Avropa ölkəsindən qərar: 17 yaşına çatmış hər kəs orduya çağırıldı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Belçikanın müdafiə naziri Teo Franken 17 yaşlı 149 min gəncə məktub göndərərək, onları könüllü hərbi xidmətə qoşulmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə X sosial media platformasında yazıb.
Franken paylaşımında bildirib:
“Ölkə üzrə bütün 17 yaşlı gəncləri Müdafiə Nazirliyinə, xüsusilə də könüllü hərbi xidmətə qoşulmağa təşviq edirik. Gəlin başlayaq!”
Fransızdilli Le Soir xəbər saytının məlumatına görə, gəncləri könüllü hərbi xidmətə cəlb etmə təşəbbüsünə sentyabr ayında icazə verilib. Bu xidmət “öyrədici bir təcrübə” kimi təqdim olunsa da, müxalifət bu addımı “cəmiyyətin militarizasiyası” kimi tənqid edir.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:Bu ölkədə İLK: 17 yaşına çatmış bütün vətəndaşlar orduda xidmətə ÇAĞIRILDI
09 Noyabr 2025 13:28
Prezident təsdiqlədi: 21 yaşına çatmış vətəndaşlar...
19 Mart 2025 17:31
Pensiya yaşına çatmış əhalinin xüsusi çəkisi azalır
15 Avqust 2025 00:11
21 yaşına çatmış vətəndaşlara yeni hüquq verilir
14 Fevral 2025 14:18
Baxış sayı:80
Bu xəbər 09 Noyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















