Avropa Parlamenti Zurabişvilini Gürcüstanın prezidenti kimi tanıyan qətnaməni səsə qoyacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Parlamentində fevralın 13-də Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə layihəsi səsə qoyulacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, 5 siyasi qrupdan olan deputatların təqdim etdiyi “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsinə dair” qətnamə layihəsində Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir.
Sənəddə həmçinin Avopra İttifaqı Şurasının Prezidentinə Zurabişvilinin şuranın qarşıdan gələn iclasına, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitinə Gürcüstanı təmsil etməsi üçün dəvət göndərməsi çağırışı edilir.
Qətnamə layihəsində Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Fevral 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















