevralın 17-də Paris görüşündə hərbi-müdafiə xərclərinin artırılması ilə bağlı razılığın əldə olunması təsadüfi deyildir. Belə çıxır ki, Aİ yaxın perspektivdə iki ehtimalı göz önünə alır.

Birincisi, D.Trampın ABŞ-ı Aİ-yə qarşı qoymaqda davam edəcəyinə əmindir. Bu proses tədricən bütün qlobal geosiyasi məsələlərdə ABŞ-Avropa fikir ayrılığını dərinləşdirə bilər. Bununla Avro-Atlantika tərəfdaşlığının təməlləri sarsılmış olacaq.

İkincisi, Aİ-də inanırlar ki, proseslərin bu cür gedişi onun hərbi imkanlarını daha da artırmasını tələb edir. Bunun bir tərəfi Rusiyanın hərbi qüdrətini Ukrayna ilə müharibənin gedişində yeni səviyyəyə yüksəltməsi ilə bağlıdırsa, digər tərəfi ABŞ-ın geri çəkilməsi ilə əlaqəlidir.

Üstəlik, D.Trampın Qərb dünyasının siyasi dairələrini təşvişə salan bəyanatlarına davam etməsi Brüsseli yerindən oynadır. Vaşinqton hətta BMT-dən çıxa biləcəyini bəyan edir. D.Tramp üçün Ukraynadan pul tələb etmək adi hala çevrilib. O, inanır ki, haqlıdır.

Bundan başqa, D.Tramp Qəzza məsələsində radikal davrana biləcəyini yenə təkrar edir. Aİ buna qarşı da etiraz edir, lakin Vaşinqton inadından dönmək fikrində deyildir.

Maraqlıdır ki, bu vəziyyətdə Türkiyə Avropadan daha qətiyyətli və məqsədli davranır. Bu da Aİ-nin bir təşkilat kimi nə dərəcədə dayanıqlı olduğu sualını aktuallaşdırır.

Risklər və qeyri-müəyyənliklər

Hazırkı şəraitdə Aİ-nin vəziyyətini bu iki terminlə daha yaxşı ifadə etmək olar. Brüssel dünyanı risklərlə dolu olduğu kimi təsəvvür edir. Avropalılar hər yerdə risk axtarırlar və hətta onun qlobal miqyasda hökm sürdüyünə inanırlar. Belə şəraitdə Aİ necə mövcud ola, hətta dünya gücünə çevrilə bilər?

Bu suala cavab qeyri-müəyyəndir. Brüssel üçün hələlik vəziyyət tam aydın olmadığından uğurlu çıxış yolunu müəyyən edə bilmir.

Belə bir vəziyyət Aİ-ni dayanıqsız edə bilərmi? Ekspertlər bu suala cavabı təşkilatın Rusiya və Çinlə münasibətlərinin qarşılıqlı əlaqəsində axtarırlar. Dolayısı ilə Avropa tədricən yenə də Rusiyadan asılı vəziyyətə düşür. Bu, perspektivdə Ukrayna üçün faciə ilə sonuclana bilər.

Çin ilə əməkdaşlıq daha təhlükəli görünür. Çünki Pekin Moskvaya nisbətən daha güclüdür. Çinin yeni texnologiyaları da Avropanı geri sala bilər.

Hər iki variantda yalnız Avropa deyil, bütövlükdə Avro-Atlantika məkanı ziyan görə bilər. Ancaq maraqlıdır ki, ABŞ-ın indiki rəhbərliyi bununla bağlı heç bir narahatlıq keçirmir. Əksinə, inadla yoluna davam edir. Üstəlik, Vaşinqtonun mövcud beynəlxalq düzəni dağıtmaqda olduğu duyulur. İndi o, beynəlxalq hüquq normalarını və standartları dəyişməyə çalışır. Bunda əsas məqsədi nə ola bilər? Görünür, Vaşinqton mövcud geosiyasi düzən daxilində Çini daha perspektivli hesab edir. Buna görə də elə vəziyyət yaratmağa çalışır ki, Pekin üçün şərtlər qeyri-müəyyən olsun! Son dərəcə riskli olan bu prosesin Aİ üçün nəticələri faciəvi ola bilər. Brüssel öz faciəsinimi gözləyir? Bunu yaxın illər göstərəcək!

Mənbələr

Эксперты Давосского форума назвали главные риски 2025 года // РБК, 15.01.2025. Trump Says Call With Putin Is Beginning of Ukraine Peace Negotiations // New York Times, 12.02.2025. No lasting peace in Ukraine without European role in talks, leaders say after Trump-Putin call // The Guardian, 13.02.2025. In Munich, JD Vance declares ideological war on Europe // Le Monde, 15.02.2025. JD Vance brings culture war to Europe // Politico, 15.02.2025. ‘Thought crime’ and cancelled elections: how do JD Vance’s claims about Europe stand up? // The Guardian,14.02.2025. Avrupa yeni masada kendine yer arıyor: İngiltere de ABD'ye muhalif oldu // Yeni Şafak, 18.02.2025.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Fevral 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see193

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see150

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see123

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri