Icma.az
close
up
RU
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır

Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.

Məlumata görə, Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi ilə ilk dəfə sınaq qaz təchizatı həyata keçirilir.

“Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. 

Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, - deyə “Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski bildirib.

Rusiyanın qaz infrastrukturunu atəşə tutması səbəbindən Ukrayna qaz hasilatını azaldıb. Bu il Ukrayna Avropadan böyük həcmdə qaz idxal etmək məcburiyyətində qalacaq.

İyun ayında sabiq energetika naziri German Qaluşenko demişdi ki, Ukraynanın anbarlarına vurulacaq idxal qazının minimum həcmi 4,6 milyard kubmetrdir.
İyuna olan məlumata görə, 2,9 milyard kubmetr anbarlara vurulacaq dəqiq idxal olunan qaz müqaviləsi bağlanıb. Ukraynanın energetika naziri Svetlana Qrinçuk özünün “Facebook” səhifəsində sınaq qaz tədarükünün Bolqarıstan-Rumıniya-Ukrayna marşrutu ilə həyata keçirildiyini yazıb.

Nazirin sözlərinə görə, "Trans-Balkan" boru kəməri (Türkiyə, Bolqarıstan, Rumıniya və Ukraynanın Odessa vilayətinin bir hissəsindən keçir) Ukraynaya dünyanın müxtəlif yerlərindən Yunanıstan və Türkiyədəki terminallara daxil olan mayeləşdirilmiş qaza və “Trans-Adriatik” qaz kəməri ilə nəql olunan Azərbaycan qazına çıxış imkanı verəcək.

Qeyd edək ki, Rusiya qazının Ukrayna, Moldova və Rumıniya vasitəsilə Balkanlara nəqlinin əvvəlki marşrutu ruslar 2020-ci ildə “Türk axını”nı işə saldıqdan sonra əhəmiyyətini itirmişdi.

Lakin müharibə Avropanın enerji bazarında oyun qaydalarını dəyişdi və Sovet dövründə qurulan infrastruktur ikinci şans qazanmaqdadır. “Trans-Balkan” qaz dəhlizinə indi yalnız texniki imkan kimi deyil, həm də regionun enerji təhlükəsizliyinin konfiqurasiyasını dəyişməyə qadir olan geosiyasi alət kimi baxılır. 

Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan və Yunanıstan marşruta yeni nəfəs verməkdə maraqlıdırlar. Onlar kəməri əks rejimdə işə salmaq və Yunanıstanın “Revitusa” sıxılmış qaz terminalından Ukrayna ilə sərhədə qədər mavi yanacağı, o cümlədən ABŞ yanacağını tədarük etmək istəyirlər.

Ukrayna bu il istilik mövsümündən rekord aşağı mavi yanacaq ehtiyatı ilə çıxıb. 2025-ci ilin aprel ayının əvvəlində yeraltı anbarlarda beş milyard kubmetrdən az qaz var idi ki, onun da yalnız 900 milyon kubmetr aktiv hissəsini çıxarmaq mümkün idi.

Səbəblər arasında Aleksey Çernışevin rəhbərlik etdiyi “Naftoqaz”ın əvvəlki komandası tərəfindən anbarlara qazın kifayət qədər vurulmaması göstərilir.
Həmçinin, Xarkov və Poltava vilayətlərində qaz anbarlarının və Ukraynanın əsas istehsal obyektlərinin atəşə tutulması da problemin yaranmasına təsir göstərib.

Bu səbəbdən növbəti payız-qış dövrü üçün yanacaq idxalna olan tələblər son illərdə rekord həddə - beş milyard kubmetrə, pessimist ssenariyə görə isə səkkiz milyard kubmetrə qədər artıb. Hazırda Ukrayna Polşa, Slovakiya və Macarıstandan qaz alır. “Trans-Balkan” dəhlizi tədarükün diversifikasiyasına imkan verən bir neçə alternativ marşrutlardan biridir. Bu, Slovakiya və Macarıstan hökumətlərindəki qeyri-sabitlik, eləcə də Ukraynanın anbar və hasilat obyektlərinə Rusiyanın mümkün yeni hücumları fonunda xüsusilə vacibdir.

Rusiyanın təcavüzü nəticəsində Ukrayna öz qazının 40 faizə qədərini müvəqqəti olaraq itirib. Qaz idxalı üçün ən böyük potensial Slovakiya ilə sərhəddədir: “Mavi yanacağ”ın nəqli gündə 42 milyon kubmetr və ya ayda 1,2 milyard kubmetrdən artıq təşkil edir. İkinci yerdə gündə 9,75 milyon kubmetrlə Macarıstan, üçüncü yerdə 6 milyon kubmetr yanacaqla Polşa qərarlaşıb.

Bundan başqa, Ukrayna Balkan qaz kəməri ilə nəql edilə bilən, gündəlik təxminən üç milyon kubmetr olmaqla kiçik həcmdə enerji idxal edə bilər. Bu isə ayda 100 milyon kubmetrdən azdır. Qışa qədər Ukrayna daxili tələbatı ödəmək üçün anbarlara təxminən 5 milyard kubmetr qaz vurmalıdır. Bu da aylıq təxminən 1-1,5 milyard kubmetr yanacaq deməkdir. 

Göründüyü kimi, Azərbaycan qazının Ukraynaya nəqli üçün hazır infrastruktur mövcuddur.Ona görə də bu prosesi həyata keçirmək çətin olmayacaq. Ukrayna alternativ mənbələrin tapılmasına, o cümlədən Azərbaycandan təbii qaz idxalına Rusiyanın enerji asılılığna son qoyulmasında mühüm vasitə hesab edir. Bu, gələcəkdə Moldovanın da Azərbaycan qazına marağını artıra bilər. 

Bu baxımdan, Azərbaycanın Ukraynaya “mavi yanacaq” tədarükü Rusiyanın siyasi dairələrində narazılıqla qarşılana bilər. Doğrudur, rəsmi Bakı bu məsələyə yalnız kommersiya maraqlarından yanaşır və Rusiya ilə iqtisadi rəqabət aparmaq niyyətində olmadığını bildirir. Hətta Azərbaycan bu məsələni siyasiləşdirməyin əleyhinə olduğunu bəyan edib. Lakin Ukrayna və digər Avropa dövlətlərinin Rusiya qazından imtina edib Azərbaycana üz tutmasının səbəbi elə Kremlin özüdür.Rusiya başqa xalqlara qarşı düşmənçilik və təzyiq siyasətinin nəticəsində enerji bazarlarını itirməyə başlayıb. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyul 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri