Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Avropa üçün təhlükəli il yaxınlaşır

Avropa üçün təhlükəli il yaxınlaşır

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il tarixə “Qərb” anlayışının vahid siyasi qüvvə kimi fəaliyyət göstərmədiyi il kimi düşür.

Reyting.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzetinin dərc etdiyi analizdə bildirilir. Qeyd olunur ki, əgər Avropa öz siyasi kursunu dəyişməsə, 2026-cı il daha ağır nəticələr gətirəcək.

Məqalədə yazılır ki, 2024-cü ilin sonunda keçirilən “tarixi sammit”də liderlər Ukraynaya dəstəyi bir daha təsdiqləsələr də, Avropa İttifaqı (Aİ) praktiki və qətiyyətli addımlar atmamağı ilə diqqət çəkib. Bu vəziyyət Aİ-nin strateji zəifliyini nümayiş etdirən əsas nüanslardan biri kimi qiymətləndirilir. Xüsusən, Brüssel dondurulmuş Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı qərarı reallaşdıra bilməyib və bununla da Moskvaya real təsir göstərmək imkanını itirib. Əksinə, maliyyə riskləri Avropa vergi ödəyicilərinin üzərinə ötürülüb.

Analizdə qeyd edilir ki, Avropa həm öz taleyini, həm də Ukraynanın gələcəyini tezliklə etibarsız ola biləcək bir müttəfiqin xoşməramlılığına bağlayıb:

“Bu qərarların üzərindən bir il keçdikdən sonra nəticələr daha aydın görünür. Rusiya özünü cəzasızlıq şəraitində hiss edir, Avropaya qarşı hibrid hücumlar intensivləşib. Polşa hava məkanında Rusiya dronları ilə bağlı insident isə NATO-nu tarixdə ilk dəfə Moskva ilə birbaşa əlaqə saxlamağa məcbur edib”.

Qəzetin yazdığına görə, ABŞ artıq Avropa müttəfiqləri ilə əvvəlki kimi həmrəylik nümayiş etdirmir: “Donald Tramp administrasiyası Kremlin yaxınlaşma siqnallarına açıqdır, Avropa tərəfdaşlarını müntəzəm şəkildə tənqid edir və Ukrayna prezidenti Vladimir Zelenskini hədəfə alır”.

Yazıda o da vurğulanır ki, Rusiyanın səmimi və konstruktiv danışıqlara hazır olacağına dair inam Avropanın başlıca səhvlərindən biridir: “Əksini göstərən kifayət qədər fakta baxmayaraq, bir çox Avropa paytaxtlarında müharibənin “bitmək üzrə olduğu” və ya Kiyevə məcburi şəkildə qəbul etdiriləcək pis razılaşmanın idarəolunan olacağına dair illüziya hələ də qalmaqdadır”.

Analizdə xəbərdarlıq edilir ki, Rusiyanın hərbi iqtisadiyyatı artıq uzunmüddətli müharibə üçün yenidən qurulub və Kremlin hərbi xərcləri durmadan artır: “Bu proses davam edən təcavüz üçün əlavə stimul yaradır. Müharibə iqtisadiyyatına uğurla keçən rejimlər çox nadir hallarda könüllü şəkildə ondan imtina edirlər”.

Məqalənin sonunda bildirilir:

“Prinsiplərə edilən hər güzəşt sonda ərazi və insan itkisi ilə nəticələnir. Əgər mövcud kurs dəyişməzsə, ölənlərin sayı yalnız artacaq və hərəkətsizliyin bədəli artıq “uzaq ölkələrə” deyil, bilavasitə avropalılara dəyəcək”.

Qeyd edək ki, Avropa kəşfiyyat xidmətləri dəfələrlə xəbərdarlıq ediblər ki, Rusiya Ukrayna ilə kifayətlənməyərək Baltikyanı ölkələri də sınağa çəkə bilər.

E. KAMAL


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see627

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see324

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see228

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see216

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see212

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see208

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri