Icma.az
close
up
RU
Avropa Komissiyası rəhbərinin təyyarəsi ilə GPS insidenti: ziddiyyətlər faktı şübhə altına alır

Avropa Komissiyası rəhbərinin təyyarəsi ilə GPS insidenti: ziddiyyətlər faktı şübhə altına alır

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bolqarıstanda təyyarəsinin enişi zamanı GPS nasazlığı hekayəsi ziddiyyətlərin informasiya mərkəzinə çevrilib. Nəticədə hətta insident faktının özü də sual altına düşüb.

"Report"un Avropa bürosunun məlumatına görə, Brüsseldə planlaşdırılan brifinqdə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi jurnalistlərin bu hadisənin niyə ciddi araşdırmaya səbəb olmadığına dair şərh verməsini xahiş edən kifayət qədər sərt suallarını cavablandıraraq mövzuya dəfələrlə qayıtmalı olub.

Bu həftənin əvvəlində Avropa Komissiyasının rəsmiləri Bolqarıstan səlahiyyətlilərindən fon der Lyayenin təyyarəsi Plovdivə yaxınlaşarkən peyk siqnallarının itməsinə səbəb olan "Rusiyanın kobud müdaxiləsi" ilə bağlı təsdiq aldıqlarını söyləyib.

Brüssel GPS müdaxiləsinin real olduğunu, lakin yer sistemləri sayəsində enişin uğurlu keçdiyini vurğulayıb.

Lakin sonradan Bolqarıstan rəsmiləri fərqli qiymətləndirmələr irəli sürüblər. Baş nazir Nikolay Denkov insidentlə bağlı araşdırma aparılmayacağını və belə halların şərq cinah ölkələrində tez-tez baş verdiyini bildirib. Nəqliyyat naziri daha da irəli gedərək siqnalın tıxanmasını təsdiqləyən heç bir sübut olmadığını söyləyib.

Mediada yayılan xəbərlər daha çox çaşqınlığa səbəb olub. Məsələn, "Financial Times" yazıb ki, guya təyyarə kağız xəritələrdən istifadə etməyə məcbur olub və hava limanı üzərində təxminən bir saat dövrə vurub. Bolqarıstanın Baş naziri ertəsi gün gecikmənin cəmi bir neçə dəqiqə olduğunu təkid edib.

Nəticə ziddiyyətli mənzərədir, müxtəlif rəsmi strukturlar eyni epizodu diametral əks ifadələrlə təsvir edir.

Məhz ifadələrin bu uyğunsuzluğu nəinki mümkün müdaxilənin mənbəyinin, həm də onun mövcudluğu faktının şübhə altına alınmasına səbəb olub.

Avropa Komissiyası israr edir ki, GNSS və GPS kəsintiləri ilə bağlı problem obyektiv olaraq mövcuddur və Rusiya-Ukrayna müharibəsinin əvvəlindən, xüsusən də Aİ-nin şərq sərhədlərində müntəzəm olaraq baş verir.

Bununla belə, fon der Lyayenin təyyarəsi ilə bağlı konkret epizod qeyri-müəyyən olaraq qalır: mənbədən asılı olaraq bu, ya ciddi hücum, adi texniki nasazlıq, ya da mövcud olmayan insident kimi görünür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Sentyabr 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri