Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Avropa siyasətçilərinin başı dərddə KONKRET

Avropa siyasətçilərinin başı dərddə KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Sosialistlər Partiyasında miqrasiya siyasəti ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Milli nümayəndəliklər arasında mövcud olan ziddiyyətlər iyulun sonunda 72 mindən çox insanın Mərakeşdən İspaniyanın Seuta anklavına qanunsuz keçməsi ilə bağlı böhrandan sonra daha da kəskinləşib.

KONKRET.az xəbər verir ki, Danimarkanın sosial-demokrat Baş naziri Mette Frederiksen İtaliya, Almaniya, Finlandiya və İsveç liderləri ilə birlikdə İspaniya hökumətinin böhran zamanı atdığı addımları tənqid edib.

“Bunlar Seutada zorakılığı əks etdirən görüntülərdir. 2015-ci ildəki vəziyyətin təkrarlanmasına yol verməyəcəyik”, – Frederiksen həmin vaxt Danimarkanın “Ritzau” xəbər agentliyinə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı dərhal bütün zəruri tədbirləri görməli və Şengen zonası çərçivəsində əməkdaşlığın dayandırılması da daxil olmaqla, bütün variantları nəzərdən keçirməlidir.

Frederiksen İtaliyanın sağçı Baş naziri Giorgia Meloni ilə birlikdə Aİ-nin 22 üzv dövlətinin nümayəndələri tərəfindən imzalanan məktubun təşəbbüskarlarından biri olub. Sənəddə İspaniyanın təxminən yarım milyon miqrantın statusunu leqallaşdırmaqla bağlı qərarına etiraz edilib. Məktub müəllifləri bu addımı Seuta böhranına səbəb olan “cəlbedici amil” kimi qiymətləndiriblər.

Danimarka Baş naziri daha da irəli gedərək miqrasiya məsələsində Meloni ilə eyni mövqeni bölüşdüyünü nümayiş etdirib. O, üçüncü ölkələrdə miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasının sürətləndirilməsi və nəzarətsiz miqrasiyaya qarşı mübarizə aparılması barədə birgə bəyanatı imzalayıb.

Bu mövqe Avropa Sosialistlər Partiyasının daxilində narazılığa səbəb olub.

Partiyanın sədri Stefan Löfvenə həftənin əvvəlində göndərilən məktubda Avropa Parlamentinin nüfuzlu deputatları Peppe Provenzano (İtaliya) və Xavi Lopes (İspaniya) Frederikseni “seçici həmrəylik” nümayiş etdirməkdə ittiham ediblər.

“Bu, yolverilməzdir. Avropalı tərəfdaşlarından biri görünməmiş təzyiqlə üzləşdiyi halda, öz siyasi ailəmizin nümayəndəsi Seutadan Aİ-yə sərbəst hərəkətin olmadığını nəzərə almadan, sırf təbliğat məqsədilə Şengen qaydalarını dayandırmaq qərarına gələn İtaliya Baş naziri Giorgia Meloni ilə koordinasiyalı şəkildə hərəkət etməyi üstün tutub”, – məktubda deyilir.

Müraciətin müəllifləri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidləri zamanı Kopenhagenin də Aİ-nin dəstəyindən yararlandığını xatırladıblar.

Onların fikrincə, Frederiksen “miqrasiyanı daimi fövqəladə vəziyyət kimi təqdim edən radikal sağın narrativini” mənimsəyib. Məktub müəllifləri qeyd ediblər ki, Avropaya qanunsuz miqrant axını ilin əvvəlindən təxminən 40 faiz azalsa da, Danimarka hökuməti siyasi baxımdan sərfəli qorxu və narahatlıq atmosferini gücləndirir.

Danimarka Sosial-Demokrat Partiyasının rəsmi nümayəndəsi və parlament üzvü Rasmus Stoklund isə bu tənqidlərə güzəştə getməyib. O bildirib ki, sosial-demokratların miqrasiya məsələsində sərt mövqeyi dəyişməyib.

Stoklundun sözlərinə görə, partiya Aİ-nin xarici sərhədlərinin gücləndirilməsini və Avropadan kənarda miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasını dəstəkləməyə davam edəcək.

Danimarka sosial-demokratları ilə Avropa Sosialistlər Partiyasının digər üzvləri arasındakı fikir ayrılığı yeni deyil. Danimarkanın Avropa Parlamentindəki üç deputatdan ibarət nümayəndə heyəti dəfələrlə miqrasiya ilə bağlı sənədlərdə qrupun mövqeyinə qarşı səs verib.

Lakin İspaniya və İtaliya nümayəndəlikləri üçün digər siyasət sahələrində olduğu kimi, miqrasiya məsələsində də qrup xəttindən fərqli mövqe sərgiləmək bir məsələdir. Meloni kimi sağçı liderlərlə açıq şəkildə yaxınlaşmaq isə tamam başqa məsələdir.

“Danimarkanın miqrasiya və sığınacaq məsələlərindəki mövqeyi Avropa Parlamentindəki sosial-demokrat qrupunun yanaşması və səsvermə xətti ilə bağlı aydın gərginlik yaradır”, – Avropa Parlamentinin ispaniyalı deputatı Xuan Fernando Lopes Aqilar Euronews-a bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə problem daha da kəskinləşib. Çünki məsələ yalnız miqrasiya və sığınacaq siyasəti ilə məhdudlaşmır, eyni zamanda bir üzv dövlətlə həmrəylik məsələsini də əhatə edir.

Euronews-un məlumatına görə, Danimarka Sosial-Demokrat Partiyasının – Avropa Sosialistlər Partiyasının təsisçilərindən biri olan – təşkilatda üzvlüyü hələlik sual altına alınmayıb. Hazırda əsas məqsəd bu həssas məsələ ilə bağlı partiya daxilində ortaq mövqe formalaşdırmaqdır.

Məktub müəllifləri məsələnin oktyabrın 15–16-da keçiriləcək Avropa Şurası sammitindən qısa müddət əvvəl baş tutacaq partiyanın prezidium iclasında müzakirə olunmasını təklif ediblər.

Beləliklə, Avropa Sosialistlər Partiyasında miqrasiya siyasəti ətrafında yaranan fikir ayrılığı artıq ayrı-ayrı deputatların mövqeyi çərçivəsindən çıxaraq, partiyanın ümumi siyasi xətti ilə bağlı müzakirəyə çevrilir.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Avqust 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see417

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see340

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see316

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see311

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see293

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see289

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see285

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see270

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see270

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see260

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see244

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see224

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see203

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see202

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see183

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see177

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see175

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri