Icma.az
close
up
RU
Avropa üçün kabusa çevrilən Putin, yoxsa Ağ Evin oyunu...

Avropa üçün kabusa çevrilən Putin, yoxsa Ağ Evin oyunu...

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Avropanın kabusuna çevrilən Putinin ABŞ Prezidenti Donald Trampla Rusiya-Ukrayna müharibəsi ilə bağlı Budapeştdə görüşmək barədə razılıq əldə etməsinin şokundan hələ də ayılmayıb. Avropa ölkələri yaranmış vəziyyətdə çıxılmaz və çaş-baş duruma düşərək nə edəcəklərini bilmirlər.

Məsələ ilə bağlı açıqlama verən Fransanın xarici işlər naziri Jan-Noel Barrotun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin yalnız Ukraynada qeyd-şərtsiz atəşkəs sazişi imzalanacağı təqdirdə Avropaya səfər etməlidir.

"ABŞ hakimiyyətinin Rusiya hakimiyyəti ilə dialoqunu davam etdirmək üçün fikir mübadiləsi aparması faydalıdır. Bununla belə, Putinin Avropa İttifaqına elan etdiyi səfər o zaman məna kəsb edir ki, bu, dərhal və qeyd-şərtsiz atəşkəsə gətirib çıxarsın", - Barrot deyib.

Litvanın xarici işlər naziri Kestutis Budris isə öz növbəsində bəyan edib ki, Avropanın heç bir paytaxtında Putinə yer olmamalıdır. “Avropada Putin üçün yeganə yer bizim paytaxtlarımızdan biri deyil, tribunaldakı Haaqadır”, - o qeyd edib.

Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas Putinin Trampla görüşmək üçün Macarıstan paytaxtına gözlənilən səfərini tənqid edib.

"Barəsində Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı çıxardığı şəxsin Avropa ölkələrindən birinə gəlməyi planlaşdırdığını görmək xoşagəlməz haldır", - Kallas bəyan edib.

Aİ diplomatı onu da bildirib ki, “Amerikanın Rusiyanı danışıqlar masasına oturmağa məcbur etmək üçün çoxlu imkanları var və onlardan istifadə etməklə müharibəni dayandıra bilər”.

Finlandiyanın xarici işlər naziri də Putinin Aİ ölkələrindən birinə mümkün səfərindən narahat olduqlarını bildirib.

“El Pais”in yazdığına görə, Avropa rəsmiləri özəl olaraq Putinlə Tramp arasında Budapeştdə keçiriləcək sammiti “siyasi kabus” adlandırırlar.

Nəşrin yazdığına görə, görüşün Budapeştdə keçirilməsi digər Avropa liderlərini, həmçinin Aİ və NATO rəhbərliyini yöndəmsiz vəziyyətə salacaq.

“Yer diqqətlə seçilib; bu, Rusiya üçün sərfəli ola bilər, çünki bu, Aİ daxilində Kremllə bağlı fikir ayrılıqlarını daha da gücləndirir”, - nəşr yazıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə öz növbəsində bəyan edib ki, Avropa İttifaqının Putinlə Trampın Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya-Amerika sammitinə müdaxilə edəcəyi gözlənilir: “Əmin ola bilərsiniz ki, Aİ siyasətçilərinin böyük əksəriyyəti bu sammitin baş tutmaması üçün yaxın həftələrdə və ya günlərdə əllərindən gələni edəcəklər”.

O hesab edir ki, Brüsselin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderinin icrasını həyata keçirmək hüquqi cəhətdən düzgün deyil. “Putinin səfəri Aİ sanksiyalarını pozmur. Rusiya prezidentinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderinin icrası üçün heç bir tutarlı əsas yoxdur”, - macarıstanlı nazir bildirib.

Avropa Komissiyasının sözçüsü Olaf Gill isə deyib ki, Brüssel Putin-Tramp görüşünə mane olmayacaq.

"Biz real dünyada yaşayırıq. Danışıqlar həmişə istədiyimiz qaydada və formatda getmir, lakin onlar bizi Ukraynada davamlı sülhə yaxınlaşdırarsa, biz onları alqışlamalıyıq", - Olaf Gill qeyd edib.

Bu arada Komissiyanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Anitta Hipper xüsusi olaraq aydınlaşdırıb ki, Aİ-nin Putinə qarşı sanksiyalarına Aİ ölkələrinə rəsmi səfərlərə qadağa daxil deyil.

Rusiya XİN nümayəndəsi Mariya Zaxarova da Avropanın Macarıstanda Putin-Tramp görüşünü pozmaq cəhdləri barədə xəbərdarlıq edib.

“Brüssel istənilən sülh istəklərinin qarşısını almaq istəyir”, - o vurğulayıb.

Bütün hallarda, istər görüş baş tutsun, istərsə də tutmasın, Putinlə Trampın Budapeştdə görüşmək barədə razılıq əldə etməsi, Avropa ölkələri, xüsusən də Avropa İttifaqı üçün çox sarsıdıcı bir zərbə oldu.

Bu həm də onu sübut etdi ki, Ağ Ev Avropaya bu yolla təzyiq etməklə qoca qitəni bundan sonra öz təsir dairəsində saxlamaq və oyunlarında istifadə etmək üçün Rusiya kartını itirmək istəmir.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Oktyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri