Avropada sensasiya: Qitə nəhəngi rəsmən turniri tərk edir?
Icma.az, Dogru.az portalına istinadən məlumat verir.
UEFA Avropa Liqasında “Beşiktaş”ın rəqibi olan “Marsel”lə bağlı şok iddia gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisinin turnirdən çəkilməyi müzakirə etdiyi bildirilib.
Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Buna səbəb UEFA-nın FFP qaydalarını pozduğu üçün kluba tətbiq etdiyi cəzalardır.
Maliyyə hədəflərini və heyət xərcləri tavanını (gəlirlərin maksimum 70 faizi) aşan “Marsel” ümumilikdə 10 milyon avro cərimələnib. Həmçinin 2026/27 mövsümündə də tələblər ödənilməzsə, Fransız klubuna 1 illik şərti avrokuboklardan kənarlaşdırılma cəzası verilib.
Maliyyə sanksiyalarından sonra “Marsel” rəhbərliyi Avropa Liqasından çəkilməyi düşünsə də, bütün riskləri dəyərləndirərək son anda turnirdə qalmaq qərarı verib.
Bildirilir ki, komanda Avropa Liqasına yox, Konfrans Liqasına vəsiqə qazansaydı, turnirdən rəsmən imtina edəcəkdi.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 17 Sentyabr 2026 06:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















