Icma.az
close
up
RU
Avropa Rusiya müharibəsi nüvə fəlakəti ilə nəticələnə bilər AÇIQLAMA

Avropa Rusiya müharibəsi nüvə fəlakəti ilə nəticələnə bilər AÇIQLAMA

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Avropa Rusiya ilə potensial müharibəyə hazırlaşır, lakin bir çox insan hazırlıqların miqyasından hələ də xəbərsizdir". Avropa KİV-lərində yer alan bu iddialar fonunda belə bir müharibənin baş vermə ehtimalı dünyanı narahat etməyə davam edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a geniş təhlillə çıxış edən politoloq Azad Məsiyev dünyada cərəyan edən proseslərin kökündə ABŞ-nin qlobal strateji planının dayandığını bildirib:

"Əvvəla dünyada nə baş verdiyini aydınlaşdırmalıyıq. Amerika Birləşmiş Ştatlarının qlobal bir strateji layihəsi var. Amerikanın "dərin dövləti" hesab edir ki, dünya birqütblü olmalı və bunu Amerika imperatorluğu idarə etməlidir. Amerikanın imperatorluğu üçün üç təhlükəli mənbə var: hərbi gücünə görə Rusiya, iqtisadi gücünə görə Çin və maliyyə gücünə görə Avropanın pul vahidi olan avro. Amerikada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, zaman-zaman taktiki dəyişikliklər olsa da, bu strateji plan həyata keçirilir və imperatorluğa təhlükə yaradan amillər aradan qalxmalıdır. İstər İran-Amerika münaqişəsi, istər Çin ətrafında və Hörmüz boğazında baş verənlər, istərsə də Avropanın mərkəzində gedən Ukrayna-Rusiya savaşı məhz bu strategiyanın tərkib hissəsidir. ABŞ dünyada xaos yaradır ki, bu strategiyanı həyata keçirsin".

Politoloqun sözlərinə görə, ABŞ-nin əsas məqsədi Avropa Birliyi ilə Rusiya arasında böyük bir savaş başlatmaqdır və Ukrayna münaqişəsi də bu prizmadan yaranıb:

"Məqsəd Rusiyanı münaqişəyə cəlb etməklə Avropa ilə onun əlaqəsini kəsmək idi. Münaqişə başlamazdan əvvəl Avropanın Rusiyada 800 milyard dollar sərmayəsi var idi. İqtisadi münasibətlərin möhkəmlənməsi siyasi əlaqələri də gücləndirirdi ki, bu da Amerikanın planlarına zidd idi. Avropa iqtisadiyyatı gücləndikcə onun pul vahidi olan avro dünyada aparıcı valyutaya çevrilirdi. Amerikanın məqsədi Rusiya ilə Avropa arasında əlaqəni kəsmək, Rusiyanı münaqişəyə cəlb etmək idi və Rusiya ətrafında qaynar ocaqlar məhz bu nöqteyi-nəzərdən yaradılmışdı. Nəhayət, Rusiya Ukrayna savaşına cəlb edildi".

A.Məsiyev əlavə edib ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp da Rusiya-Ukrayna münaqişəsini Baydenin yaratdığını açıq şəkildə bəyan etmişdi:

"Bayden Amerikanın strateji siyasətini həyata keçirən şəxs idi. Rusiya-Ukrayna münaqişəsinin yaradılması ilə Avropanın Rusiya ilə əlaqəsi kəsildi. Münaqişədən əvvəl Almaniya kansleri Merkelə 'Şimal axını-2' kəməri layihəsinin dayandırılması üçün təzyiqlər olunurdu. İqtisadiyyatın iki ana şərti var: enerji və xammal. Avropa bu iki komponenti Rusiyadan alırdı. Münaqişənin başlaması ilə 'Şimal axını-2' kəməri partladıldı, Avropanın enerji mənbələri kəsildi və o, müharibəyə cəlb olunaraq hərbi gücünü zəiflətmək taktikası işə salındı".

Ekspert vurğulayıb ki, hazırda Ukrayna ərazisində Avropa Birliyi (NATO bloku) ilə Rusiya arasında de-fakto savaş gedir:

"Avropa Birliyinə daxil olan dövlətlər Rusiya əleyhinə yaradılmış koalisiyanın üzvüdürlər və maliyyə, siyasi, hərbi-taktiki, eləcə də psixoloji və informasiya müharibəsi baxımından bu savaşda faktiki iştirak edirlər. Tramp hakimiyyətə gələndən sonra bəyan etdi ki, Ukraynaya maliyyə yardımı ayrılmayacaq, bunu Avropa etməlidir. Avropanın Ukraynaya ayırdığı yüz milyardlarla dollar yardım ABŞ-yə gedir və oradan silah-sursat alınır. Bu vəsaitlər Avropa iqtisadiyyatına qoyulsaydı, avro dünyada daha da möhkəmlənərdi. Lakin Amerikanın məqsədi Avropanı iqtisadi cəhətdən zəiflətməkdir. Münaqişəyə cəlb olunan ölkə böyük vəsait xərcləyir və iqtisadiyyatı zərər görür. Faktiki olaraq Avropa iqtisadiyyatı, xüsusilə Almaniyanın maşınqayırma sənayesi çökməyə doğru gedir".

Azad Məsiyev: Böyük Britaniya Aİ-dən təsadüfən çıxmadı

Politoloq Avropa Birliyinin iqtisadi sütunlarından danışarkən Böyük Britaniyanın roluna da toxunub:

"Aİ yaradılanda onun üç ana sütunu var idi: Böyük Britaniya, Fransa və Almaniya. Böyük Britaniyanın qurumdan çıxması (Brexit) təsadüfi deyildi. Britaniya ilə ABŞ uzun müddətdir dünya siyasətində paralel xətt yürüdürlər. Britaniyanın Aİ-dən çıxması dolayısı ilə birliyin zəiflədilməsi demək idi. ABŞ çalışır ki, Rusiya-Ukrayna savaşı daha uzunmüddətli fazaya keçsin və Avropa Birliyi daha çox zəifləsin. Avropa ilə Rusiya arasında savaş yaratmaq üçün müxtəlif təxribatlar həyata keçirilir. Britaniyanın Rusiya gəmilərini saxlaması, Baltikyanı ölkələr üzərindən dronların keçməsi beynəlxalq ictimai rəyi formalaşdırmağa hesablanıb. Məqsəd Rusiyanı Avropa ilə həm de-fakto, həm də de-yuri savaşa cəlb etməkdir".

A.Məsiyev bildirib ki, Rusiya ilə Avropa arasında de-yuri savaş başlayarsa, bu, NATO-nun müharibəyə rəsmən qoşulması deməkdir:

"Bu, bəşəriyyət üçün böyük fəsadlar verəcək, çünki bu halda nüvə silahının işə düşməsi qaçılmaz olur. Rusiyanın geri yolu yoxdur, çünki ABŞ başda olmaqla NATO onu düşmən elan edib və siyasi xəritədən silmək üçün kampaniya aparır. Rusiyaya yaxın olan ölkələrdə "demokratiya" adı altında çevrilişlər edərək onları Rusiya əleyhinə istifadə edirlər. Biz bunu Saakaşvili dövründə Gürcüstanda gördük, Ukraynada görürük, hətta Ermənistanda Paşinyanı hakimiyyətə gətirərək bu məqsədlə istifadə edirlər. Rusiya-Avropa savaşı hər iki tərəfin zəifləməsi, nəticədə isə ABŞ-nin qazanması deməkdir".

Politoloq dolların gücünə və Trampın tələblərinə də diqqət çəkib:

"Amerikanın gücü tankda, raketdə deyil, dollardadır. Dollar zəifləyərsə, Amerikanın imperatorluğu zəifləyir. Dolların zəifləməməsi üçün evro kimi alternativ valyutaları sıradan çıxarmaq, bunun üçün də Avropa iqtisadiyyatını çökdürmək lazımdır. Tramp gələndən sonra bəyan etdi ki, Avropa dövlətləri gəlirlərinin 5%-ni NATO-ya verməlidir. Bu, sosial sahəyə və iqtisadiyyata ayrılacaq pulu hərbiyə yönəltmək, Avropanı zəiflətmək deməkdir. Tramp hətta BRICS ölkələrini də hədələmişdi ki, alternativ dünya valyutası buraxsalar, onlara sanksiya tətbiq ediləcək".

A.Məsiyev xatırladıb ki, 2022-ci ildə Rusiya və Ukrayna İstanbulda razılığa gəlməyə çox yaxın idilər:

"2022-ci ildə İstanbul razılaşmasına görə hər iki dövlət sülhə razılaşmışdı. Lakin Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Conson Zelenskiyə təzyiq edərək sənəddən imtina etdirdi və münaqişə uzandı. Münaqişənin uzanmasından en çox Ukrayna xalqı əziyyət çəkdi. Zelenski Qərbin əlində alətə çevrilərək Ukrayna xalqını cəhənnəmə sürüklədi. Bu gün də Avropa ilə Rusiya arasında hadisələrin körüklənməsinə ABŞ və Böyük Britaniya rəvac verir".

Ekspert sözlərini belə yekunlaşdırıb:

"Hazırda Rusiyanın gəmilərinə həbs qoyulur və Rusiya rəsmiləri adekvat cavab veriləcəyini bəyan edirlər. Bu adekvat cavablar münaqişəyə aparan yoldur. Hesab edirəm ki, NATO bloku ilə Rusiya arasında de-fakto və de-yuri savaş başlayarsa, nüvə silahı işə düşəcək, bəşəriyyət böyük əziyyət çəkəcək və bundan ən böyük ziyanı elə Avropa çəkəcəkdir".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Avqust 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri