Icma.az
close
up
RU
Avropa Komissiyası Zelenski ilə danışıqları qeydə alan tərcüməçini işdən çıxarıb

Avropa Komissiyası Zelenski ilə danışıqları qeydə alan tərcüməçini işdən çıxarıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Brüssel, 11 iyul, AZƏRTAC

Avropa Komissiyası yüksəksəviyyəli Aİ danışıqlarını tərcümə etmək üçün işə götürülən şəxsi işdən çıxarıb.

AZƏRTAC xəbər verir ki, 2024-cü ilin dekabrında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə tərcüməçinin qeydlər apardığı iddia edilir. Belə görüşlərdə bu hərəkət qadağandır və təhlükəsizliklə bağlı narahatlıqlar yaradır. Hadisə barədə ilk olaraq Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Avropa Komissiyası Brüsseldə nəşr olunan “Politico”ya verdiyi açıqlamada Volodimir Zelenskinin iştirakı ilə 2024-cü il 19-da keçirilən Avropa Şurasının iclası zamanı “qeydəalma insidentindən” sonra müvafiq tədbir gördüyünü bildirib. Komissiyanın qaydalarına görə, müdafiə və təhlükəsizlik kimi məsələlərin müzakirə edildiyi məxfi görüşlərdə qeydlər aparmaq qadağandır. Qaydalar mümkün casusluq və düşmən dövlətlərlə məlumat mübadiləsi ilə bağlı narahatlıqlara cavab olaraq tətbiq edilib.

Həmin görüş Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəlməsindən qısa müddət sonra baş tutub və avropalı müttəfiqlər Ukrayna liderinə Kiyevə əlavə hərbi və maliyyə dəstəyi, eləcə də enerji infrastrukturunun müdafiəsinə yardım vəd ediblər. Görüş zamanı çex tərcüməçiləri görüblər ki, onların fransız dilindən Ukrayna dilinə tərcümə ilə məşğul olan həmkarı qeydlər aparır. Hadisə barədə təhlükəsizlik xidmətinə məlumat verilib. Aİ rəsmisi bildirib ki, qeydlər dərhal müsadirə edilib.

Komissiya faktları hərtərəfli araşdırdıqdan sonra oxşar hadisənin bir daha təkrarlanmaması üçün müvafiq tədbirlər görüb. Bu halda sözügedən tərcüməçinin xidmətlərindən artıq istifadə olunmayacağına qərar verilib. “Le Monde” qəzetinin yazdığına görə, qadın sərbəst tərcüməçi kimi çalışıb və Aİ tərəfindən Avropa liderlərinə Ukrayna Prezidenti ilə ünsiyyətdə kömək etmək üçün işə götürülüb. İnsidentlə bağlı araşdırma hazırda Belçika hakimiyyətinə təhvil verilib. Tərcüməçinin adı açıqlanmasa da, fransız qəzeti onu “xanım İ” adlandırır.

“Le Monde” qəzetinin yazdığına görə, o, rus ailəsinin övladıdır və bacısı da tərcüməçidir. Onlardan biri Rusiyada doğulub. Bacılar bir müddət Ukraynada yaşayıblar. Onlar 20 ilə yaxın NATO strukturlarında, Avropa Komissiyasında, həmçinin Fransanın Müdafiə və Xarici İşlər nazirliklərində sərbəst tərcüməçi kimi çalışıblar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri