Icma.az
close
up
RU
”Avropa Parlamentinin qərarını rədd etməklə yanaşı, məhkəmə hüquq islahatları aparmalıyıq” Qüdrət Həsənquliyev

”Avropa Parlamentinin qərarını rədd etməklə yanaşı, məhkəmə hüquq islahatları aparmalıyıq” Qüdrət Həsənquliyev

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Xəbr verdiyimiz kimi, Avropa Parlamenti Azərbaycan hökumtini tənqid edən qətnamə qəbul edib.
Siyasi məhbusların azad olunmasının tələbi qoyulan qətnamədə diqqəti çəkən məqamlardan biri rəsmi ittihamlarda separatçı kimi təqdim olunan Bəhruz Səmədov və İqbal Əbilovun adının xüsusi çəkilməsidir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasnda deyib ki, Avropa Parlamentinin Azərbaycana münasibətini və nə qədər obyektiv, ədalətli olmasını 44 günlük savaşda görünüb:

”Dünən qəbul olunmuş qərar Səmədovun və Əbilovun özbaşına həbsi adlanır. Qərarın daxilində başqa adlar da var, amma qərar niyə bu iki separatçının adı ilə adlandırılır? Seperatçıların, yaxud kimlərinsə həbsi onları narahat etsəydi, onlar bunu bağlı qapılar arxasında müzakirə etməli idilər. Bunu etmirlərsə, deməli həbslərdən nəinki məyus olmayıblar, əksinə sevinib, Azərbaycana hücum üçün bir şans kimi qiymətləndiriblər. Qarabağdakı seperatçıların vaxtında məsuliyyətə cəlb olunmamasının hansı faciələrə yol açdığını gördük. Görünür, insanların iztirablarından, tökülən qanlardan doymayıblar. Azərbaycan hökuməti qərarlar qəbul edərkən dövlət maraqlarını nəzərə almalıdır.
Mənim bu münasibətim də o cür qəbul olunmamalıdır ki, ölkəmizdə qanunun aliliyi ilə əlaqədar problemlər yoxdur. Bu cür problemlər bütün ölkələrdə var, birində bir az az, digərində bir az çox. Biz, Avropa Parlamentinin qərəzli qərarını rədd etməklə yanaşı, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasını daha yaxşı təmin edəcək məhkəmə-hüquq islahatlarını da genişləndirməliyik”.

Firuzə Mahmudova
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri