Icma.az
close
up
RU
Avropada ciddi hərbi hazırlığa start verilir

Avropada ciddi hərbi hazırlığa start verilir

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya yenidən prosesin mərkəzində yer alacaq - tarix təkrarlanırmı?

Avropada formalaşan yeni siyasi, hətta hərbi situasiya diqqətlə izlənir. Siyasi mütəxəssislərin də bildirdiyi kimi, köhnə qitənin bir çox ölkələrində ideoloji baxımdan sağ millətçilərin hakimiyyətə gəlişi 100 il öncəni xatırladır - burada daha çox Avropa millətçiliyinin ön plana çıxışı “qorxu” formalaşdırır. “Rusiya-Ukrayna müharibəsi fonunda yeni bir ümumAvropa qarşıdurması gözlənilə bilərmi?” sualı isə hələ də açıq qalır. Nəzərə alsaq ki, Avropa bu müharibədə birmənalı tərəf kimi çıxış edir, hazırda inkişaf edən bəzi proseslər daha genişmiqyaslı konfrantasiyanın da “qığılcımı” sayılır.

Yeni hərbi-logistika qovşağı

Belə ki, Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır. Artıq Almaniya Müdafiə Nazirliyi NATO-nun Şərq cinahına hərbi qüvvələrin operativ daşınmasını təmin etmək məqsədilə Bremerhaven limanında nəhəng logistika qovşağının qurulmasına dair niyyət protokolu imzalayıb. Layihə çərçivəsində Bundesver və NATO müttəfiqlərinin texnika və şəxsi heyətinin Şərqi Avropaya operativ köçürülməsini təmin etmək üçün limanın və regional nəqliyyat şəbəkəsinin infrastrukturunun yenidən qurulacağı bildirilib. Almaniyanın müdafiə naziri Boris Pistorius, Bremen meriyası və limanın operatoru olan şirkətin rəhbərliyi tərəfindən imzalanan sənədə əsasən, Müdafiə Nazirliyi bu məqsədlə 1,35 milyard avroya qədər vəsait ayıracaq. Bu, Bremen əyalətinin tarixində hərbi büdcədən ayrılan ən böyük maliyyə vəsaitidir.

Nazir B.Pistorius kəskinləşən təhlükəsizlik mühitində zirehli texnikanın, yanacağın və minlərlə hərbçinin qısa müddətdə NATO-nun Şərq cinahına yerləşdirilməsi qabiliyyətinin alyansın çəkindirmə və müdafiə gücü üçün həlledici əhəmiyyət kəsb etdiyini bildirib.

Almaniyanın “hərbi siması” dəyişir

Beləliklə, Avropada mövcud təhlükəsizlik vəziyyəti Bundesverə qoyulan tələbləri kökündən dəyişir. II Dünya müharibəsindən sonra Almaniyanın hərbi imkanlarına qarşı çox ciddi məhdudiyyətlər qoyulmuşdu. 1945-ci ildən Almaniyanın demilitarizasiyası elan edildi. Potsdam razılaşmasına əsasən Almaniyanın hərbi potensialı ləğv edilməli, silahlı qüvvələr və hərbi istehsal imkanları aradan qaldırılmalı idi. Almaniyanın öz ordusu olmamalı idi. Bundesver yalnız 1955-ci ildə, Qərbi Almaniyanın NATO-ya daxil olması ilə yaradıldı. 1955-ci ilə qədər Almaniyanın öz silahlı qüvvələri yox idi. Paralel olaraq həmin dövrdə Almaniyanın hərbi sənayesinə də məhdudiyyətlər qoyulmuşdu. Sonrakı razılaşmalarla Qərbi Almaniyanın müəyyən silahları istehsal etməsinə də məhdudiyyətlər tətbiq edildi. Nüvə, bioloji və kimyəvi silahlardan imtina Qərbi Almaniya hərbi statusunun mühüm elementlərindən biri kimi yadda qalmışdı. Bundesverin yaradılması zamanı Qərbi Almaniya bu kateqoriyalarda silah əldə etməmək öhdəliyi götürmüşdü.

Vurğulandığı kimi, II Dünya müharibəsindən sonra Almaniyanın hərbi potensialının məhdudlaşdırılması Avropanın təhlükəsizlik sisteminin əsas şərtlərindən biri idi. Lakin “soyuq müharibə”nin başlanması ilə geosiyasi reallıqlar dəyişdi və vaxtilə hərbiləşdirilməsi təhlükə sayılan Qərbi Almaniya NATO-nun müdafiə arxitekturasının əsas dayaqlarından birinə çevrildi. Bu gün isə Almaniya yenidən Avropanın hərbi-logistika mərkəzi rolunu gücləndirir.”

Orta Qüvvələrin əsas vasitəsi - “Jackal”

Hərbi mütəxəssislər bildirirlər ki, alman ordusu uzun məsafələrdə cəld hərəkət edə bilən və eyni zamanda ağır silahlı düşmənlə döyüşə tab gətirə bilən yeni növ döyüş quruluşuna arxalanır. Bu sözdə Orta Qüvvələrin əsas vasitəsi “Jackal” (Çaqqal) BMP olmalıdır. “Çaqqal” yeni zirehli maşından daha çox fərqlidir. Bu, Bundesverin Orta Quru Qoşunlarının artıq əsas elementdir, tez bir zamanda yerləşdirilə bilən və eyni zamanda əhəmiyyətli atəş gücünə malik olan yeni qüvvələr kateqoriyasıdır. NATO-nun şərq cinahını nəzərə alaraq, bu qabiliyyət xüsusi əhəmiyyət kəsb edir - eyni zamanda hazırkı vəziyyətdə NATO üçün şərq cinahı da böyük məna daşıyır. Almaniya bu regionun ittifaq daxilində möhkəmlənməsində və müdafiəsində mühüm rol oynadığından, Bundesverin uzun və mürəkkəb daşıma tələb etməyən, uzun məsafələri mümkün qədər tez qət edə bilən birləşmələrə ehtiyacı var. Orta Qüvvələr məhz buna görə yaradılıb. Onlar yüngül, yüksək mobil birləşmələr və ağır tank bölmələri arasında bir yer tutmaq üçün nəzərdə tutulub. Bu vəzifə üçün “Çaqqal” əsas döyüş vasitəsinə çevrilir: Bundesver onu Orta Qüvvələrin “onurğa sütunu” adlandırır. Artıq Almaniyanın arsenalında 150 “Çaqqal” təkərli piyada döyüş maşını var - Berlin bu sıraya daha 35-ni də əlavə edir.

Rusiya “həyəcan təbili” çalır...

Təbii ki, Rusiyanın bu prosesə susqun qalmayacağı gözlənilirdi - belə də oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO və Aİ ölkələrində, xüsusən də Almaniya və Baltikyanı ölkələrdə “nasizm metastazlarının” sürətlə yayıldığını bildirib. Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etdikdən sonra keçirilən mətbuat konfransında Avropa ölkələrində radikal ideyaların yayılmasının həyəcanverici tendensiyasını vurğulayıb. “Biz həmçinin neonasizmin təzahürlərinə qarşı güzəştsiz mübarizənin vacibliyini vurğuladıq, əsasən Ukraynada, lakin təkcə orada deyil. Çünki bu mizantrop ideologiyanın metastazları indi qitəmizin digər ölkələrində, əsasən Aİ və NATO üzvləri arasında, Baltikyanı ölkələrdə və Almaniyada da görünür. Bu, xüsusilə həyəcanvericidir”, - deyə Sergey Lavrov bildirib.

Qeyd edək ki, Rusiya tərəfi əvvəllər də Almaniyada nasist ideyalarının yayılmasına işarə etmişdi. Diplomat münaqişəyə son qoyulmasının əsas şərti olaraq Avropa ölkələrində bu ideologiyanın tamamilə aradan qaldırılmasının vacibliyini söyləmişdi.

100 il öncə...

Maraqlıdır ki, bəzi siyasi və hərbi mütəxəssislər də hazırki Avropanı II Dünya müharibəsindən öncəki situasiya ilə müqayisə edirlər. Oxşarlıq daha çox hərbi-logistik hazırlığın və Avropanın şərq istiqamətində təhlükəsizlik xəttinin möhkəmləndirilməsinin artması müstəvisində vurğulanır. Hazırda Almaniya NATO-nun Avropadakı əsas logistika mərkəzlərindən birinə çevrilir - sentyabrın 29-da Bremen ərazisində yeni “Deployment Hub” yaradılması barədə Almaniya Müdafiə Nazirliyi ilə razılaşma bunun sübutu kimi önə sürülür. Qeyd edildiyi kimi, burada məqsəd müttəfiq qoşunlarının, texnikasının və materiallarının Almaniya üzərindən sürətli şəkildə daşınmasını təmin etməkdir.

Siyasi analitiklər hazırkı situasiyanı 100 il öncəyə 3 kateqoriya üzrə oxşadırlar:

- Birinci oxşarlıq - Avropanın şərqində təhlükəsizlik xəttinin hərbiləşməsi. 1930-cu illərin sonlarında Avropada dövlətlər mümkün böyük müharibəyə hazırlaşır, qoşunların yerləşdirilməsi, dəmir yolları, yollar və hərbi təchizat xətləri strateji əhəmiyyət qazanırdı. Bu gün də NATO-nun şərq cinahında eyni tipli hərbi mobillik və logistika infrastrukturu ön plana çıxır. NATO hazırda şərq cinahında doqquz çoxmillətli döyüş qrupu saxlayır və sürətli gücləndirmə imkanlarını artırır.

- İkinci oxşarlıq - Almaniyanın coğrafi-logistik rolunun artmasıdır. Almaniya Avropanın mərkəzində yerləşdiyinə görə Qərbdən gələn qüvvələrin Polşa, Baltikyanı ölkələr və digər şərq istiqamətlərinə çatdırılmasında əsas keçid məkanıdır. Almaniyanın JSEC strukturu da məhz qoşun və texnikanın Avropa daxilində sürətli hərəkətini koordinasiya edir.

- Üçüncü oxşarlıq - müharibəyə yalnız döyüş meydanında deyil, əvvəlcədən infrastruktur səviyyəsində hazırlaşmaqdır. IISS-in 2026-cı il təhlilində Almaniya NATO-nun şərq cinahının gücləndirilməsi üçün “həlledici hub” kimi xarakterizə edilir - hesabatda yanacaq, ağır texnikanın daşınması, dəmir yolları və digər logistika imkanlarındakı çatışmazlıqlar da vurğulanır.

Amma ortada fərqli nüanslar da var. Məsələn, 1939-cu il ərəfəsində Avropada müstəqil dövlətlər arasında açıq ekspansionist siyasət və ittifaqların dağılması gedirdi. İndiki Almaniya isə NATO-nun kollektiv müdafiə sisteminin daxilində hərəkət edir və qurulan logistika infrastrukturu rəsmi olaraq müttəfiqlərin sürətli müdafiə və gücləndirmə imkanlarını artırmaq məqsədi daşıyır. NATO özü də bu tədbirləri Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra dəyişmiş təhlükəsizlik şəraitinə cavab kimi təqdim edir.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri