Icma.az
close
up
RU
Avropa Komissiyası polad idxalına tətbiq edilən rüsumları 50 faizədək artırmaq istəyir

Avropa Komissiyası polad idxalına tətbiq edilən rüsumları 50 faizədək artırmaq istəyir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 7 oktyabr, AZƏRTAC

Avropa Komissiyası polad sənayesini xüsusilə Çindən gələn ucuz idxal məhsullarından qorumaq üçün rüsumları artırmaq niyyətindədir.

AZƏRTAC “Welt” televiziyasına istinadla xəbər verir ki, Komissiyanın ticarət məsələləri üzrə üzvü Stefane Seyurne yerlərini qorumaq və Avropa sənayesini gücləndirmək məqsədilə rüsumdan azad idxal kvotalarının yarıbayarı azaldılacağını, əlavə rüsumların isə 50 faizədək artırılacağını bildirib.

Yeni qaydaların qüvvəyə minməsi üçün qərar Avropa Parlamenti və Avropa İttifaqına (Aİ) üzv dövlətlər tərəfindən təsdiqlənməlidir.

Komissiyanın məlumatına görə, hazırda dünyada 600 milyondan çox ton həcmində artıq istehsal mövcuddur. Bu, xüsusilə ABŞ-ın idxal rüsumlarını kəskin artırmasından sonra daha da aktuallaşıb. Aİ əvvəllər Şimali Amerikaya ixrac edilən poladın indi Avropaya yönəldilməsindən narahatdır. Belə bir hal isə Avropa istehsalçılarını əlavə təzyiq altında qoya bilər.

İndiyədək Aİ-yə ən çox polad idxal edən ölkələr Türkiyə, Cənubi Koreya, Hindistan, Vyetnam, Çin, Yaponiya, Birləşmiş Krallıq və Ukraynadır. Aİ daxilində isə ən böyük polad sənayesi Almaniyaya məxsusdur. Bu sahədə dünyada yeddinci yerdə qərarlaşan Almaniyanın polad sektoru son illərdə ciddi çətinliklərlə üzləşib. Xüsusilə ABŞ-a polad ixracına tətbiq edilən yüksək rüsumlar da Almaniya şirkətlərinin gəlirlərini azaldıb.

Almaniyanın İqtisadiyyat üzrə Polad Assosiasiyası müddətdir Avropa Komissiyasını yeni qoruyucu mexanizmlər qəbul etməyə çağırır. Hazırda Almaniyada təxminən 4 milyon insan poladla bağlı sənaye sahələrində çalışır. Ötən il Almaniyanın polad sənayesi ardıcıl ikinci dəfə gəlir itkisi ilə üzləşib, əvvəlki illə müqayisədə 5,3 milyard avro azalma ilə 45,3 milyard avroya düşüb. Almaniya Kansleri Fridrix Merts payızda bu problemləri müzakirə etmək üçün Polad Sammiti keçirməyi planlaşdırır.

Çin dünyada ən çox polad istehsal edən ölkə olaraq qalır. Hazırda qüvvədə olan polad sənayesinin müvəqqəti qorunma mexanizmi gələn ilin iyununda başa çatır. Avropa Komissiyasının təklif etdiyi yeni mexanizm isə bu sistemi daimi qaydalarla əvəz etməyi nəzərdə tutur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri