Avropa Parlamenti və Şurası Aİ Mercosur sazişləri çərçivəsində aqrar sektorun qorunmasına dair tədbirləri razılaşdırıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Berlin, 18 dekabr, AZƏRTAC
Avropa Parlamenti və Avropa İttifaqı (Aİ) Şurası Aİ-Mercosur Tərəfdaşlıq Sazişi və müvəqqəti Ticarət Sazişi çərçivəsində kənd təsərrüfatı məhsullarına tətbiq olunan qoruyucu tədbirlər üzrə ilkin razılıq əldə edib.
AZƏRTAC xəbər verir ki, razılaşma üzv ölkələrdə fermerləri qorumaq və Mercosur ölkələrindən idxalın Aİ istehsalçılarına ciddi zərər vurduğu hallarda təxirəsalınmaz tədbirlərin tətbiqinə imkan verir.
Qoruyucu tədbirlər mexanizmi çərçivəsində gömrük güzəştlərinin müvəqqəti dayandırılması mümkün olacaq, həssas məhsullar üçün isə daha sürətli prosedurlar və sadələşdirilmiş meyarlar tətbiq ediləcək. Həssas məhsullar siyahısına sitrus meyvələri də daxil edilib. Araşdırmalar dörd ay ərzində başa çatdırılacaq, təcili hallarda isə müvəqqəti tədbirlər 21 gün ərzində tətbiq edilə biləcək.
Avropa Komissiyası idxalı davamlı izləyəcək və altı aydan bir Parlamentə və Şuraya hesabat verəcək. Razılaşmaya əsasən, ehtiyac yarandıqda monitorinq digər məhsullara da şamil edilə bilər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 18 Dekabr 2025 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















