Avropada istilərdən yaranan iqtisadi itkilər 5 milyard avroya yaxınlaşdı
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Avropa iqtisadiyyatı anormal istilər səbəbilə təxminən 5 milyard avro itki verib.
Qaynarinfo xəbər verir ki, bu barədə müstəqil sənaye eksperti Leonid Xazanov "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.
Ekspert bildirib ki, hesablamalar əsasən Avropada elektrik enerjisinin qiymət artımı üzərində qurulub. Onun sözlərinə görə, istilər yalnız enerji sektoruna deyil, həm də bir sıra digər sahələrə ciddi təsir göstərib.
Xazanovun sözlərinə görə, istilər kənd təsərrüfatına ciddi ziyan vurur:
* Buğda və arpa kimi məhsullar quruyub məhv ola bilər
* Meşə yanğınları əlavə iqtisadi itkilər yaradır
* Dəmir yollarında relslərin deformasiyası mümkündür
* Yüksək temperatur nəticəsində qəza riskləri artır
İyunun sonlarında Avropanı bürüyən güclü isti dalğası bir çox ölkədə tarixi temperatur rekordlarının yenilənməsinə səbəb olub. Məlumatlara görə, Fransa, Almaniya, Polşa, İsveçrə, Rumıniya və Slovakiyada temperatur 40°C-dən yuxarı qalxıb. Fransada istilərlə bağlı artıq ölüm hallarının artdığı və təxminən 1000 nəfərin izafi ölümünün qeydə alındığı bildirilir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 03 İyul 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















