Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 3 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 dekabrda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media saytına istinadən bildirir.

1996-cı ilin bu günündə ATƏT-in Lissabon (Portuqaliya) sammitində  keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur.
Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi.
Bəs, dekabrın 3-də dünyada daha hansı hadisələr baş verib?
1. 1918-ci ilin 3 dekabr tarixindә I Dünya Müharibәsindәn sonra Londonda keçirilәn Müttәfiqlik Konqresindә Almaniyanın müttәfiqlәrә müharibә tәzminatı ödәmәsi ilә bağlı qәrar qәbul edilib.
2. 1942-ci ilin 3 dekabr tarixindә Türkiyәnin Zonquldak şәhәrinin Ereqli qәsәbәsindә baş verәn mәdәn qәzası nәticәsindә 63 şaxtaçı hәlak olub.
3. 1959-cu ilin 3 dekabr tarixindә Kipr Türklәrinin lideri Fazıl Küçük prezident kömәkçisi vәzifәsinә  tәyin edilib.
4. 3 dekabr 1967-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılıb. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürüb. Əməliyyat uğurla başa çatıb.
5. 1984-cü ilin 3 dekabr tarixindә Hindistanın Bhopal bölgәsindәki pestisit fabrikindә baş verәn faciә nәticәsindә 18 min adam hәlak olub.
6. 1989-cu ilin 3 dekabr tarixindә Maltada bir araya gәlәn ABŞ prezidenti Corc Buş vә SSSRİ-nin dövlәt başçısı Mixail Qorbaçov ‘‘Soyuq Müharibә’’nin  sona çatdığını elan ediblәr.
7. 3 dekabr 1992-ci ildə Beynəlxalq Əlillər Günü təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində davamlı addımlar atılır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.
8. 2008-ci ilin bu günündə Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında “Bakı bəyannaməsi” qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak edib.
9. 3 dekabr 2013-cü ildə UNESCO Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya – “Çövkən, Qarabağın ənənəvi atüstü oyunu” təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınıb
Dekabrın 3-də bu şəxsiyyətlər xatırlanır:
1. 3 dekabr 1918-ci ildə aktyor, rejissor, teatr təşkilatçısı Əbülfət Vəli (1867-1918) vəfat edib.
2. 3 dekabr 1920-ci ildə şair, qəzəlxan Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 – 12.12.1999) anadan olub.
3. 3 dekabr 1937-ci ildə Əməkdar mədəniyyət işçisi, kinoşünas Natalya Şneyer (1937–2019) anadan olub.
4. 3 dekabr 1996-ci ildə Xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Dadaşov (7.6.1924 – 1996) vəfat edib. Akademik Dram Teatrında çalışıb. Rus Dram Teatrının direktoru (1989-1991) olub.
5. 3 dekabr 2020-ci ildə Əməkdar rəssam Rafael Abbasov (28.11.1943 – 2020) vəfat edib. Portretlər, süjetli tablolar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see393

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see308

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see300

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see270

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see249

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see241

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see209

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see201

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see189

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see173

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see172

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see170

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see168

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see167

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see167

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see166

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see165

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see159

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see150

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri