Avropa Rusiya vətəndaşlarının şəxsi pullarını da Ukraynaya vermək istəyir
Icma.az, Azpost saytına istinadən bildirir.
Rusiyanın Avropadakı dondurulmuş bank hesabları Ukraynaya köçürülə bilər.
AzPost bildirir ki, bu barədə Politico nəşri yazıb.
Məlumatda deyilir ki, hazırda Avropa İttifaqının səlahiyyətliləri Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən istifadə etməklə Kiyevə faizsiz çox milyardlıq dollar kreditin verilməsini müzakirə edirlər.
Bununla belə, rusların şəxsi bank hesablarında olan təxminən 25 milyard avro da bu məqsədlə istifadə oluna bilər,
Nəşr Avropa Komissiyasının “təzminat krediti təşəbbüsünün Aİ daxilində dondurulmuş digər aktivlərə genişləndirilməsi imkanlarının nəzərdən keçirilməsinə” çağıran sənədinə istinad edib.
Keçən həftə AK prezidenti Ursula fon der Leyen bəyan etdi ki, yalnız Rusiya müharibəyə dəymiş ziyana görə təzminat ödəməyə razı olarsa Ukrayna bu kreditləri qaytarmalıdır. Rusiya aktivlərinin istifadəsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Paylaş
Baxış sayı:110
Bu xəbər 17 Oktyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















