Icma.az
close
up
RU
Avropa Məhkəməsi Fransanı cərimələyib

Avropa Məhkəməsi Fransanı cərimələyib

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İnsan Hüquqları Məhkəməsi işdə seksual qısnama ilə bağlı Fransaya qarşı qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bir xəstəxanada çalışan ərizəçinin orada şöbə müdiri K.B. ilə yaxın münasibətləri olub. İlkin mərhələdə onların münasibətləri könüllü olsa da, sonradan K. B. ərizəçiyə qarşı təhqiredici davranıb, onu işdə alçaldıb və sadomasoxist hərəkətlər edib.
Ərizəçi iş yoldaşlarına K.B.-in ona olan təhqiredici rəftarı barədə danışıb. Ərizəçi barəsində keçirilən tibbi ekspertiza rəyinə görə, ona postrtavmatik stress, psixoloji dağıntı diaqnozu qoyulub.
2013-cü ildə ərizəçi K.B.-in ona qarşı zorlama, cinsi təcavüz, təqib ittihamları ilə bağlı şikayət verib. K.B. ittihamları rədd edib və münasibətin ortaq fantaziya və razılıq əsasında qurulduğunu qeyd edib. Birinci instansiya məhkəməsi K.B. barəsində ittiham hökmü çıxarsa da, apellyasiya və ali məhkəmə K.B.-a bəraət verib.
Hökümət qeyd edib ki, ölkədə zorlama və seksual təcavüzlə bağlı qanunvericilik kifayət qədər təkmildir, bu cinayətlər razılıq anlayışı ilə qiymətləndirilir. İstintaq vaxtında və əhatəli aparılıb, şahidlər dindirilib, ekspertiza keçirilib, eyni zamanda K.B. bəzi seksual təcrübələri özü də etiraf edib, lakin zorlama və təcavüz halları təsdiqini tapmayıb. Digər tərəfdən E. A.-ın Avropa məhkəməsinə verdiyi şikayətdəki arqumentlər yerli məhkəmələrin işidir, AİHM-in deyil.
Ərizəçi isə qeyd edib ki, Fransa qanunları qadınları tam olaraq qorumur, insan məcburi mühitdə, təzyiq haltında “hə” deməsi razılıq kimi qiymətləndirilməməlidir. Eyni zamanda istintaq lazımi qədər ciddi aparılmayıb, bəzi şahidlər dindirilməyib, onun şikayətləri yalnız qəsdən xəsarət və seksual təqib kimi araşdırılıb, halbuki iş yerində K.B.-n ona qarşı hökmran mövqedə olması, ərizəçinin psixoloji həssaslığı və K.B.-dan asılı vəziyyətdə olması halı araşdırılmayıb.
Avropa Məhkəməsi göstərib ki, dövlətlərin üzərinə ikiqat öhdəlik düşür. Qanunvericilikdə razılıq olmadan seksual hərəkət açıq aşkar cinayət kimi nəzərdə tutulmalıdır. Əgər belə şikayətlər olarsa, əhatəli, sürətli və obyektiv araşdırma aparılmalıdır.
Hazırki işdə AİHM qeyd edib ki, istintaq ərizəçiyə qarşı zorlama cinayətini düzgün araşdırmayıb, yalnız xəsarət və təqiblə məhdudlaşıb, sübutlar tam toplanmayıb, bəzi vacib izlər itirilib, proses uzun çəkib (8 il), yerli məhkəmələr ərizəçinin həssas pxisoloji vəziyyətdə olmasını nəzərə almadan onun “razılığını” səhv qiymətləndiriblər.
Beləcə Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, Fransa höküməti qanunvericilik baxımdan (razılıq anlayışının qeyri-müəyyənliyi), həm də hazırki işdə istintaq və məhkəmə araşdırılmasının aparılması baxımından ğhdəliklərini yerinə yetirməyib və beləcə Konvensiyanın 3 və 8-ci maddələrinin pozuntusunu tanıyıb.
Maraqlıdır ki, bu işdə ərizəçi ilə birlikdə Association européenne contre les violences faites aux femmes au travail (iş yerlərində qadınlara qarşı zorakılığa dair Avropa Assosiasiyası) adlı təşkilat da ərizəçi statusunda şikayət verib. Avropa Məhkəməsi həmin təşilatın birbaşa qurban olmadığını, zərər çəkmədiyini əsas gətirərək onu ərizəçi kimi qəbul etmədi və mənəvi zərərə görə ərizəçi E.A.-ya 20000 avro kompensasiya müəyyən etdi.
Bu iş Avropa Məhkəməsinə 2022-ci ildə verilib, 3 il sonra qərar qəbul edilib.

Gülxanım Əliyeva
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Sentyabr 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri