Avropa Komissiyası ilk 100 iş günü ərzində Aİnin ilk hərbi strategiyasını qəbul edəcək AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 noyabr, AZƏRTAC
Avropa Komissiyası yeni tərkibdə fəaliyyətinin ilk 100 günü ərzində Avropa İttifaqının (Aİ) ilk hərbi-sənaye strategiyasını qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen müvafiq bəyanatı qurumun proqramını Avropa Parlamentinin iclasına təqdim edərkən səsləndirib.
“Biz ilk 100 gün ərzində Avropa İttifaqının müdafiəsi ilə bağlı “Ağ Kitabı” qəbul edəcəyik”, - deyə Ursula Fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyasının yeni tərkibində militarizasiya siyasətinə litvalı Andrius Kubilius cavabdeh olacaq.
Qeyd edək ki, Avropa Parlamentinin yeni üzvləri noyabrın 27-də Strasburqda keçiriləcək plenar iclasda yekun səsvermə ilə yeni Avropa komissarlarını təsdiqləyəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 27 Noyabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















