Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Avropa strukturlarında kök salan korrupsiya...

Avropa strukturlarında kök salan korrupsiya...

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Son illərdə Avropa institutlarında baş verən qalmaqallar artıq bu qurumlardakı struktur böhranını açıq şəkildə ortaya qoyur. Xarici dövlətlərdən rüşvət alınması, qərarların lobbi sifarişi ilə qəbul edilməsi, siyasi mandatların kommersiyalaşdırılması Avropa siyasətinin iç üzünü ortaya qoyur. Avropa diplomatiyasında baş verən böyük geosiyasi manipulyasiyalar, sanksiya siyasətinin selektiv tətbiqi, siyasi qərarların arxasında müxtəlif iqtisadi mərkəzlərin dayanması vaxtilə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi olmuş Jozep Borrelin fəaliyyəti dövründə xüsusilə intensivləşmişdi. Qəbul edilən bir sıra strateji qərarlar Avropa xalqlarının maraqlarına deyil, gizli siyasi və maliyyə mərkəzlərinin tapşırıqlarına uyğun formalaşdırılırdı.

Ümumiyyətlə, Avropa İttifaqı qurumlarının çətirinin altında olan beynəlxalq təşkilatlar üçün xarakterik korrupsiya formaları kimi lobbiçilik və onun korrupsiyaya keçidini qeyd etmək lazımdır. Xüsusilə etnik lobbi qruplar, onlara məxsus kommersiya şirkətlərin və ya qrupların Aİ-nin qərar qəbuluna təsiri üçün axıtdıqları maliyyə diqqət çəkir. Digər tərəfdən, çox böyük büdcələri olan təşkilatlar, fondlar, kənd təsərrüfatı subsidiyaları, satınalmalar və s. kimi əməliyyatlar zamanı korrupsiya halları da mövcuddur. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, korrupsiya və separatizmə dəstəyi ilə tanınan Luis Moreno Okamponun və oğlunun daxil olduğu növbəti ifşaedici kadrlar bu reallığı bir daha təsdiqlədi. Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyən keçmiş prokurorun həyat yolunda kifayət qədər qaranlıq və qalmaqallı məqamlar var”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın ifşa olunan kadrları Avropa qurumlarında kök salmış siyasi korrupsiyaya işıq salır. Keçmiş prokuror kadrlarda bildirir ki, erməni lobbisinin əsas məqsədi Ermənistanda baş nazir Paşinyanı devirməkdən ibarətdir. Prokuror Avropa strukturlarının Ermənistanda əhalini kütləvi etirazlara səsləməklə yanaşı, Avropa Parlamentindəki adamları vasitəsilə Ermənistana siyasi təzyiqlər etmək üçün işlərin aparıldığını bildirir və diqqətə çatdırır ki, onun Avropa qurumlarında J. Borrel kimi adamı var. Bu faktlar təsdiqləyir ki, bir çox dairələrdə lobbi maraqları və şəxsi mənfəət ədalət və humanizm dəyərlərinin yerini alıb. Adıçəkilən şəxslərin Azərbaycana qarşı təhdid və təzyiqlərinin əsl səbəbi fundamental insan hüquqları yox, tutduğu vəzifədən, qurduğu əlaqələrdən istifadə edərək dövlətlərarası münasibətlərə neqativ təsir göstərməklə, Avropa İttifaqı, onun parlamenti və digər beynəlxalq qurumlara təsir etməklə sərvət əldə etməkdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar, regionda sülhün təmin olunması, Azərbaycan və Ermənistan arasında danışıqlarda əldə edilən irəliləyişlər bəzi dairələri ciddi şəkildə narahat edir. Nikol Paşinyanın Qarabağın Ermənistana məxsus olmadığını, bu məsələnin erməniləri inkişafdan saxladığını bildirməsi həmin dairələri, erməni lobbisini Paşinyana qarşı hərəkətə gətirib. Həmin qüvvələr yayda keçiriləcək seçkidən yararlanmağa, Ermənistanın daxili işlərinə qarışmağa cəhdlər edirlər. Onların məqsədi regionda münaqişə yaratmaq, sülh prosesini pozmaq və bununla da öz maraqlarını reallaşdırmaqdır. Bunun üçün Okampo, Borrel kimi korrupsiyonerlərdən istifadə edirlər. İfşa olunan kadrlar bu şəxslərin əsl simalarını ortaya qoyur. Aİ-nin rəhbərliyində təmsil olunmuş, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş şəxslər insan hüquqularından, demokratiyadan, qanunlardan dəm vurduqları halda reallıqda fırıldaqçılıq, korrupsiya ilə məşğul imişlər:

“Amma həmin qüvvələr unudurlar ki, artıq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Azərbaycan Qarabağı işğaldan azad etməklə gücünü bütün dünyaya göstərib, Ermənistanda isə nəhayət,  gec də olsa  münaqişənin onlara zərərdən başqa heç  bir şey verməyəcəyini anlayıblar. Bu səbəbdən də xarici anti-Azərbaycan dairələrinin apardıqları qərəzli kampaniyalar uğursuzluğa məhkumdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Aprel 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri