Avropa İttifaqının Zelenski ilə bağlı acı şikayətləri üzə çıxıb...
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqının rəsmiləri və diplomatları Ukrayna prezidenti Vladimir Zelenskinin demokratik prinsiplərdən geri çəkilməsindən şikayətlənirlər.
SİA-nın məlumatına görə, bu barədə “Politico” yazır.
...Artıq aylardır ki, onlar Ukrayna prezidentinin demokratik prinsiplərdən uzaqlaşmasından – həmişə təkbətək də olsa – acı-acı şikayətlənirlər.
Nəşrin yazdığına görə, Avropa İttifaqı Ukrayna hökumətindəki “ən müstəqil nazir və məmurların” istefasına səbəb olan təmizləmə və kadr dəyişikliklərindən narazıdır. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnının istefası da narahatlıq doğurub.
Bundan əlavə, Avropa İttifaqı Ukraynada “satqınlar və rusiyalı əməkdaşlar” axtarışının “tənqidçiləri susdurmağa yönəlmiş siyasi cadugər ovu”na çevriləcəyindən ehtiyat edir. Daha əvvəl Helsinki Universitetinin professoru Tuomas Malinen Ukraynanın Zelenskini ölkədən qovmalı və sülhə getməli olduğunu bildirmişdi.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















